böyük qızı Tiflisdə rus qızlar gimnaziyasında təhsil alan ilk azərbaycanlı qadın
Pən xanımın həyat yoldaşı, parlamentin birinci sədri Əlimərdan bəy Topçubaşov
(1865-1934) olmuşdur.
Əliyev Həsən Əlirza oğlu
(1907-1993)
Dünya şöhrətli korıfey alim, Azərbaycanda
ekologiya elminin banisi, akademik Həsən
Əlirza oğlu Əliyevin ölkəmizin milli, endemik
flora və fauna növlərinin öyrənilməsində və
onların
genefondunun
qorunub
saxlanması
sahəsində müqayisə olunmaz dərəcədə və misil
siz xidmətləri olmuşdur. H.Əliyev olduqca
zəngin, yaradıcı, səmərəli və məzmunlu ömrü
nün sonunadək milli flora və faunamızın genetik
fondunun saxlanmasının ən sadiq və zəhmətkeş
keşikçisi olmuş, təbiətin mühafizəsi sahəsində olduqca geniş diapozonlu elmi-
tədqiqat işləri aparmış və böyük alimlər ordusunun yaranmasında misilsiz
xidmətlər göstərmişdir. O, 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində
anadan olmuş, Azərbaycan Dövlət Aqrar Universitetinin ona şərəf gətirən ilk
məzunlardandır. H.Əliyevin həyatının ilk dövrü Gəncə ilə bağlıdır, 11 vaşmda
Gəncədə Şah Abbas məscidinin həyətindəki məktəbdə 5-ci sinifdə oxumuş,
sonra ADAU-nun aqronomluq fakültəsində təhsil almış, burada işləmiş və elmi
fəaliyyətlə məşğul olmuşdur. Akademik, Əməkdar Elm Xadimi H.Əliyevin
həyatı, onun çoxşaxoli elmi fəaliyyəti ekologiya, torpaqşünaslıq, təbiəti
mühafizə, coğrafiya, biologiya üzrə müxtəlif məsələlərin həllinə həsr edilmişdir.
H.Əliyev 500-dən artıq elmi əsərin, o cümlədən bir çox monoqrafiyanın,
“Həyəcan təbili ’, «Təbiətin keşiyində» və s. adlı monoqrafik əsərin və yüzlərlə
elmi-kütləvi məqalənin müəllifidir. Azərbaycanın təbii ehtiyatlarından səmərəli
istifadə sahəsində kompleks işlər silsiləsinə görə H.Əliyev Dövlət Mükafatına
layiq görülmüşdür. H.Əliyev Azərbaycan KP MK-nın katibi işləmiş. Coğrafiya
və Botanika İnstitutuna və bir sıra elm müəssisələrə başçılıq etmişdir. H.Əliye
vin təşəbbüsü ilə 1963-cü ildə Respublika Təbiəti Mühafizə Cəmiyyəti yarandı.
Onun 1975-ci ildə yaratdığı və baş redaktoru olduğu “Azərbaycan təbiəti” elmi-
kütləvi jurnalı xalqın ekoloji təfəkkürünün genişlənməsi, ətraf mühitin
mühafizəsində fəal iştirakı, təbii ehtiyatların qorunması və bərpası sahəsində
geniş elmi və təbliğat işləri apanrdı. Akademik H.Əliyevin adını daşıyan
ADAU-nun ekologiya mühəndisliyi və meşəçilik kafedrasının nəzdində ekolo
giya və meşəçilik muzeyi fəaliyyət göstərir, H.Əliyev adma əlaçı tələbə üçün
adlı təqaüd də təsis edilmişdir. Gəncədə H.Əliyevin adını daşıyan küçədə vaxtı
ilə onun yaşadığı binaya xatirə lövhəsi və barelyefi vurulmuşdur.
38
Məlikov Firuz Əli oğlu
(1902-1965)
Azərbaycanın milli zootexniya, heyvandarlıq,
xüsusilə qoyunçuluq elminin inkişafında əvəzsiz
rolu olmuş, konfey alım, genetik, seleksıyaçı,
akademik Firuz Əli oğlu Məlikovun xidmətləri
olduqca təqdirəlayiq hesab edilməlidir. O, 1948-ci
ildə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi,
1949-cu ildə isə professor elmi adını almışdır Alım
ADAU-da
kafedra müdiri,
fakültə
dekanı
vəzifələrində çalışmış. 1948-cı ildə Ümumittifaq
Kənd Təsərrüfatı Elmlər Akademiyasına Azərbay
candan ilk həqiqi üzv seçilmiş, Azərbaycan Kənd
Təsərrüfatı
Elmlər
Akademiyasının
prezidenti
olmaqla 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Akademik
F.Məlikov Azərbaycan aqrar elminə böyük töhfələr vermişdir. O, bır neçə alim
və mütəxəssislərlə birgə seleksiya və fərdi seçmə yolu ilə 1935-1947-ci illərdə
Gədəbəy dövlət damazlıq qoyunçuluq təsərrüfatında “Azərbaycan dağ
merinosu” qoyun cinsini yaratdıqlarına görə 1947-cı ildə SSRİ Dövlət
mükafatına layiq görülmüşdür. Onun elmi tədqiqatlarının əsas istiqamətim
heyvıandarlıqda seleksiya işlərinin respublikanın iqlim şəraitinə, ekoloji və
genetik durumuna uyğun olaraq aparılması təşkil etmiş və bır qayda olaraq yeni
cins yetişdirilərkən genetik aspektlərə çox önəmli yer vermişdir. Alim
heyvandarlıqda damazlıq seleksiya işlərinin səmərəliliyi və məhsuldarlığın
artırılmasında yeni mütərəqqi üsullardan (qarabağ qoyunlarında farac döl və s.)
geniş istifadə olunmasına böyük üstünlük vermişdir. F.Məlikov 150-dən çox
əsərin müəllifidir. Ölkədə heyvandarlığın inkişafındakı nailiyyətlərinə görə SSRİ
Alı Sovetinin Rəyasət Heyətinin fərmanı ilə F Məlikov Lenin, Qırmızı Əmək
Bayrağı ordenləri və bir çox medallarla təltif olunmuşdur Azərbaycan Elmi
Tədqiqat Heyvandarlıq İnstitutu hazırda onun adını daşıyır.
39
Sadıqov M irza Hiiseyn oğlu
(1896-1970)
Ölkəmizdə
zootexniya elminin
inkişafında
böyük rolu olmuş, qoyunçuluq şahəsində tanınmış
seleksıyaçı alimlərimizdən biri də akademik Mirzə
Hüseyn oğlu Sadıqov olmuşdur. 1935-ci 1947-ci
illərdə M.Sadıqovun akademik F.Məlikovla birlikdə
Gədəbəy rayonunda zərif yunlu merinos qoyunlann
Dövlət Damazlıq Ocağı təşkil edilmişdir. O, burada
seleksiya
damazlıq
işlərinin
planının
tərtib
olunmasına, Azərbaycan Elmi-Tədqiqat Zootexniki
təcrübə stansiyasının dayaq məntəqəsinin apardığı elmi-tədqiqat işlərinə
rəhbərlik etmişdir M Sadıqovun gərgin əməyi nəticəsində 1947-ci ildə Gədəbəy
dağ merinosu cinsinin yaradılması işi başa çatdı və təsdiq edildi. Beləliklə,
Gədəbəy zərifyunlu qoyun cinsində yerli yaşayış şəraitinə yüksək səviyyədə
davamlılıq təmin edildi. Həmin cinsin yaradılmasının üsulu və genetik aspektləri
M.Sadıqovun adı ilə bağlıdır. Bu cinsin yaradılmasında əsas müəlliflərdən bin
kiıııi o, SSRİ Dövlət mükafatı laureatı adma layiq görülmüşdür O, 1953-cü ildə
doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru
alimlik dərəcəsi, həmin ildə də professor elmi adını almış, 1955-1957-cı illərdə
Dağıstan Kənd Təsərrüfatı İnstitutunun «Xüsusi
zootexniya» kafedrasının
müdiri vəzifəsində çalışmışdır.
M ustafayev İmam Daşdəmir oğlu
(1910-1997)
Ш
fi
Ölkəmizdə taxılçılıq sahəsində seleksiya işlərinin
apanlmasında, yeni sortların yaradılmasında, onlann
genetik
xüsusiyyətlərinin
və
genefondunun
öyrənilməsində korifey alimimiz, akademik İ.D.Mus
tafayevin misilsiz xidmətləri olmuşdur. O, elmi
fəaliyyətinin səmərəsinə və bu sahədəki nailiyyətlərinə
görə 1950-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
İ. Mustafayev 1940-1954-cü illərdə Azərbaycan
Dövlət Nəzarət Komissiyası sədrinin, Azərbaycan Xalq Torpaq Komissarının 1-
ci müavini, Azərbaycan SSR Kənd Təsərrüfatı Naziri, Gəncə Vilayət Partiya
Komitəsinin 1-ci katibi, Azərbaycan KP MK-nın katibi. 1954-1959-cu illərdə isə
onun 1-ci katibi olmuşdur. Onun təşəbbüsü ilə 1950-ci ildə Azərbaycan Elmi
Tədqiqat Əkinçilik və AMEA-nın Genetika və Seleksiya İnstitutları yaradılmış,
1954-cü ildən ömrünün sonuna qədər Genetika və Seleksiya İnstitutunda şöbə
müdiri və direktor işləmişdir. İ.Mustafayevın elmi-tədqiqat işləri yerli buğda,
arpa, çovdar və egilopslann toplanması və onlann genetik, seleksiya və
təsərrüfat
xüsusiyyətlərinin
öyrənilməsinə,
yeni
məhsuldar
sortların
40
Dostları ilə paylaş: |