Musayev M usa Ə bdürəhm an oğlu
(1921-2010)
Baytarlıq təbabəti, zoologiya və parazitologiya
elmilərinin inkişafında tanınmış akademik Musa
Əbdürəhman oğlu Musayevin xidmətləri olduqca
təqdirəlayiqdir O, ADAU-nun baytarlıq təbabəti
fakültəsini bitirmişdir. 1959-cu ildən Azərbaycan
MEA-nın müxbir üzvü. 1967-cı ildə isə həqiqi üzvü
seçilmişdir. M.Musayev 350-dən çox elmi əsərin, o
cümlədən,
onlarla dərslik, dərs vəsaiti, 10
müəlliflik şıhadətnaməsı və patentin müəllifidir.
Alım
1976-1001-ci
illərdə
SSRİ
Elmlər
Akademiyası nəzdındə Ümumıttıfaq Protozooloqlar
Cəmiyyətinin vitse-prezidenti, 1967-1988-ci illərdə «Parazitologiya» jurnalının
redaksiya heyətinin üzvü, Ukrayna Parazıtoloqlar Cəmiyyətinin fəxri üzvü
seçilmiş, 1991-ci ildə Azərbaycan SSR Dövlət mükafatına, 1996-cı ildə Həsən
Əliyev adma «Ekologiya sahəsindəki nailiyyətlərə görə» medala və mükafatlara
layiq görülmüşdür. Baytarlıq elmləri doktoru, professor M.Musayev Azərbaycan
Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi.
AMEA Zoologiya İnstitutunun direktoru olmuşdur. Onun rəhbərliyi ilə çoxlu
sayda elmlər namizədi və doktorları hazırlanmışdır.
Q arayev A bdulla İsmayıl oğlu
(1910-1968)
Azərbaycan fiziologiya elminin banisi, tibb
elmləri doktoru, akademik, Əməkdar Elm Xadimi
Abdulla İsmayıl oğlu Qarayevin milli elmimizin
inkişafında çox böyük xidmətləri olmuşdur. O,
ölkəmizdə eksperimental fiziologiya laboratoriya
sının ilk təşkilatçısı olmaqla onun əsas elmi
tədqiqatları bioelektrik hadisələn, orqanizmin
mütəhərrik karbohidrat deposu, subliminal qıcıq
ların dekrementli ötürülməsi, Naftalan neftinin
müalicəvi təsir mexanizmi və interoseptik mübadilə reflekslərinin öyrənilməsinə
həsr edilmişdir. Naftalan neftində boy maddəsini də fizioloji tədqiqatlarda o,
tətbiq etmişdir. A.Qarayev AKP MK-nin üzvü (1962-64), BDU-nun rektoru
(1944-50), AMEA-nın biologiya və kənd təsərrüfatı bölməsinin akademik katibi
(1952-56), Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri (1961-63), AMEA-nın
Fiziologiya bölməsinin rəhbəri və Fiziologiya İnstitutunun direktoru (1953-68),
İ.P.Pavlov adma Ümumittifaq Fizioloqlar Cəmiyyəti Azərbaycan bölməsinin
sədri (1951-68) vəzifələrində çalışmışdır. Alim 15-ci (Sankt-Peterburq, 1935 ,
45
21-cı (Buenos-Ayres, 1959), 22-ci (Leyden, 1962), 23-cü (Tokio, 1965)
Beynəlxalq fizioloqlar konqresində iştirak etmişdir. Onun “Analızatorlann
fiziologiyası”
(1947), “Mərkəzi sinir sisteminin fiziologiyası” (1951),
"Faqosıfozun fiziologiyası” (1960), “Boş beyin süfununun torabənzər törəmələri
və vegetativ funksiyaları” (1965), “Sulukarbonlar mübadiləsinin hipotenniya
şəraitində vəziyyəti” (1967), “İnteroreseptorlar və maddələr mübadiləsi” (1965,
rus dilində) və s. əsərləri nəzəri və praktiki cəhətdən çox qiymətli əsərlər sayılır.
A.Qarayev Lenin ordeni, 3 dəfə Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz
ordeni və medallarla təltif edilmişdir. Onun rəhbərliyi ilə çoxlu sayda elmlər
namizədləri və doktorları hazırlanmışdır.
Həsənov Hüseyn H eydər oğlu
(1932)
AMEA-nın
akademiki,
biologiya
elmləri
doktoru, professor, Nyu-York Akademiyasının
üzvü, əməkdar elm xadimi, A. İ. Qarayev adma
Fiziologiya institutunun sabiq direktoru, «Beyin və
davranış» şöbəsinin müdiri Həsənov Hüseyn Hey
dər oğlunun elmi, pedaqoji və ictimai fəaliyyəti
milli elmimizin tarixində ən önəmli yerlərdən birini
tutur. H Həsənov elmi-tədqiqat fəaliyyətinə 1954-
cü ildə Fiziologiya institutunda əvvəlcə laborant.
sonra aspirant, 1957-cı ildən isə kiçik elmi ışçı kımı
başlamışdır. O, 1958-ci ildə dissertasiya müdafiə edərək, biologiya elmləri
namizədi alimlik dərəcəsi almış, 1961-cı ildən baş elmi işçi vəzifəsinə
keçirilmiş, 1967-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir Alim
1968-ci ildə elmi işlər üzrə direktor müavini təyin edilmiş və 1969-cu ildən
etibarən Azərbaycan Elmlər Akademiyasının A.İ Qarayev adma Fiziologiya
institutunun direktoru, eyni zamanda Beyin və davranış şöbəsinin davranış və
təlim laboratoriyasının rəhbəri təyin edilmişdir. O, 1972-ci ildə AMEA-nın
müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir Onun elmi-tədqiqat
fəaliyyəti akademik A.İ.Qarayevin rəhbərliyi altında başlamış və bu
tədqiqatların böyük hissəsini mərkəzi sinir sisteminin tənzimlənmə mexanizm
lərinin vegetativ funksiyalarının öyrənilməsi və onların orqanizmin daxili
mühitinin(homeostazın) tənzim edilməsində rolu kımı mühüm məsələlərin
tədqiqi təşkil edir. Bu problem üzənndə işləyərkən o, interoreseptorlann
qlıkemik reaksiyalara təsiri, baş beyin qabığı strukturaları, limbik retikulyar
kompleksinin
qlikohomeostazın
tənzim
edilməsində
rolu, ontogenezdə
qlikohomeostazın tənzim edilməsinin sınır mexanizmləri, interoreseptiv
siqnalların öyrənilməsinin neyrofızıolojı və neyrokimyəvı mexanizmləri,
inteqrasiya, eləcə də qabıq və qabıqaltı əlaqələr və funksiyaların lokalizasiyası
kimi elmi tədqiqat istiqamətlən yaratmışdır. Həmin çoxcəhətli tədqiqatların
46