Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə183/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   179   180   181   182   183   184   185   186   ...   205

şəraitinin  kəskin  dəyişilməsinə  adaptasiya  olunmaq,  yüksək  məhsuldarlıq  və

s.)

  mövcuddur və  saxlanılır.  Lakin  əldə  olunan  məlumatların  təhlili  göstərir 

ki,  heyvandarlıq  resurslarının  genetik  bazasının-genofondunun  çox  sürətlə 

davam  edən  eroziyaya  uğraması  onun  davamlı  inkişafına  ciddi  maneçilik 

törədir.

Dünya əhalisinin ərzaq  məhsullarına olan tələbatının  ödənilməsini təmin 

edən  ən  başlıca  və  aparıcı  amil  sayılan  heyvanların  genetik  resurslan  üzrə 

FAO-nun  qlobal  genetik  bankına  əsasən  hazırda  heyvanların  7616  növündə 

eroziyalaşma  aşkar  olunub.  Onların  20%-i  isə  təhlükə  qarşısında  olmaqla 

genetik  fondunu  artıq  itirmək  üzrədir.  Son  6  il  ərzində  62  heyvan  növünün 

nəsli  tamamilə  kəsilmişdir.  Bu  isə  heyvanların  növ  müxtəlifliyinin  hər  ayda 

birinin  nəslinin  itməsi  deməkdir.  Qeyd  edilən  böhranın  bu  cür  dmamik 

inkişafı  BMT,  FAO  və  bütün  nüfuzlu  beynəlxalq  təşkilatların  olduqca  ciddi 

narahatlığına  və həmin vəziyyətdən çıxış yollarını axtarmağa vadar etmişdir. 

Bu  gün  dünyanın  əhalisi  çox  olan  bir  çox  dövlətlərində  (Hindistan,  Çin, 

Əfqanıstan,  Afrika  ölkələri  və  s.)  artıq  ərzaq  çatışmazlığı  qlobal  problemə 

çevrilib. 

Heyvanların  genetik  bankının  eroziyasının  qarşısının  tezliklə 

alınmadığı  təqdirdə  ərzaq  qıtlığı  və  böhranı  daha  da  kəskinləşəcək  və 

bəşəriyyət  iiçün  qlobal  problem  və  ağır

  neqativ  fəsadlar  törədəcəkdir. 

Y uxanda  qeyd  edilən  rəqəmlər  heyvanların  bankının  genetik  eroziyasının 

yalnız çox  cüzi  bir hissəsini əks  etdirir.  I Ieyvan  növlərinin  resursları, xüsusilə 

növ  səviyyəsində  onların  quruluş  və  sayının  müəyyən  edilməsi  müxtəlif 

ölkələrdə  hələ  də  qeyri-adekvatdır,  xeyli  çətinlik  törədir.  Belə  ki,  hazırda 

mövcud  olan  heyvan  növlərinin  36%-nin  genetik  resursu  və  statusu 

haqqında  hələ  do  ətraflı  məlumat  yoxdur.  Bu  hal  iri  buynuzlu  heyvanların, 

ən  əsası  isə  yüksək  məhsuldar  qaramal  növlərinin  genetik  bankı  haqqında 

müvafiq  məlumatların  toplanması  prosesində  daha  qabanq  surətdə  binizə 

verir.  Bunun  ən  başlıca  səbəbi  isə  dünyanın  bir  çox  ölkələrində  intensiv 

heyvandarlığın  inkişaf  etdirilməsinə  fikir  verilməməsi,  ciddi  nəzarət  olun­

maması,  kiçik,  pərakəndə  tosərrüfatçılığa  geniş  yer  və  üstünlük  verilmişdir. 

Bundan  başqa  bəzi  ölkələrdə  ekoloji  böhran  və  kataklizmlərin  (leysan 

yağışlar,  güclü  sel  və  daşqınlar,  qasırğalar,  tornodalar,  suııamilər,  qlobal 

iqlim  anomaliyaları,  buzlaqların  sürətlə əriməsi, zəlzələ,  vulkan püskürmələri 

və  s.)  arealının  gündən  günə  geniş  vüsət  alması,  dinamik  inkişafı, 

müharibələr,  etnik  münaqişələr,  terrorçuluq  aksiyaları  da  heyvandarlığın 

intensiv  texnologiyalar  və  sənaye  istiqamətində  sürətlə,  dayanıqlı  inkişafına 

və gen bankının diskriminizusiyasına

  böyük zəmin yaradır,  onu  ləngidir.

Heyvanların 

genetik  diskriminasiya  və  eroziyasının

  qarşısının  alınması 

üçün  FAO  və  digər  beynəlxalq  nüfuzlu  təşkilatlar hazırda  yüksək məhsuldar 

heyvanların,  xüsusilə  törədicilərin  genetik  populyasiyalarının  saxlanması, 

inkişafı  üçün  dünyanın  bütün  ölkələrində  həmin  növlərin  xüsusi,  mərkəzləş­

dirilmiş,  sənaye  texnologiyaları  əsasında  formalaşmış  iri  fermaların  yaradıl­

ması  qərarına  gəlmişlər.  Həmin  damazlıq  təsərrüfatları  qorunan,  nəzarət  al­

tında  olan,  mühafizə  edilən  coğrafi  ərazilərdə  yaradılmalı  və  bütün  inkişaf 

etmiş  ölkələr  onlara  maliyyə  dəstəyi  göstərməli,  həm  də  onlardan  bəhrələn­

419



məli,  öz  təsərrüfatlarını  yüksək  məhsuldar  növ  və  cinslərlə  zənginləşdir­

məlidir.  FAO yüksək  məhsuldar heyvanların 



genetik resurslarının statusunun 

in  vivo saxlanması məqsədilə onların genetik materialının  (spermatozoidlərin) 

maye  azotda  in  vitro

  konservasiya  olunmasını  tövsiyə  etmişdir.  FAO-nun 

tövsiyəsinə görə iri cins heyvandarlıq fermaları təbii otlaq,  çəmənlik və biçə­

nək  sahələri  ilə  zəngin  olan  landşaftlarda  yaradılmalıdır.  Həmin  təsərrü­

fatlarda  seleksiya  işlərinin  düzgün  planlaşdırılması,  uçotu  və  proqnozlaşdı­

rılması üçün yüksək  ixtisaslı  kənd  təsərrüfatı  mütəxəssislərinin (zootexniklər, 

baytarlıq  təbabəti  həkimləri,  aqronom-entemoloqlar,  litopatoloqlar,  mexa­

nizatorlar,  texniklər,  iqtisadçılar  və  s.)  hazırlanması  məsələləri  də FAO-nun 

yeni  külliyyatında əsas prioritet sayılır.  Lakin inkişaf etmiş ölkələrin əksəriy­

yətində  bu  prioritet  istiqamətə  yetərincə  önəm  verilmir. 



Külliyyatdakı 

məruzələrin  48%-ində  ölkə  səviyyəsində  yüksək  məhsuldar  cins  törədicilərin 

genetik materialının in  vivo,  63%-ində isə onun in  vitro konservasiyası ölkənin 

milli  strategiya proqramına  daxil  edilməyib.

  Bəzi  ölkələrdə  isə  heyvanların 

genetik  resurslarının  saxlanması  və  inkişafı  üçün  xüsusi  seleksiya  proqram­

ları  hələ  də  hazırlanmayıb,  digərlərində  isə  bu  məsələ  olduqca  primitiv  və 

parakəndə  formadadır.  Dünya  ölkələrində  heyvandarlığın  davamlı,  daya­

nıqlı  və  rasional  inkişafını  təmin  etmək,  tənzimləmək  üçün 



lokal  (yerli) 

heyvan  növlərinin  və  cinslərinin

  spesifik  xüsusiyyətləri  analiz  edilməli  və 

seleksiya prosesi zamanı nəzərə alınmalıdır.  FAO-nun  hazırladığı  materialda 

bütün  dünya  ölkələrinin  onun  təşəbbüsünə  qoşulması  və  ərzaq  qıtlığının 

qarşısının  alınması  bir  nömrəli  prioritet  sayılır.  FAO-nun  tövsiyyələrində 

dünyanın  inkişaf etmiş, inkişafda  olan  və  geridə qalan  ölkələrinin  hamısında 

heyvanların  biomüxtəlifliyinin  genetik  resurslarının  saxlanması  və  inkişafı 

üçün  fermer  təsərrüfatlarına  da  maliyyə  dəstəyi  göstərilməsinə  və  müvafiq 

şərait  yaradılmasına çox  böyük önəm verilmişdir.

420



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə