Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə172/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   168   169   170   171   172   173   174   175   ...   205

bu  amillər  heyvanların  genetik  anomaliyalarınm  potensial  təhlükəli  səbəbi 

ola  bilər.  Anomal  törəmələrin  hesabatı  və  onların  valideynlərinin  qeydə 

alınması  anomaliyaların  etioloji  amillərinin  aşkar  olunmasında  və  genetik 

analizlərin aparılmasında  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Bu zaman  genetik 

analizlər aşağıdakı ardıcıllıqla aparılmalıdır:

-  Cins qeydiyyatına  görə anomal heyvanların mənşəyinin təyini;

-   Zülalların  və fermentilərin  polimorf sistemləri  və  qan  qruplarına  görə 

heyvanların mənşəyinin etibarlılığının təyini;

-   Anomal  fərdlərin  valideynlərinin  çarpazlaşma  tipinin  (inbridinq,  aut- 

bridinq)  müəyyən edilməsi üçün  qohumluq əlaqəsinin və anomal  fərdlər ara­

sında qohumluğun mövcud  olmasının təyin edilməsi;

-   Anomaliyaların  tipinin  (monogen,  poligen,  autosom,  cinsiyyətlə  iliş- 

kənlik,  dominant, resessiv) müəyyənləşdirilməsi;

-   Anomaliyaların  xromosom  və  gen mutasiyalarınm  müşahidə  edilməsi 

üçün  anom al fərdlərin və onların valideynlərinin kariotipinin öyrənilməsi;

-   M utasiya  markerlərinin  aşkarlanması  üçün  genotiplərin  qan  qrupu 

allellərinə,  zülal  və  fermentlərin  monomorf  sistemlərinə  görə  genotiplərin 

analizi;


-  M utant genin  fenotipık  olaraq  baş verməsini aşkarlamaq üçün anomal 

və norm al heyvanlarda fermentlərin səviyyəsini və quruluşunu öyrənmək.

Anomaliyaların  etiologiyasında  irsiyyətin  rolunu  öyrənməyin  praktiki 

cəhətdən  ən  əlverişli,  sadə  və  kifayət  qədər dəqiq  üsulu  heyvanların  qohum ­

luq  əlaqəsinin'və  genealogıyasının  təyin  olunmasıdır.  Bu  zaman  birtərəfli 

(dominant)  və  ikitərəfli  (resessiv)  ümumi  qohumluq  əlaqəsinin  olması  ano- 

maliyaların  irsi  xarpakterli  olmasım  təsdiq  edir.  Populyasion  genetikanın  və ■

 

biometriyanın  qanunauyğunluqları  əsasında  gcncaloji  analizləri  daha  da 



dəqiqləşdirmək məqsədilə anomaliyanın təsadüfən, yaxud nadir hallarda  baş 

verməsi  genetik-statistiki  hesablamalarla  dəqiqləşdirilməlidir.  Heyvanların 

iri  miqyaslı  seleksiyası  zamanı  intensiv  olaraq  istifadə  olunan  və  süm 

mayalanm ada  sperması  geniş  miqyasda  tətbiq  edilən  törədicilərin  genotipi 

həm  məhsuldarlıq  əlamətlərinə,  həm  də  zərərli  resessiv  genlərin  heleroziqot 

daşıyıcısı  olmasına  görə  yoxlanmalıdır.  Bu zaman  aşağıdakı  üsullara  istinad 

edilməlidir:

-   Yoxlanılan  törədicinin  anomal  dişi  fərdlorlo  cütləşməsi  (analizcdici 

çarpazlaşma);

-  Yoxlanılan  törədicinin  əvvəlcədən  mutant  genin  heteroziqot  daşıyıcı­

sının olması  sübut edilən dişi  fərdlərlə cütləşməsi;

-   Yoxlanılan  törədicinin  özünün  dişi  törəmələri  ilə  cütləşməsinin  təsdiqi 

(insest-test);

  Yoxlanılan törədicinin naməlum genotipli dişi fərdlərlə cütləşməsi.



Hom oziqot mutant  genin  daşıyıcıları,  bir qayda  olaraq,  yaşama qabiliy­

yətinə  malik  olmayan  anomal  fərdlər  olur.  Heyvanlarda,  xüsusilə  qaram al­

larda  metabolizm  nəticəsində  yaranan  mannozidoz,  parakeratoz,  porfiriya 

kimi  irsi  çatışmazlıqların  heteroziqot  daşıyıcılarını  aşkar  etmək  məqsədilə 

onların  eritrositlərində  müvafiq  olaraq 

mannozidoza fermentinin,  sinkin

  və


393


proporfinin

  fəallıq  dərəcəsinin təyininə istinad  olunur.  Bu zaman heteroziqot 

heyvanlar  (Aa)  həmin  göstəricilərə  görə  normal  (AA)  və  anomallar  (aa) 

arasında aralıq  vəziyyəti tutur. Heyvan və quşların genetik anomaliyalannın 

profilaktikasında  ən  başlıca  üsul 

sitogenetik  üsul

  sayılır.  Həmin  üsulla 

heyvanların yaşama və balavermə qabiliyyətini, məhsuldarlıq və cins damaz­

lıq qiymətini azaldan kariotipin  həm miqdar,  həm də quruluş mutasiyalarını 

aşkar  etmək mümkün  olur.  X romosom və gen mutasiyalarmın zərərli nəticə­

lərinin  səmərəli  profilaktikasının  ən  başlıca  üsulu  süni mayalanma  stansiya­

larında  kariotipində  çatışmazlıq  olmayan  törədicilərin  seçilməsindən  ibarət­

dir.  Bu  sahədə  ilk  dəfə  olaraq  ən  geniş  diapozonlu  tədqiqat  işləri  Sankt- 

Peterburq  Baytarlıq  Təbabəti  İnstitutunda  aparılmışdır.  Bütün  qeyd  edilən­

ləri  nəzərə alaraq,  belə qənaətə gəlmək  olar  ki,  heyvandarlığın intensiv inki­

şafı və iri  miqyaslı seleksiya işlərinin  aparılması üçün hər bir törədicinin yaşı, 

daxili  potensial  imkanı  nəzərə  alınmalı,  genetik  monitorinq  (populyasi- 

yalarda  və  cinslərdə  zərərli  genlərin  aşkarlanma  dərəcəsi)  təşkil  edilməli  və 

anomaliyalı fərdlərin hamısı sürüdən çıxdaş olunmalıdır.

M onitorinq  nəzarətinin  təşkilinin  əsas  parametri  isə  anomaliyalann  də­

qiq  və  ardıcıl  uçotu,  təsnifatı,  onların  etiologiyasmda  irsiyyətin  rolu,  sitoge­

netik  və  biokimyəvi  markerlərdən  istifadə  olunması  və  s.  ibarətdir.  Xrom o­

som  mutasiyalarını  daşıyan 



anomal heyvanlar üçün  xüsusi  vəsiqələrin

  hazır- 

danması  baytarlıq  xidməti  və  heyvandarlıq  mütəxəssislərinin,  seleksiya  mər­

kəzlərinin,  cins  heyvandarlıq  birliklərinin  fəaliyyətində  ön  planda  duran  ən 

vacib  məsələ  olmalıdır.  Bu  cür  nəzarətin  gücləndirilməsi  həm  seleksiya  və 

seçmə  işlərinin  səmərəliyini  artırır,  həm  də  anom al  fərdlərin  doğulmasmm, 

heyvanların  məhsuldarlığının  bütün  sahələr  (balavermə,  törədicilik  qabiliy­

yəti, ət,  süd və s.) üzrə artırılmasını,  xəstəliklərə qarşı rezistent fərdlərin yara­

dılmasını  təmin  edir.  Populyasiya  və  cinslərdə  anomaliya  hallarının  azaldıl­

masında  seleksiya  işlərinin  düzgün  təşkili  daha  səmərəli  nəticələr  verir.  Mə­

sələn,  İsveç  fermerləri  anom aliyalara  görə  inəkləri  və  törədici  buğaları 

mütəmadi  olaraq  çox  ciddi  surətdə  yoxlamaq  və  monitorinq  təşkil  etməklə 

səmərəli  nəticələrə  nail  olmuşdur.  Monqol  alimi  Dumaajav  Baator  (1982) 

boz qaragül cinsli qoyunları  boz aborigen cinsi  ilə çarpazlaşdırmaqla genetik 

anomaliyalara  görə  tamamilə  steril  və  xəstəliklərə  olduqca  davamlı  olan 

törəmələr almışdır.  Həmin  törəmələr  həm də  yüksək  ət,  yun  məhsuldarlığına 

və balavermə  qabiliyyətinə  malik  olmuşlar.  Beləliklə,  genetik üsulla M onqo­

lustanın  qoyunçuluq  fermalarında  alınan  homoziqol  boz  qaragül  qoyun 

cinsi  xəz-dəri  məmulatı  məhsuldarlığına  görə  ən  perispcklıvli  cins  hesab 

olunur.


394


Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə