79
Tanınmış müasir sosioloqlardan biri olan Van den Haaq kütləvi mədəniyyəti
bazar münasibətləri ilə
əlaqələndirərək mədəni dəyərləri əmtəə kimi qiymətləndirir. O, kütləvi mədəniyyətin səbəbini cəmiyyətin
strukturundan əlavə onun kütləviliyi və kütləvi kommunikasiyanın təsiredici qüvvəsində də axtarırdı.
Kütləvi mədəniyyət əsərləri öncə rəssam, bəstəkar, kinorejissor və s. özünütəcəssüm vasitəsi kimi deyil,
kütləvi auditoriyaya satış məqsədilə, əmtəə kimi yaradılır.
Kütləvi mədəniyyət kütlələri hazır məhsulun passiv istehlakçısı simasında görür. Kinorejissor F.Fellininin
fikrinə görə, bu mədəniyyətin əsas məqsədi kütlələri idraki cəhətdən çox düşünməkdən azad etməkdir.
«Kütləvi mədəniyyət»in Orteqadan başlamış digər tənqidçilərinə qədər hamısı istehlakçılıq mövqeyinə
görə yeni «publika»nın formalaşması fikrini irəli sürür.
Kütləvi cəmiyyətdə istehlakçılıq
bəzən nüfuzlu, bəzən də status xarakteri kəsb edir. Bəzən bu mədəniyyəti
istehlak edən insanlar onun həqiqətən meyl və maraqları tələb etdiyinə görə deyil, sadəcə olaraq sosial statusuna görə
reallaşdırır. İncəsənət əsərini bəzək əşyası kimi satın alan hər kəsi bu işə təhrik edən əsas amil estetik zövq deyil,
onun sosial statusunun təmin olunması amilidir.
Abstrakt sənət əsərini əldə edən bu meşşanların məqsədi həmin mənəvi
sərvətdən xoşlanmaq yox, onları
əhatə edən mühitdə bunların «dəbdə» olmasıdır. Belə şəraitdə mədəniyyət əşyasının mənimsənilməsi simvolik
əhəmiyyət kəsb edir. Amerika sosioloqu M.Benton bu haqda yazır ki, simvollar kommunikasiyanın vasitəsi
kimi mühüm rol oynayır. «Mədəniyyət simvolları» kütləvi cəmiyyət normalarına uyğun olaraq insanların
davranışını nizamlayır.
Belə şəraitdə də insanların şüur və zövqlərinin manipulyasiyası üçün geniş imkanlar açılır. M.Şerif və
S.Eşanın eksperimentləri göstərir ki, qrup üzvləri həqiqətə uyğun olub-olmamasından asılı olmayaraq çoxluğun
rəyilə razılaşmamağa meyllidir. M.Raylinin qeydlərinə görə ayrı-ayrı fərdlərin bu və ya digər televiziya
proqramına tamaşası onun inam bəslədiyi adamların məhz bu verilişə baxması faktı ilə izah edilir.
Lakin bir amilə də diqqət yetirmək lazımdır ki, kütləvi mədəniyyət kütlələr üzərində özbaşına
manipulyasiya deyil. Müasir zamanda və şəraitdə kütləvi mədəniyyətin yayılması kütləvi auditoriyanın
sosial-
psixoloji xüsusiyyətlərinin dərindən öyrənilməsinə əsaslanır. Bu xüsusiyyətlərə görə kütləvi mədəniyyətin sosial
funksiyası kütlələr üzərində mənəvi hökmranlığın mövcudluğunu sübut edir.
Kütlələrin manipulyasiya imkanlarının üzə çıxarılması üzrə tədqiqatlarında K.Hovlend, İ.Yanis və Q.Kelli
belə qeyd edirlər ki, kütlə manipulyativ idarəetməyə çox həssasdır. Kütləvi mədəniyyət isə manipulyativ idarə
üçün müəyyən vasitələr verir ki, bu da kütləvi şüurun formalaşması üçün ən vacib amildir.
Tədqiqatçıları bir problem maraqlandırır ki, yeni ideologiyaya inamı, partiyaya səs verməni,
mədəni
zövqləri dəyişmək üçün kütləvi ünsiyyət vasitələrinin səmərəsi nədən ibarətdir?
Kütləvi ünsiyyət vasitələrinin təsiri altında «kütləvi cəmiyyət» üzvlərinin təfəkkürü standartlaşır.
Standarlaşdırılmış insan isə öz müstəqilliyini, fərdiliyini hətta öz əqli ilə yaşamaq qabiliyyətini belə itirir.
Kütləvi mədəniyyət təcrübəsində kütləvi şüur özünün spesifik təzahür vasitələrinə malikdir. Çox hallarda
kütləvi mədəniyyət real obrazları deyil, süni surətdə yaradılmış obrazlara (imic) və stereotiplərə yönəldilmiş
olur. Kütləvi mədəniyyətdə formula (imic və stereotipin mahiyyəti bundadır) birincidir. Bu vəziyyət kor-koranə
sitayişə şərait yaradır. Müasir gündə «süni Olimp ulduzlarının» fanat pərəstişkarlarının sayı qədim
bütpərəstlərin sayından daha çoxdur.
Bədii yaradıcılıqda kütləvi mədəniyyət spesifik sosial funksiyaları yerinə yetirir. Bunların
içərisində ən
başlıcası xəyali tarazlaşdırıcı funksiyadır. Bu, insanın dünyada xəyali iştirakını təcəssüm edir. Bütün bunlar isə hakim
həyat tərzinin açıq və ya gizli təbliğinə qulluq edir ki, burada da son məqsədi kütlələlri sosial fəallıqdan
uzaqlaşdırmaq, mövcud şəraitə uyğunlaşdırmaq təşkil edir.
Məhz elə bu səbəbdən kütləvi mədəniyyətdə incəsənətin detektiv, vestern, melodram, müzikl, komiks
kimi janrlarından geniş istifadə olunur. Məhz elə bu janrlar çərçivəsində ən sadələşdirilmiş həyat versiyaları
yaranır. Sosial şər qüvvələr psixoloji və mənəvi amillərlə üzləşdirilir.
Kütləvi mədəniyyətin ritual formulları olan «xeyirxahlıq həmişə mükafatlandırılır», «məhəbbət və inam»
(özünə və Allaha) hər zaman qələbə çalır.
Kütləvi mədəniyyətin məzmunsuzluğuna baxmayaraq onun müəyyən fəlsəfi
bünövrəyə malik olan dəqiq
dünyagörüşünə əsaslanan proqramı vardır.
Kütləvi kommunikasiya vasitələri – radio, televiziya, kino, qəzet və illüstrasiyalı jurnalların nəhəng
tirajları, ucuz «cib» kitabçaları və s.-nin inkişafı və vüsəti prosesi antaqonist cəmiyyət çərçivəsində daxili
ziddiyyətlərlə üzləşir; belə ki, qüvvələr, bir tərəfdən onun xeyrinə çalışan işçi qüvvələrinin «savadlı», texnikanı
idarəetməyi bacaran, kütləvi kommunikasiya vasitələrinin vüsətini razılıqla qarşılayır, digər tərfdən onların
sosial-siyasi savadının yüksəldilməsinə qulluq edən bu vasitələrin get-gedə inkişafı həmin
hakim qüvvələri çaş-
baş salır. Məhz ona görə də, inhisarçı dövlətdə hakim dairəni «kütləvi cəmiyyət» prinsiplərinə tam cavab verən
kommunikasiya vasitələri maraqlandırır.
Bir çox «kütləvi mədəniyyət» nəzəriyyəçiləri onu məhz kütləvi ünsiyyətin texniki vasitələrinin güclü
inkişafının nəticəsi kimi qiymətləndirməyə çalışırlar. Onların fikrinə görə, kütləvi kommunikasiya – «kütləvi
mədəniyyət»in mövcudluğunun maddi vasitəsidir. Bəzi nəzəriyyəçilər isə kütləvi mədəniyyətə geniş kütlələrə
Bu derslik behruzmelikov.com
saytindan yuklenmisdir