Həsən bəy Zərdabi
(1837-1907)
Azərbaycanda təbiətşünaslıq, torpaqşünaslıq,
aqrokimya elminin, milli mətbuatımızın, teatr-
şünaslığımızın,
ölkəmizdə torpaq
islahatının
banisi. Moskva universitetinin fizika-riyaziyyat
fakültəsinin təbiətşünaslıq şöbəsini bitirmiş, ilk
Azərbaycan qəzeti «Əkinçi »nin təsisçisi və
redaktoru,
dahi
mütəfəkkir.
ensiklopedik
şəxsiyyət, millət fədaisi Həsən bəy Səlim bəy
oğlu Zərdabinin (Məlikovun) müstəsna xidmətləri
olmuşdur. Bu ensiklopedik alimin maarifçilik, fəlsəfə, biologiya, əkinçilik,
aqrokimya, torpaqşünaslıq, bitkiçilik, meyvəçilik, baytarlıq təbabəti, təbabət,
anatomiya,
fiziologiya,
meşəçilik,
coğrafiya,
astronomiya,
geologiya,
paliontologiya, heyvandarlıq, quşçuluq, seleksiya, kimya, iqtisadiyyat və s.
elmləri bilməsi və nailiyyətləri onu təkcə Azərbaycanda deyil, həm də dünya
miqyasında tanıtdırmış və məşhurlaşdırmışdır. «O,
bizim mənəvi atamız idi»
(M.Ə.Sabir).
O, yaradıcısı olduğu «Əkinçi» qəzetində ilk dəfə olaraq ölkəmizin
heyvandarlarına yüksək məhsuldar qaramal, camış və qoyun cinsləri yaratmaq
məqsədilə süni seçmə üsulundan geniş istifadə etməyi tövsiyə etmişdir. Alim
görkəmli seleksiyaçı kimi, müəyyən etmişdir ki. yeni yüksək məhsuldar heyvan
cinslərinin yaradılması üçün süni seçmə zamanı əlamətlər nəsildən nəslə
verilərkən güclənir və yeni cinslər yaratmaq mümkün olur. H Zərdabi irsiyyəti
təbiətşünaslıq elminin ən başlıca qanunu hesab etməklə onun bəzi qanunauy
ğunluqlarının - düz istiqamətli, qayıtması dolayı (müəyyən amilin təsirindən
yaranan), dominant (hökmran, güclü) və resessiv (zəif) irsiyyət növlərinin-
mövcud olmasını şərh etmişdir Alim hibridioloji üsulu (çarpazlaşdırmanı)
heyvandarlıqda süni seçmə aparılarkən ən səmərəli üsul kimi dəyərləndirərək
bəzi mütərəqqi fikirlər-damazlıq üçün yüksək məhsuldar yerli heyvan gene-
fondundan geniş istifadə olunması, yerli cır heyvanların yaxşılaşdırılması
məqsədilə xaricdən törədicilərin gətirilməsi-irəli sürmüş və onlara xüsusi önəm
verilməsim heyvandarlara məsləhət bilmişdir. O. «Heyvanların rəngi» adlı
əsərində heyvanların eksteryerinin (xarici əlamətlərinin) seçmə zamanı nəzərə
alınmasının xüsusi əhəmiyyətə malik olduğunu və onun nəzərə alınmasını, eləcə
də ekoloji amillərin roluna fikir verilməsini ən prioritet istiqamət kimi
dəyərləndirmişdir.
Zəmanəsinin elmi-təcrübi nailiyyətlərinə dərindən bələd olan materialist
alim "Əkinçi". "Kaspi", "Həyat" və s. qəzetlərdəki, '"Dəbistan" jumalındakı
silsilə məqalələrində ailə-məişət qayğılarının asanlıqla, elmi qaydalarla aradan
qaldındmasından tutmuş təsərrüfatın müxtəlif sahələrini səmərəli üsullarla
inkişaf etdirməyədək çox şey barədə faydalı məsləhətlər verirdi. Bu yazılar bir
yerə toplanıb çap olunsa, qalın bir kitab alınar. Həsən boy sonralar bu
fəaliyyətini sistemli şəkilə salaraq bir neçə elmi-kütləvi əsər də yazmış, onları
36
ayrıca kitabça şəklində xalqa çatdırmaq istəmişdi. "Torpaq, su və hava",
"Həvasi-xəmsə" (Beş hiss üzvü) adlı əsərlər "Həyat" qəzetində 1905-ci ildə
hissə-hissə çap olunsa da, mükəmməl gigiyena vəsaiti olan "Bədəni salam at
saxlamaq düsturüləm əli" müəllifin sağlığında nə mətbuatda, nə də aynca kitab
şəklində çap olunmamışdır. Həsən bəyin ölümündən sonra bu gərəkli işi
Kiyevdə təhsil alan azərbaycanlı tələbələr həyata keçirmişlər. Nəşriyyat
qrupunun rəhbəri gənc Yusif Vəzir Çəmənzəminli ilk nəşrin girişində yazmışdır:
"Mərhum Həsən bəy Məlikzadə tərəfindən qələmə bir çox elmi əsərlər alınıb,
lakin indiyədək onlar camaatımızın himməşsizliyindən çap olunmayıb qalırdı.
"Kiyev islam tələbələrinin nəşriyyat heyəti" bu əsəri Həsən bəyin möhtərəm
zövcəsinin (Hənifə xanım Abayeva-Zərdabi) razılığı ilə nəşr etməyə şüru etdi.
Əvvəl "Torpaq, su və hava" ünvanlı kitabça təb olunub, indi isə oxucularımıza
"Bədəni salamat saxlamaq düstürüləməli"ni təqdim edirik. Bu kitaba "heyət"
tərəfindən haşiyə olaraq bəzi şeylər artırılıb, bir də bir neçə sözün dərci
namünasib görüldüyündən bilmərrə ötürülüb, yerləri nöqtələr ilə nişanə olunub,
qalanı isə mərhum Həsən bəyin əlyazılanndan yazılıb eynən dərc olunur.
Student: Y usif Vəzirov". Kitab Bakıda İ.Aşurbəyovun "Kaspi" mətbəəsində
1912-ci ildə «N 2», 1914-cü ildə «N 3» işarəsi ilə təkrar çap olunmuş və böyük
uğur qazanmışdir. Təəssüf ki, sonrakı illərdə bu qiymətli əsərin tirajının
kütləvilə şdirilməsi davam etdirilməmiş, Sovet hakimiyyətinin ilk 40 ilində isə
kitab bir dəfə də nəşr olunmamışdır. İ Stalinin ölümündən və "şəxsiyyətə
pərəstişin pislənməsi" prosesindən sonra millətçi damğası vurulmuş Həsən bəy
Zərdabinin irsi də bəraət almış, onun fəaliyyəti geniş tədqiq olunmağa
başlanmış, əsərləri çapa hazırlanmışdır. Bu işdə professorlar Ziyəddin
Göyüşovun, Mirəli Axundovun, Abbas Zamanovun, İzzət Rüstəmovun
gördükləri işlər zərdabşünaslıq üçün möhkəm özül olmuşdur. «Bədəni salamat
saxlamaq düstürüləməli» əsərinin indiki nəşri mərhum Ziyəddin Göyüşovun
tərtib və qeydləri ilə 1960-cı ildə "Azəməşr"də işıq üzü görmüş "Həsən bəy
Zərdabı, seçilmiş əsərləri" kitabından götürülmüşdür və ötən 46 ildə ilk belə
təşəbbüsdür. Alimin «Natural gigiyena» adlı biliklər sistemi insanların təbiət
qanunları ilə yaşamasını əsas götürərək aşağıdakı 9 şərti əhatə edir:
1-təmiz hava, 2-saf su, 3-Günəşlə təmas, 4-təbii qidalar, 5-fəal hərəkət, 6-az
yemək və aclıq, 7-istirahət və yuxu, 8-düz qamət, 9-ağıl və sağlam ruh. Şərtlər
müxtəlif kitablarda fərqli sıralansa da sağlam yaşamaq qaydalarına verilən
tələblər dəyişməz olaraq qalır, təbiətdən güc almaq, təbiət qanunlarına
uyğunlaşmaq kimi əsas məsələləri əhatə edir. 1980-ci ildə Hənifə xanım öz
mənzilində məktəb açaraq yetim və kasıb uşaqların təhsil alması ilə məşğul
olmuşdur. 1901-ci ildə H.Zərdabi və Hənifə xanımın səyi və H.Z. Tağıyevin
maliyyə dəstəyi ilə Bakıda ilk rus-müsəlman məktəbi açılır, Hənifə xanım isə
onun direktoru təyin olunur. H.Zərdabi çar məmurları tərəfəindən dəfələrlə həbs
olunmuş, onların təqibləri nəticəsində Bakını tərk edərək 16 il doğma Zərdabda
yaşamış, hətta bəzən təndirdə gizlənməli olmuşdur. Onun oğlanları Sifət, Mitəd
və qızı Qəribsoltan xanım da repressiyaya məruz qalmışlar. H.Zərdabi dahi rus
yazıçısı Lev Tolstoyla yaxın dostluq və əməkdaşlıq etmişdir. H.Zərdabinin
37