nəticələrində daxili analizator sistemin qabıq morfo-funksional struktudan haqqmda
məlumatlar toplanmış, hippokamp, amıqdala, hipotalamus kimi lımbık strukturlann
beyin qabığmda visseral təsirlərin formalaşması və interoreseptıv qlıkemik reaksiya-
lann tənzimlənməsində mühüm rolu aydınlaşdınlmışdır. H. Həsənovun bu sahədəki
tədqiqatlarının nəticələri, eləcə də onun rəhbərliyi altında aparılan işlər interoreseptıv
mübadilə reflekslərinin sinir tənziminin qanunauyğunluqlarım müəyyən etməyə imkan
vermişdir. Onun
fəaliyyəti fundamental problem olan analizator funksiyaların
təkamülü, inteqrasiya, mürəkkəb davranış formalarının fizioloji və bıokımyəvi
əlaqələrin izah edilməsinə yönəldilmişdir. Məhz elmi fəaliyyət çərçivəsinin hərtərəfli
sayı nəticəsində H.Həsənov nəinki fiziologiya sahəsində, eləcə də Azərbaycanda
səhiyyə və fizika sahəsindəki alimlərlə elmi əməkdaşlıq edir ki. bu da alı sinir fəaliy
yətinin patologiyası və psixi sinir pozğunluqlarının müalicə olunması üçün kompleks
tədqiqatlar apanlmasina imkan yaradır. .H. Həsənovun adı fiziologiyanın mühüm
problemlərinin böyük tədqiqatçısı kimi təkcə Azərbaycanda deyil, həm də
respublikadan kənarda da məşhurdur. Onun işləri respublika, mərkəzi və xancı
mətbuatda nəşr olunur. O, özünün elmi məlumatlan və ümumi nəticələn ilə
Ümumdünya konqressləri. qurultaydan və sımpozıumlannda iştirak etmişdir. Onun
işləri xarici konfrans və
konqreslərə (Macanstan, Rumıniya), Ümumdünya
fizioloqlar konqreslərə (Münhen, Dehli), ali sınır fəaaliyyətinə həsr olunmuş
Ümumdünya konqresinə (Praqa), Ekspenmental nevroz simpoziumuna (Bcdın) və
beynin İnteqrativ fəaliyyəti (Veymar). XVII Beynəlxalq fizioloji elmlər konqresinə
(Pans), Beynəlxalq fizioloji elmlər konqresinə (Budapeşt). «İnterbeyin» xətti nlə III
Beynəlxalq simpoziumuna, YUNESKO-nun beyin tədqiq edilməsi üzrə təşkil edilmiş
I Ümumdünya konqressinə (İsveçrə, Lozanna) və s. təqdim olunmuşdur.
Şirinov Nəriman Mikayıl oğlu
(1929-2006)
Azərbaycanda baytarlıq təbabəti, xüsusilə
parazitologıya elminin inkişafında böyük xid
mətləri olan alimlərimizdən bırı də akademik
Şirinov Nənman Mikayıl oğlu olmuşdur. Alim
1949-cu ildə ADAU-nun baytarlıq təbabəti
fakültəsinə daxil olmuş, 1950-cı ildə Moskva
Baytarlıq Akademiyasının baytarlıq fakültəsinə
köçürülmüş və 1954-cü ildə oranı bitirərək 1962-
ci ildə namizədlik. 1970-cı ildə isə doktorluq
dissertasiyalarını müdafiə etmişdir. O, 1974-cü
ildə professor adını almış, 1991-ci ildə SSRİ Kənd Təsərrüfatı Akademiyasının.
1992-ci ildə Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, 2001-ci ildə isə
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. N.Şirinov
1957-1960-cı illərdə Azərbaycanda suda üzən ev quşlarının helmint və helmintozlannı
öyrənərək helmıntologiya elmini yem məlumatlarla zənginləşdirmişdir. O, quşlarda
47
(qaz və ördəkdə) 46 helmiııt növü, o cümlədən elm üçün 10 yeni növ, ördəklərdə 38,
qazlarda 25 növ müəyyən etmişdir ki, onlardan da 13-ü keçmiş SSRİ-də, 39 növü isə
Azərbaycanda ilk dəfə olaraq qeydə alınmışdır. Alim 1971-ci ildə Moskvada keçirilən
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına və fəxri diplomuna layiq
görülmüşdür. O, SSRİ-də ilk dəfə neft tullantilan yə neft-kimya sintezi məhsullarının
baytarlıqda və heyvandarlıqda istifadə etmək üçün öyrənilməsinə dair yaranmış
problemin öyrənilməsinin vacibliyini sübut etmiş, 35 ildən çox qeyd olunan problemin
öyrənilməsi ilə məşğul olmuş və bir elmi məktəb yaratmışdır. N.Şirinov 6 müəlliflik
şəhadətnaməsinin, 175 elmi əsərin, 2 monoqrafiyanın, 3 kitabın, 4 kitabçanın
müəllifidir. Onun əsərlərindən 4-ü Polşa, Bolqarıstan və Macarıstanda dərc edilmiş,
tərtib etdiyi "Baytarlıqda neft mənşəli preparatlar" monoqrafiyası isə 1970-ci ildə
Moskvada "Kolos" nəşriyyatı tərəfindən buraxılmışdır. O, 1981-ci ildə «Şərəf nişanı»
ordeni ilə təltif edilmiş, 1990-cı ildə ona Azərbaycan Respublikasının dövlət mükafatı
laureatı adı verilmiş, 2001-ci ildə elmin inkişafinda yüksək əməyinə görə Ümumittifaq
Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademikləri K.İ.Skryabin və N.S.
Vışelesskinin 100 illiklərinə həsr edilmiş xatirə medalları ilə təltif edilmişdir. N.
Şirinov Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda direktor olduğu 34 ıl
müddətdə 11 elmlər doktoru, 62 elmlər namizədi hazırlamışdır.
Hacıyev Yaqub Hüseyn oğlu
(1929-2009)
Ölkəmizdə baytarlıq təbabəti elminin inki
şafında akademik Y.H.Hacıyevin çox böyük
xidmətləri olmuşdur. O, 1946-cı ildə ADAU-
nun baytarlıq təbabəti fakültəsinə daxil olmuş
1949-cu
ildə
Sankt-Peterburq
Baytarlıq
institutuna köçürülərək, 1951-ci ildə burada ali
təhsilini uğurla başa vurmuş, 1957-ci ildə
Moskvada
Skryabin
adma
Ümumittifaq
Helmıntologiya
İnstitutunun
aspiranturasını
bitirmişdir. Y. Hacıyev əmək fəaliyyətinə
Zaqatala Kənd Təsərrüfatı texnikumunda müəllim kimi başlamış, 1951-1952-ci
illərdə Şəmkir rayonu mərkəzi baytarlıq müalicəxanasmda baytar həkimi
işləmişdir. O, 1952-1956-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə
Stansiyasının Naxçıvan dayaq məntəqəsində kiçik elmi işçi, 1956-1958-ci illərdə
Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Naxçıvan Kənd Təsərrüfatı
Zona təcrübə stansiyasında baytarlıq şöbəsinin müdiri, 1958-1959-cu illərdə
Azərbaycan
Kənd
Təsərrüfatı
Nazirliyinin
Respublika
Baytarlıq
Laboratoriyasında baş baytar həkimi vəzifələrində çalışmışdır. Alimin elmi
fəaliyyəti 1959-cu ildən etibarən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
ilə bağlı olmuşdur. O, 1959-1968-ci illərdə bu institutda müxtəlif vəzifələrdə
çalışmış, 1968-ci ildən ömrünün sonuna qədər burada laboratoriya müdiri
48