"Camış südündən pendırçilik sənayesində səmərəli istifadə edilməsi yollan"
mövzusunda məruzə etmişdir Professor C Axundov “Qafqaz” camış cinsinin
yaradılmasında fəal iştirak etmiş müəlliflərindən biri kimi SSRİ Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən mükafatlandırılmışdır Tədris, tədris-metodiki və
elmi-tədqiqat işləri ilə yanaşı, 1933-cü ildən başlayaraq fədakarlıqla çalışan və
öz mənalı həyatını belə bir şərəfli sahəyə həsr edən C.Axundov 1934-1935 və
1949-1951-ci illərdə ADAU-nun zootexniklik fakültəsinin dekanı, 1938-1941-cı
illərdə isə həmin universitetin aspirantura şöbəsinin müdiri. 1944-1947-cı illərdə
Azərbaycan Heyvandarlıq-Təcrübə Stansiyasında baş elmi ışçı, 1942-1975-cı
illərdə 33 il müddətində "Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi və
südçülük işi" kafedrasının müdiri, 1962-1963-cü illərdə Tədris İşləri üzrə pro
rektor vəzifələrində işləmişdir. C.Axundovun elmi-pedaqoji fəaliyyəti və
Respublikanın aqrar elminin inkişaf etdirilməsındəki xidmətləri Azərbaycan
Dövləti tərəfindən yüksək qiymətləndirilərək ona 1966-cı ildə Azərbaycan
Respublikasının "Əməkdar Elm Xadimi" adı verilmişdir. O, orden, medal və
fəxri fərmanlarla mükafatlandırılmışdır.
Verdiyev Z ülfüqar Q urban oğlu
(1907-1992)
Ölkəmizdə qaramal və zebulann yetişdirilməsi, onların genetik, seleksiya,
bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, yüksək ixtisaslı zootexniya və
baytarlıq
təbabəti
kadrlarının
hazırlanması
sahəsində 150-dən çox elmi əsənn, o cümlədən bır
neçə dərsliyin, monoqrafiyaların, kitabların və
dərs vəsaitlərinin müəllifi, ' Şərəf Nişanı" ordeni,
“Əməkdə fərqlənməyə görə”, “İ.V.Miçurinin 100
illiyi” medalları ilə təltif edilmiş, professor,
Əməkdar Elm Xadimi Zülfüqar Qurban oğlu
Verdiyevin xüsusi xidmətləri olmuşdur. O, 1955-
1959-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Hey
vandarlıq
İnstitutunun
direktoru
vəzifəsində
çalışmış,
sonralar
isə
ADAU-nun
«Kənd
təsərrüfatı
heyvanlarının
yetişdirilməsi
və
genetikası»
kafedrasının
müdiri
vəzifəsinə
seçilmiş, ömrünün sonuna qədər bu vəzifədə işləmişdir. Z. Verdiyev 1966-cı ildə
«Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və genetikası» kafedrasının
nəzdində “Zebuçuluq elmi-tədqiqat problem laboratoriyası” yaratmış və 1990-cı
ilə qədər onun rəhbəri olmuşdur. Alimin rəhbərliyi ilə genetika, heyvandarlıq və
zootexniya üzrə bir neçə elmlər namizədi və doktoru hazırlanmışdır Fərəhli
haldır ki, Z.Verdiyevin zubuçuluğa və camışçılığa dair elmi məqaləsi BMT-nın
«Azalmaqda və aradan çıxmaqla olan heyvan növləri» adlı külliyatında nəşr
olunmuşdur.
53
Hacıyev Hacı M əm m ədbağır oğlu
(1919-1989)
Azərbaycanda baytarlıq təbabətinin təşəkkül tapmasında, müstəqil elm
sahəsi kimi formalaşmasında, dinamik inkişafında
və bu bəşəri əhəmiyyətli elm sahəsində milli
kadrların və alimlər ordusunun hazırlanmasında
baytarlıq təbabəti elmləri doktoru, professor Hacı
Məmmədbağır oğlu Hacıyevin olduqca böyük və
misilsiz
xidmətləri
olmuşdur.
H. Hacıyevin
tələbələri, aspirantları və elmi-pedaqoji kollektiv
onu
ədəbiyyatçı
alim,
yüksək
erudisiyalı.
intellektual səviyyəli pedaqoq, həssas, qayğıkeş bır
insan və pedaqoq kimi dəyərləndirmiş, özləri üçün
örnək hesab etmişlər. H.Hacıyev 1941-ci ildə
ADAU-nun Baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin
universitetdə ordinatorluqdan başlayaraq qəzet redaktoru, kafedra müdiri, elmi
işlər üzrə prorektor vəzifələrində çalışmışdır. Alim çoxsaylı dərslik, dərs vəsaiti,
monoqrafiya, elmi və publisistik məqalələrin müəllifi olmuşdur Ölkəmizin
əvəzsiz təbii sərvəti sayılan naftalan neftinin baytarlıq təbabətində ilk dəfə
olaraq geniş tətbiq olunması məhz onun səyi və təşəbbüsü nəticəsində mümkün
olmuşdur. O, 1947-ci ildə “Naftalan neftinin mədə önlüklərinin təqəllüsünə
təsiıi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1948-ci ildə isə
dosent elmi adı almış, 1951-ci ildə baytarlıq təbabəti fakültəsinin “Yoluxmayan
xəstəliklər və kimik diaqnostika” kafedrasına müdir təyin edilmişdir. Alim 1962-
ci ildə həmin kafedranın nəzdində “Naftalan nefti problem laboratoriyası”
yaratmış və ona rəhbərlik etmişdir. O, 1967-ci ildə doktorluq dissertasiyası
müdafiə etmiş və professor alimlik rütbəsi almışdır. Alim İlk dəfə “Klinik
diaqnostika” və "Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”
fənnindən Azərbaycan dilində dərsliklərin və dərs vəsaitlərinin müəllifi
olmuşdur.
H.Hacıyevin
rəhbərliyi
ilə
çoxlu
sayda elmlər namizədi
hazırlanmışdır
Rüstəmov Rüstəm Bəhram oğlu
(1925-2007)
54
Azərbaycanda kənd təsərrüfatı heyvanlarının anatomiyasının və morfologi
yasının öyrənilməsi sahəsində ilk elmlər doktoru, professor Rüstəm Bəhram oğlu
Rüstəmovun baytarlıq təbabəti həkimləri və zootexniklərin hazırlanmasında çox
böyük xidmətləri olmuşdur R.B.Rüstəmov sabiq SSRİ məkanında görkəmli an-
atom və morfoloq kimi tanınmış və şöhrətlənmiş bir alim, elm xadimi idi. O,
1949-cu ildə ADAU-nm baytarlıq təbabəti fakültəsini bitirib, Sankt-Peterburq
Ba}tarlıq institutunun "Cərrahiyyə" kafedrasının aspiranturasına daxil olmuşdur.
Alim 1953-cü ildə "Atların çanaq-bud oynağının arterial qan təchizatı və
çanaqətrafı oynaqlarının toxumlarının onurğa beynin novokaın blokadası
fonunda keçiriciliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş,
1953-1962-ci illərdə "Anatomiya" kafedrasında əvvəlcə assistent, soma isə
dosent vəzifəsində çalışmışdır. R.Rüstəmov 1962-ci
ildə
Sankt-Peterburq
Baytarlıq İnstitutunun doktoranturasına daxil olmuş və 1965-ci ildə "Camış,
qaramal və qovunların çanaqətrafı əzələlərin arterial qan təchizatı və onların
damar-sinir zonaları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1968-ci ildə sabiq SSRİ Ali Attestasiya Komissiyasınm qərarı ilə ona professor
elmi rütbəsi verilmişdir. O, 1967-1972-ci illərdə ADAU-nin elmi işlər üzrə
prorektoru, 1997-ci ilədək kafedra müdiri vəzifələrində işləmişdir. Alim 100-don
çox elmi əsərin müəllifidir. R. Rüstəmov 1975-ci ildə "İşində əla nailiyyətlərə görə"
medalı ilə təltif olunmuş, 2003-cü üdə "Vektor" Beynəlxalq Elm Mərkəzi Mükafat
Komissiyasının qəran ilə "Azərbaycanın tanınmış alimləri" Beynəlxalq layihəsinin
qalibi olmuş və XXI əsnn tanınmış alımı" Beynəlxalq Diplomu ilə təltif edilmişdir.
Onun rəhbərliyi ilə hazırlanmış və «Ev heyvanlarının anatomiyası» adlı ilk ali
məktəb dərslikləri, çoxlu sayda metodiki vəsaitlər və s. hazırlanmışdır. R.Rüstəmov
həm yüksək intellektual səviyyəyə və crudisıyaya malik alım, həm də qayğıkeş,
həssas, humanist, hamı tərəfindən sevilən bir şəxsiyyət kımı bütün elmi
ictimaiyyətin rəğbətini qazanmış pedaqoq idi.
O, elmi-pedaqoji fəaliyyəti ilə
bərabər, həm də mahir tarzən kimi tanınırdı. Onun atası məşhur tarzən Quzanlı
Bəhrəm milli muğam sənətinin banilərindən biri Seyid Şuşinskini (Ağanı) uzun
müddət tarda müşayət etmişdir.
Rüstəm müəllimin ən böyük xidmətlərindən biri onun uzun müddət rəhbərlik etdiyi
anatomiya və fiziologiya kafedrasında öz yetirməsi professor Adil Ramazanovla birlikdə
kənd təsərrüfatı heyvanlarının və quşlann heç bir universitetdə analoqu olmayan, olduqca
zəngin və nadir eksponatlara malik olan anatomiya muzeyini təşkil etməsidir. Rüstəmovlar
ailəsi həm də təbabətə və baytarlıq təbabətinə irsən sadiq qalmasr ilə səcıyyələnrr. Alımın
oğlu Etibar tibbi həkim, Daşqın və onun həyat yoldaşı Siyala xanım və qızı Rəna xanım
baytarlıq təbabəti həkimidir. Siyala xanım Rüstəmova hazırda Respublika Baytarlıq
Xidməti İdarəsinin rəisi vəzifəsində işləyir, həmin sahənin tərəqqisi, inkişafı və qlobal
problemlərinin həlli üçün təqdirəlayiq, geniş diapozonlu fəaliyyət növlərinə rəhbərlik edir
Qədimov Raul Abdulla oğlu
(1939-2000)
Dostları ilə paylaş: |