xəstəliklərinin (qaramalın, donuzların pastcrcllyoz, qoyunların infeksion mastit,
bradzot, quzuların anaerob dizenteriya, quşlann kolibakterioz, salmonellyoz)
törədicilərinin torpaqda, suda, peyində, binalarda, xidmət əşyalarında və s.
yaşama müddətim, Günəş şüalarının, temperaturun, dezinfeksiya maddələrinin,
antibiotiklərin, sulfanilamid və nitrofuran qrupu preparatlarının təsirinə
davamlılığını, həssaslığını, genetik əlamət və xassələrinin dəyişkənliyini ətraflı
öyrənmişlər. Baytarlıq təbabəti tarixində ilk dəfə olaraq Y. Səfərovun rəhbərliyi
ilə kənd təsərrüfatı heyvanlarının və quşlann bəzi infeksion xəstəliklərinə qarşı
assosiasiya olunmuş və kompleks vaksinasiya üsulu tətbiq edilmiş və eyni adlı
(rus dilində) monoqrafiya hazırlanmışdır. Alimin rəhbərliyi ilə heyvan və
quşlann bəzi yoluxucu xəstəliklərinin törədicilərinin əsas genetik əlamətləri və
xassələrinin (morfoloji, fizioloji, kultural, biokimyəvi, patogenetik, antigenlik və
s.) dəyişilməsi mexanizmi və dinamikasını öyrənmək üçün təcrübə heyvanları
(ağ siçan, hind donuzu, göyərçin, toyuq, ada dovşanı, qoyun) üzərində bioloji
sınaq qoyulmasından, mikroorqanızmlərin onların orqanizmindən passaj
olunmasından və attenuasiyasından geniş istifadə edilmişdi
Səfərov K əbutər M irzəbala Oğlu
(1911-1981)
Azərbaycanda ilk dəfə olaraq kənd təsərrüfatı heyvanlarının (qaramal,
camış, qoyun,keçi) ən təhlükəli zooantroponoz sayılan leptospiroz-infeksion
sarılıq xəstəliyinin etioloji, epızootoloji, epidemioloji. klınıkı, patoloji-anatomıkı
xüsusiyyətlərinin, patogenezi, diaqnostika və
profilaktikasının,
onun
törədicisinin
patogenlik, virulentlik xassələrinin, eləcə də
heyvanların həmin törədiciyə həssaslığının,
davamlılığının öyrənilməsi ilə məşğul olan
professor, baytarlıq təbabəti elmləri doktoru
Kəbutər Mirzəbala oğlu Səfərovun ölkəmizdə
baytarlıq
təbabəti
elminin
tərəqqisində,
inkişafında və yüksək ixtisaslı heyvandarlıq
(zootexnik, baytarlıq təbabəti həkimləri və s.)
kadrlarının hazırlanmasında olduqca böyük
xidmətləri olmuşdur. O, 1933-cü ildə Moskva
Zoobaytarlıq İnstitutunun baytarlıq təbabəti
fakültəsinə daxil olmuş. 1937-ci ildə həmin institutu bitirmiş, 1937-1938-ci
illərdə Azərbaycan SSR Dövlət Sığorta İdarəsində baş baytar həkimi vəzifəsində
işləmişdir. Alim 1938-1940-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin
«Epizootologıya və mikrobiologiya» kafedrasında assistent, 1940-1963-cü
illərdə kafedra müdiri,
1954-1963-cü illərdə isə «Epizootologiya və
zoogigiyena» kafedrasının müdiri vəzifəsində işləmiş, 1945-ci ildə namizədlik.
1953-cü ildə isə Moskvada Ümumittifaq Elmi Tədqiqat Baytarlıq İnstitutunda
51
doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1947-ci ildə «Epizootologiya və
zoogıgıycna» kafedrasının dosenti, 1954-cü ildən isə «Epizootologiya» kafed
rasının professoru təsdiq edilmişdir. K. Səfərovun 50-dən artıq elmi əsəri vardır,
o
cümlədən
Azərbaycan
dilində
"Ümumi
epizootologiya",
"Xüsusi
epizootologiya” dərsliklərinin və çoxlu sayda dərs vəsaitlərinin ilk müəlliflə-
rindəndır. Alim 1963-cü ildən 1989-cu ilə qədər respublika Kənd Təsərrüfatı
Nazirliyində elmi işlər üzrə baş idarənin rəisi vəzifəsində işləmiş, baytarlıq
təbabəti mikrobiologiyası və epizootologiya üzrə çoxlu sayda namizədlik və
doktorluq dissertasiyalarına rəhbərlik etmişdir.
Axundov C ahangir Mehdi oğlu
(1906-1978)
Heyvandarlıq və südçülük elmləri sahəsində tanınmış, nıəhşur və
görkəmli alim professor Cahangir Mehdi oğlu Axundov 1916-cı ildə birpilləli,
1925-ci ildə isə ikipilləli məktəbi bitirərək, elə
həmin
ildə
Azərbaycan
Respublikası
Politexnik
İnstitutunun
kənd
təsərrüfatı
fakültəsinə qəbul olunmuş və 1930-cu ildə
institutu müvəffəqiyyətlə bitirmişdir. İnstitutu
bitirdikdən sonra C.Axundov hazırlıqlı və
istedadlı məzun kimi Moskva şəhərində
Ümumittıfaq
Elmi-Tədqiqat
Südçülük
Sənayesi institutunun aspiranturasına qəbul
olunmuşdur.
1933-cü
ildə
aspiranturanı
bitirdikdən sonra yüksək ixtisaslı mütəxəssis
kimi, o, ADAU-nun “Südçülük” kafedrasına
dosent vəzifəsinə seçilir və 1937-ci ildən isə
həmin kafedranın müdin vəzifəsinə irəli çəkilir. C.Axundov 1938-cı ildə kənd
təsərrüfatı elmləri namizədi. 1939-cu ildə isə dosent elmi adma layiq görülür. O,
Azərbaycanda südçülük elminin əsasım qoyan, onu inkişaf etdirən ilk və yeganə
alimlərdən biridir. Alim Respublikamızda camış südünün kimyəvi tərkibini,
fiziki, bioloji və texnoloji xüsusiyyətlərini dərindən öyrənmiş və 1960-cı ildə
müvəffəqiyyətlə elmi işi müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru alimlik
dərəcəsinə layiq görülmüşdür. Ümumittifaq Ali Attestasiya Komissiyası
tərəfindən 1961-ci ildə ona professor adı verilmişdir. C. Axundov ölkəmizdə
aqrar elmi kadrlannm hazırlanmasında fəal iştirak etmişdir. Onun rəhbərliyi
altında 12 aspirant və dissertant namizədlik dissertasiyalarını müdafiə etmiş, 2
doktorluq dissertasiyasına məsləhətçi olmuşdur. C.Axundov 120-dən artıq elmi
məqalə, tədris-metodiki, kütləvi kitabçaların, o cümlədən 7 dərslik və dərs
vəsaitinin müəllifidir. Keçmiş Sovetlər Birliyinin şəhərlənndə ixtisası üzrə
keçirilmiş müşavirə və konfranslarda fəal iştirak etmişdir. 1959-cu ildə
Londonda keçirilən XV Beynəlxalq Südçülük Konqresinin iştirakçısı olmuş və
52