Dərslik II hiSSƏ 2



Yüklə 389,42 Kb.
Pdf görüntüsü
səhifə31/142
tarix05.02.2018
ölçüsü389,42 Kb.
#24606
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   142

 
62 

 
Bu torpaqlar kəndliləri ərazi əlamətlərinə görə birləşdirirdi. 

 
Bu torpaqların zorla tutulması nəticəsində onun sahəsi getdikcə azalırdı. 
 
QEYD: XVIII əsrin ikinci yarısında əvvəlki torpaq mülkiyyət formaları demək olar ki qalırdı və elə bir ciddi dəyişiklik baş 
verməmişdi.  Lakin  xanlıqlar  dövründə  olan  torpaq  mülkiyyət  formaları  Səfəvilər  dövründə  mövcud  olan  torpaq  mülkiyyət 
formalarından fərqlənirdi. Həmi fərqlər aşağıdakılar idi: 

 
Dövlət (divan) və saray (xalisə) torpaqları xan torpaqları adlanmağa başlamışdı. 

 
Tiyul torpaq sahibliyi tədricən nəsli səciyyə alırdı. 

 
Tiyulun mülkə çevrilməsi prosesi getdikcə genişlənirdi. 

 
İcma torpaqlarının ərazisi getdikcə azalırdı. 
 
Tiyulun mülkə çevrilməsi prosesinin getdikcə genişlənməsinə təsir edən amillər 
 
 
 
 
Azərbaycan xanlıqlarında icma torpaq sahibliyinin səciyyəvi cəhətləri 
 
 
 
Xanlıqlar dövründə şəhərlər 
 
Xanlıqlar dövründə şəhərlər sənətkarlıq və ticarət mərkəzləri kimi inkişaf edirdi. XVIII əsrin ikinci yarısında Azərbaycan 
şəhərlərinə aiddir: 

 
XVIII əsrin birinci yarısında dağıdılmış şəhərlər bu dövrdə bərpa edilirdi. 

 
Şəhərlər dirçəlməyə başlayırdı (Şəhərlər dirçəlməsinin mühüm göstəricisi əhalinin artması idi). 

 
Pənahabad (Şuşa) şəhəri yüksəlməyə başlamışdı. 

 
Şamaxı, Bakı, Şəki, Şuşa və Dərbənd şəhərlərinin hər birində 4-10 min nəfər əhali yaşayırdı. 

 
Təbriz yenə də Azərbaycanın ən böyük şəhəri idi. 

 
Şamaxı əvvəlki şöhrətini bərpa etməyə başlamışdı. 

 
Quba “Çiçi” xalçalarıUrmiya “Əfşar” xalçaları ilə məşhur idi. 

 
Şamaxı və Şəki ipək istehsalı mərkəzləri idilər 

 
Təbriz, Ərdəbil, Marağa, Ərdəbil və Urmiya şəhərlərində də ipək parçalar istehsal olunurdu 
 
 
 
 
 
Sənətkarlıq 
 
XVIII  əsrin  ikinci  yarısında  Azərbaycan  şəhərlərində  sənətkarlıq  başlıca  olaraq  sənətkar  sexlərində  və  ev  şəraitində 
fəaliyyət göstərirdilər. XVIII əsrin ikinci yarısında Azərbaycanda sənətkarlıq sahələri üzrə də ixtisaslaşma gedirdi, məsələn: 

 
Lahıc kəndində - qılınc, xəncər, çaxmaqlı silahlar hazırlanırdı və metalişləmə sahəsi inkişaf etmişdi. 

 
Gəncə, Şamaxı, Dərbənd və Cavadda – dəri istehsalı  emalı bölgələri kimi tanınırdı. 

 
Bakıda – sənətkarlığın boyaqçılıq sahəsi daha çox inkişaf etmişdir. 

 
Təbriz və Ərdəbildə - ipək parçalarzərgərlik məmulatları istehsalı inkişaf etmişdi. 
 
 
İqtisadi inkişafın nəticəsi 
olması 
 
Tiyuldarın ictimai-siyasi 
həyatda mühüm rol oynaması 
 
Kəndliləri ərazi əlamətlərinə 
görə birləşdirirdi 
Zorla tutulması nəticəsində 
sahəsi getdikcə azalırdı 
 
Şuşa
 
 
Bakı 
 
Dərbənd 
 
Şamaxı 
 
Şəki 
 
XVIII əsrin ikinci yarısında hər birində 4-10 min nəfər əhali yaşayan şəhərlər 
 


 
63 
 
Ticarət 
 
XVIII əsrin ikinci yarısında xanlıqlarda ticarətin inkişafında müəyyən dəyişikliklər nəzərə çarpırdı. Bu dövrdə karvan yolu və 
Xəzər-Volqa vasitəsilə əcnəbi ölkələrlə ticatər əlaqələri saxlanılırdı. Bu dövrdə Azərbaycan xanlıqları Hindistan, İran, Osmanlı və 
Rusiya  ilə  ticarət  əlaqələri  saxlayırdı.  XVIII  əsrin  ikinci  yarısında  Azərbaycandan  xaricə  neft,  duz,  zəfəran,  sənətkarlıq 
məmulatları,  xalça,  xam  ipək  və.s  aparılırdı.  Məsələn,  Şamaxı  ipəyinin  Osmanlı  tacirləri  həvəslə  alırdılar.  Ərdəbil  şəhərindən 
karvanlarla Hələb, İzmir və İstanbula ipək  ipək məmulatı aparılırdı. Xaricdən isə ölkəyə mahud, boyaq malları, qənd, dəmir, 
şal, düyü və.s gətirilirdi. 
 
Xanlıqlararası ticarət əlaqələri də genişlənirdi. Lakin bu dövrdə ümummilli daxili bazar üçün hələ tam şərait yaranmamışdı. 
XVIII əsrin ikinci yarısında ümummilli daxili bazarın yaranmasına aşağıdakı amillər mane olurdu: 

 
Xanlıqlar arasındakı iqtisadi əlaqələrin zəif olması. 

 
Ölkədə vahid dövlətin olmaması
 
XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanın  özünəməxsus  pul  sistemi  formalaşmışdı.    Xanlıqların  mərkəzi  şəhərlərində 
zərbxanalar  yaradılmışdı.  Həmin  zərbxanalarda  mis  və  gümüş  pul  kəsilirdi.  Ümumiyyətlə,  XVIII  əsrin  ikinci  yarısında  – 
xanlıqlar  dövründə  Azərbaycanda  işlədilən  pul  vahidləri  –  abbası,  tümən,  şahı  və.s  idi.  Ticarətdə  əcnəbi pullardan  da  istifadə 
edilirdi.  
 
Xanlıqlar dövründə işlədilən pul vahidləri 
 
 
 
Xanlıqlar dövründə sosial zümrələr 
 
Hakim zümrə 
XVIII əsrin ikinci yarısında Azərbaycanda müstəqil dövlət qurumlarının – xanlıqların yaranması prosesi sosial zümrələrə də 
təsir göstərirdi. Bu dövrdə xanlıqlard aşağıdakı  iki sosial zümrələr  var idi: 
1.
 
Hakim zümrə (Feodal təbəqəsi). 
2.
 
Aşağı zümrə. 
Xanlıqlar  dövründə  hakim  zümrəyə  xan,  sultan,  məlik,  bəylər  (ağa),  ruhanilər    elbəyilər  daxil  idi.  Hakim  zümrənin 
başında xan dururdu. Dövlətin başçısı sayılan xandan sonrakı yeri sultan  məliklər tuturdular. Sultanlar və məliklərə aiddir:
 

 
Bu titullar nəslən keçirdi. 

 
Həmin hüquq hər dəfə xan tərəfindən təsdiq edilməli idi. 

 
Geniş məhkəmə və inzibati hüquqlara malik idilər. 

 
Qarabağdakı məliklərin başçıları, Qəbələdəki və Şəki xanlığındakı bəzi hakimlər məlik titulu daşıyırdı. 
Hakim təbəqə içərisində bəylər xüsusi yer tuturdu.Bəylər: 

 
Ali zümrənin əsas hissəsini təşkil edirdi. 

 
Geniş torpaq sahələrinə malik idi. 

 
İrsi  şəxsi bəylərə bölünürdülər. 

 
Vaxtilə Səfəvi şahlarından bu titulu alanlar daha nüfuzlu idilər. 

 
Kəndlilər üzərində inzibati hakimiyyətə malik idi. 

 
Xanlıqda böyük siyasi qüvvə idilər. 

 
Xanın hakimiyyətinin möhkəmliyi xeyli dərəcədə bu zümrədən asılı idi. 

 
Xan qarşısında istənilən xidmətə hazır olmalı idilər. 

 
Qazax, Şəmşəddil  Borçalıda bəy hüququna malik olan bəylər ağa adlanırdı. 
 
Ruhanilər və elbəyilər də ali zümrəyə daxil idilər. Ruhanilər: 

 
Ali zümrə içərisində mühüm yer tuturdular. 

 
Bəylər kimi onlar da dərəcələrə bölünürdülər. 

 
Vergi və mükəlləfiyyətlərdən azad idilər. 

 
Vəqflərin və dini rüsumların (xüms, zəkat və s.) hesabını dolanırdılar. 
 
Elbəyilər – xan qarşısında hərbi mükəlləfiyyət daşıyırdılar. 
Tümən
 
Abbası
 
Şahı
 


Yüklə 389,42 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə