yaradılmasmına həsr olunmuşdur. Seleksiya və hibrid materiallarının ekoloji
zonal yoxlanması üsulları da ilk dəfə İ.Mustafayev tərəfindən işlənib
hazırlanmışdır. O, bır sıra bol məhsul verən yüksək keyfiyyətli buğda sortlan -
"Sevinc", "Cəfəri", "Zoğal buğda", "Turanikum-186", "Turgidum-7", "Qızıl
buğda", "Bol buğda", "Arzu" və s. yaratmışdır. Alim bir sıra elmi əsərlərin, o
cümlədən 6 monoqrafiyanın müəllifidir, SSRİ və Azərbaycan SSR Ali Sovetinin
deputatı olmuşdur. Elmi yaradıcılıq fəaliyyətinə görə N.İ.Vavilov adına qızıl
medal, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 3 böyük qızıl medalı, "Qırmızı
Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
Quliyev Ələkbər Məmməd oğlu
(1911-1983)
Məşhur botanik, genetik və seleksiyaçı alim,
akademik, Əməkdar Elm Xadimi Ələkbər Məmməd
oğlu Quliyevin Azərbaycanda botanika, bitkilərin
genetikası,
fiziologiyası,
genefondunun
dəyişkənliyi,
ümumilikdə
biologiya
və
kənd
təsərrüfatı elmlərinin öyrənilməsi, inkişafı sahəsində
elmi-praktiki və nəzəri cəhətdən olduqca böyük
əhəmiyyət kəsb edən fundamental-tətbiqi xarakterli
tədqiqatların aparılmasında və ölkəmizdə aqrar
sahənin mütəxəssislərinin hazırlanmasında xüsusi xidmətləri olmuşdur. Alimin
rəhbərliyi ilə ölkəmizin bitki örtüyünün genefondu, bitkilərin anatomiyası,
fiziologiyası,
genetikası,
seleksiyasının
öyrənilməsi
sahəsində
aparılan
təcrübələr çox uğurlu nəticələr vermiş və elmi yeniliklərə nail olunmuş, çoxlu
sayda elmlər namizədləri və doktorlan hazırlanmışdır. Alim, aqronomluq,
bitkiçilik və biologiya elmləri üzrə çoxlu sayda ali məktəb dərslikləri, dərs
vəsaitləri, kitab və monoqrafiyaların müəllifi olmuşdur. Ə.M.Qulıyevin
təbiətşünaslıq elmləri üzrə apardığı elmi axtarışlar sanki genetik olaraq öz
övladlarına da sirayət edərək onlara biologiya elmi sahəsində böyük uğurlar
nəsib etmişdir. Oğlu biologiya elmləri doktoru, professor Akif Quliyev Bakı
Dövlət Universitetinin «Biologiya» fakültəsinin dekanı, «Biokimya və bitki
fiziologiyası» kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Rauf
Quliyev BDU-nun «Genetika və darvinizm» kafedrasının müdiri. Savad Quliyev
isə ADAU-nun «Bitkilərin genetikası və seleksiyası» kafedrasının dosenti
vəzifəsində işləyir. Ə.M.Quliyevin ölkəmizdə yüksək ixtisaslı kənd təsərrüfatı
kadrlarının- aqronom, baytarlıq təbabəti həkimi, zootexnik və bioloqlann
yetişdirilməsi sahəsində çox böyük xidmətləri olmuşdur.
41
Tutayuk Validə Xaspolad qızı
(1914-1980)
1934-cü ildə Azərbaycan Dövlət Aqrar Univer
sitetinin “Bağçılıq və bostançı lıq" fakültəsini bitir
miş, 1949-cu ildə doktorluq dissertasiyası müdafiə
edərək 35 yaşında biologiya elmləri doktoru elmi
dərəcəsini alan ilk azərbaycanlı qadın akademik.
“Şərəf Nişanı”, “Oktyabr İnqilabı” ordenli, Əməkdar
Elm Xadimi Tutayuk Validə Xaspolad qızının Azər
baycanın bütün bölgələrində təbii bitki örtüyünün
genefondunun, anatomik-morfoloji və genetik xüsu
siyyətlərinin öyrənilməsində misilsiz xidmətləri olmuşdur. O, 1934-cü ildə
aspiranturaya qəbul olunaraq, K.A.Timiryazev adma Moskva Kənd Təsərrüfatı
Akademiyasına ezam edilir, sonralar doğma universitetə qayıdaraq 1939-cu
ildən ADAU-nun botanika kafedrasına başçılıq edir. Alim 1957-ci ildə
Azərbaycan EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş profilli
botanika, aqronomluq, bitkiçilik və biologiya elmləri üzrə milli kadrların
hazırlanması üçün Azərbaycan dilində ilk fundamental dərsliklərin müəllifidir.
1968-1972-ci illərdə V.Tutayukun rəhbərliyi ilə Azərbaycanın qış və yay
otlaqlarının geniş geobotaniki və genetik tədqiqi aparılmış və bu sahədə
müfəssəl məlumatlar əldə edilmişdir. V.Tutayuk 250-dən artıq elmi əsərin, o
cümlədən, 10 ali məktəb dərsliyinin, 9 monoqrafiyanın, çoxlu sayda dərs
vəsaitlərinin müəllifidir. Onun rəhbərliyi ilə çoxlu sayda elmlər namizədləri və
doktorları hazırlanmışdır. O, Azərbaycan KP MK-nın üzvü olmuşdur.
Ağabəyli Ağaxan Ələsgər oğlu
(1904-1980)
Genetika, seleksiya, zootexniya və biologiya
sahəsində
tanınmış,
dünya
şöhrətli
alim,
akademik, Əməkdar Elm Xadimi, «Qırmızı
Əmək Bayrağı» ordenli, 4 medalla təltif oluan,
«Qafqaz» yeni
yağlı-südlü camış
cinsinin
yaradıcısı, elmin yeni sahəsinin - «Camışann
genetikası
və
seleksiyası»mn
və
dünyada
camışçılıq elminin banisi Ağaxan Ələsgər oğlu
Ağabəylinin kənd təsərrüfatı kadrlanmn -
zootexnik, baytarlıq təbabəti həkimi, aqroom və
bioloqların hazırlanmasında böyük xidmətləri
olmuşdur. Alim ölkəmizdə və onun hüdudlarından kənarlarda dərc edilmiş 260-
dan artıq elmi əsərin, 14 mooqrafiya, kitab və dərsliyin, 14 təlimatın müəllifi
olmuş, onlann 130-dan çoxu məhz camışlann genetikası və seleksiyasına həsr
edilmişdir. O, 36 il ADAU-nun «Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və
42