Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə166/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   162   163   164   165   166   167   168   169   ...   216

meyarlara  uyğun  gələn  yeni  əkinçilik  sistemini  işləyib  hazırlamaq  lazımdır. 

Hazırlanacaq tədbirlər yalnız aqronomik və iqtisadi effektivliyi ilə deyil, həm 

də  texnoloji  həyata  keçirilməsi,  ekoloji  mümkünlüyü  və  ener-  getik 

məqsədəuyğunluğu  (fayalılığı)  ilə  səciyyələnməli,  təbii  resursların 

qorunmasını və istehsalını təmin etməlidir. 

Aqroekosistemin  davamlığının  müasir  idarə  olunması  və  bunun  üçün 

praktiki  vasitələrdən  istifadə  məqsədilə  məhsulun  miqdarı  (kəmiyyəti)  və 

keyfiyyəti,  sərf  olunan  təbii  və  texniki  resursların  miqyası  (həcmi)  və  ətraf 

mühitdə  baş  verən  pozuntular  arasında  səmərəli  kompromisə  nail  olunması 

nəzərə alınmalıdır. Bu parametrlərin vəhdəti müasir əkinçiliyin  yeni  tipini  - 



adaptiv  (adaptasiya)  əkinçiliyi  tipini  səciyyələndirir.  Yalnız  hər  hansı  bir 

meyar prioritet (üstünlük) nəzərdə tutan alternativ əkinçilikdən fərqli olaraq 



adaptiv-kompromis  əkinçiliyi  balanslaş-  dırılmış  meyarlara  çatmağa 

yönəldilib, bioloji və ənənəvi əkinçilik tipləri arasında aralıq forma sayılır. Bu 

zaman qida maddələrinin məhsulya- ranma prosesinə maksimum daxil olması 

və onların  bitkinin real  tələbatına daxil olma adaptasiya dinamikasını təmin 

edən  minimum  qidalanma  rejiminin  müxtəlif  nizamlanma  tipinə  şərait 

yaradılması və onun həyata keçirilməsi nəzərdə tutulur. 

Bu  strateji  məsələnin  həyata  keçirilməsi  məhsuldarlığın  yüksəlməsini, 

məhsulun  keyfiyyətinin  artmasını  və  ya  bu  göstəricilərin  optimallığı-  nın 

saxlanmasını,  gübrələrdən  və  torpaqdan  qida  maddələrinin  xüsusi  sərfini 

azaltmaqla  vahid  məhsulun  əldə  edilməsini  və  ətraf  mühitə  mənfi  təsir 

göstərən yükün minimum formalaşmasını təmin etməlidir. 

23.9. DAVAMLI AQROEKOSİSTEMLƏRİN 

REKONSTRUKSİYASI VƏ YARADILMASI ŞƏRAİTİ 

Aqroekosistemin müxtəlif funksiyasını, həmçinin antropogen faktorların 

təsiri  altında  dəyişməsini  kəmiyyətcə  aydınlaşdırmağa  imkan  yaradan 

kompleks indikator göstəriciləri qiymətləndirən meyarlar sistemindən istifadə 

edilməsi yüksək məhsuldar və davamlı aqrosistemlərin yaradılması üçün baza 

məlumatların toplanmasına şərait yaradır. 

Yaradılan  aqroekosistemin  davamlığının  yüksəldilməsinin  birinci 

mərhələsində  (səviyyəsində)  qlobal,  regional  və  lokal  torpaq  monitorinqi 

yerinə yetirilir, bura torpağın fiziki və bioloji deqradasiyası, onun çirklənməsi 

və  qida  rejimi,  həmçinin  ətraf  mühitin  ümumi  vəziyyəti  daxildir.  İkinci 

mərhələdə  pozulmuş  duzlu  və  çirklənmiş  torpaqların  rekultivasiyası, 

aqrokimyəvi  balansı  pozulmuş  torpaqların  mədəniləşdirilməsi,  relyefin 



dəyişdirilməsi  və  digər  tədbirlər  həyata  keçirilir.  Eyni  zamanda  əkin 

dövriyyəsinin strukturu, gübrələmə və bitkinin zərərvericilərdən və xəs- 



451 


diq  olunmasına  baxmayaraq,  aqrar  sektor  inkişaf  etmiş,  elmi  nailiyyətlərə 

əsaslanan  kənd  təsərrüfatı  əməliyyatlarının  yüksək  dərəcədə  enerji  və 

texnologiya  ilə  təmin  olunmuş  ölkələrdə  də  ekoloji  vəziyyət  gərgin  olaraq 

qalır.  Bu  isə,  ənənəvi  əkinçilik  sisteminin  təhlükəsiz  olduğuna  şübhə 

doğurmağa  səbəb  yaradır  və  alternativ  istehsalat  sisteminin  hazırlanmasının 

labüdlüyünü irəli sürür. Belə sistemlərdən ən məşhur olanı əkinçiliyin bioloji 

sistemidir. 

Bu  sistemin  inkişafının  ilk  mərhələlərində  prioritet  istiqamət,  əsasən, 

insektisidlərdən  imtina  etməklə,  bitki  mühafizəsində  bioloji  və  aqronomik 

üsulların  tətbiqi  nəticəsində  yüksək  keyfiyyətli  bitkiçilik  məhsulu  almaq 

olmuşdur.  Son  illərdə  əkinçiliyin  bioloji  sistemi  ekoloji  təmiz  ətraf  mühit 

konsepsiyasının  tərkib  hissəsi  kimi  geniş  miqyasda  təhlil  olunur,  bununla 

yanaşı,  sintetik  gübrələr  daxil  olmaqla  aqrokimyəvi  vasitələrdən  istifadənin 

məhdudlaşdırılması  məsələsi  də  diqqət  mərkəzindədir.  Müxtəlif  fikirlərə 

əsasən,  mineral  gübrələrdən  imtina  etməklə  bioloji  əkinçilyin  tətbiqində 

məhsul 40%-ə qədər azalır, əmək sərfi isə 

25..

 

.30%  artır.  Lakin,  bioloji  əkinçilik  ideyasının  cəlbedici  olmasına 



baxmayaraq, onun praktikada real tətbiqi iqtisadi cəhətlə yanaşı, bu sistemdə 

kənd təsərrüfatının  «biologiyalaşdırılması»  şəraitində aqroekosi- stemin fəal 

mexanizmi, onun davamlılıq hüdudu, ənənəvi əkinçiliklə müqayisədə yüksək 

keyfiyyətli  məhsul  alınmasını  təsdiq  edən  faktorlar,  həmçinin  təbii 

birləşmələrə  nisbətən  sintetik  gübrələrdə  kimyəvi  elementlərin  yüksək 

dərəcədə  zərərliliyini  təsdiq  edən  əsasın  (dəlilin)  azlığı  haqqında  etibarlı 

nəzəriyyənin olmaması ilə əlaqədar dayandırılır. Məsələn, bioloji əkinçiliyin 

prinsipinə  əsasən  azot  torpağa  təkibində  çoxlu  miqdarda  sidik  cövhəri  olan 

heyvanların  ekskrementindən  (nəcis  peyin)  ibarət  üzvi  gübrələr  şəklində 

verilir. Bununla belə, bioloji əkinçilikdə sintetik yolla alınan sidik cövhərindən 

istifadə  tövsiyə  edilmir.  Bununla  yanaşı,  bioloji  əkinçilikdə  bitkiçilik 

məhsulunun  istehsal  həcminin  azalmasına  təbii  ekosistemlərin  itirilməsi 

hesabına əkin sahələrinin artırılması ilə kompensasiya olunur. 

.' Ona görə də, həqiqətən ənənəvi əkinçilik sistemində vahid sahədə •ä'qrar 

yükün  dərəcəsi  bioloji  əkinçilik  sistemi  ilə  müqayisədə  hətta  az  ola  bilər. 

Bioloji  əkinçiliyə  xas  olan  ciddi  çatışmazlıqdan  biri  də,  fosfor  və  kaliumun 

balansında torpağın qida rejiminə neqativ təsir göstərən mənfi qalığın (saldo) 

olmasıdır. 

Yuxarıda göstərilən bir-birinə zidd olan iki konsepsiyanın üstünlükləri və 

çatışmazlıqları, aqroekosistemə antropogen təzyiqin çoxvariantlı formaları və 

kənd təsərrüfatı məhsulu istehsalının bütün mərhələlərinin intensivləşdirilməsi 

cəhdini  (arzusu)  nəzərə  alaraq,  həmçinin  ətraf  mühitin  xeyli  pisləşməsinə 

diqqət yetirərək, effektliyi daha geniş spektrli 

450 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə