üstünlük təşkil edən qaraşam (Larix) da yanğına dözümlüdür. Bu meşələrdə
gövdəsi oda məruz qalmayan ağac tapmaq çətindir.
Bitkilərdən fərqli olaraq heyvanlar əzələyə malik olub daha çox daxili
istilik yaradır. Əzələlər güclü və aktiv olduqca heyvanlar daha çox istilik
toplayır. Bitkilərdən fərqli olaraq heyvanlar olduqca müxtəlif imkanlarla
daima və ya müvəqqəti olaraq şəxsi bədənlərində temperaturu nizamlayır.
Bitkilər aşağı temperatura morfoloji cəhətdən uyğunlaşaraq həyati
formalar yaradır. Məsələn, epiiltlər - ayrı bitkilərin üzərində bitərək torpaqda
kökləri olmur; fanerofıtlər (ağac, kol, lianlar) tumurcuqları qarın səthində
qalır və pulcuqlıı örtüklə mühafizə olunur; kriofitlər - çoxillik ot bitkiləri
olub, bərpa tumurcuqları kökümsovlarda, kök yumrularında, soğanaqlarda
yerləşir və torpağın (geofitbr) altında olur; terofitlər - birillik bitkilər,
əlverişsiz mövsümün başlanğıcında məhv olur, onların yalnız toxum və
sporları ölmür.
İqlim yaşama şəraitinə, xüsusilə temperatura morfoloji adaptasiya
heyvanlarda da müşahidə olunur. Məsələn, bütün pələnglərdən ən irisi olan
amur pələngi -20...-40^C temperaturda sərt şimal şəraitində yaşayaraq qida
maddələri toplama və bədəninin kütləsini artırmaq məcburiyyətində qalır.
Belə qanunauyğunluğu Berqman irəli sürmüşdür, onun fikrincə istiqanlı
heyvan fərdlərinin bədəninin ölçüsü onun daha soyuq arealı hissəsində
yaşayan populyasiyası üçün səciyyəvidir.
Heyvanların həyatında fizioloji adaptasiya daha böyük əhəmiyyət
daşıyır, onlardan ən sadəsi akklimatizasiya (iqliməuyğunlaşma), yəni istiyə
və ya soyuğa dözümlülüyə fizioloji uyğunlaşma hesab olunur. Məsələn,
buxarlanmanı artırmaq yolu ilə çox qızmaya qarşı mübarizə, poyki- lotcrm
heyvanlarda bədənini qismən susuzlaşdırma və ya donma nöqtəsini aşağı salan
xüsusi maddələrin toplanması yolu ilə, qomoyoterm heyvanlarda - maddələr
mübadiləsinin dəyişməsi hesabına gedir.
İki cür iqliməuyğunlaşma ayırd edilir: 1) orqanizmlərin maddələr
mübadiləsinin dəyişməsi ilə gedən uyğunlaşma; 2) növün genetik quruluşunun
dəyişilməsi ilə gedən uyğunlaşma. İqliməuyğunlaşma populyasiya
genefondunun zənginliyi ilə müəyyən olunur.
İqliməuyğunlaşma mədəni bitkilər və heyvanlar arasında aparıldı- qda
süni iqliməuyğunlaşma, yabanı bitki və vəhşi heyvan növləri arasında
(heyvanların miqrasiyası, bitkilərin insan, heyvan, külək və s. vasitəsilə
təsadüfən başqa sahələrə aparılması) baş verdikdə isə
təbii
iqliməuyğunlaşma hesab olunur.
İqliməuyğunlaşmanın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu
olmuşdur. İqliməuyğunlaşma təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf
etdirmişlər.
33
Bitkilərdə iqliməuyğunlaşma həmişə arealın genişlənməsinə səbəb olur.
Azərbaycanda Amerika aqavası, palmanın bir neçə növü, at şabalıdı,
yapon saforası, yapon əzgili və s. bitkilər iqlimə uyğunlaşdırılmışdır.
Azərbaycan faunası iqliməuyğunlaşma nəticəsində xeyli dəyişmişdir
(bataqlıq qunduzu, yenot, xallı maral və s.).
Soyuqdan qorunmaq üçün daha radikal mühafizə forması mövcuddur: isti
ölkələrə miqrasiya (quşların köçməsi, yüksək dağ keçisi qışda aşağı
yüksəkliklərə enir və s.), qışlama - qış dövründə yuxuya gedir (marmot, dələ,
boz ayı, yarasa-bunlar bədənlərinin temperaturunu sıfır dərəcəyə qədər
endirərək metabolizmi və bununla da qida maddələrindən istifadəni ləngidir).
Heyvanların əksəriyyəti isə inkişafını dayandıraraq hərəkətsiz olur. Bu
hadisə diapauza adlanır və həşəratların müxtəlif inkişaf mərhələsində
(yumurta, sürfə, barama, hətta kəpənək) baş verir, lakin mülayim enliyin bir
çox orqanizmləri (canavar, maral, dovşan və s.) bu dövrdə daha aktiv- həyat
fəaliyyətində olur, bəziləri isə hətta çoxalır (şahzadə pinqvini).
Beləliklə, temperatur mühüm limitləşdirici faktor olub orqanizm və
populyasiyalarda adaptasiya proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
2.2.2.
İşıq və onun orqanizmlərin həyatında rolu
İşıq mühüm ekoloji faktor olub, böyük əhəmiyyət kəsb edir, o, foto-
sintez prosesləri üçün enerji mənbəyi olub Yerin qeyri-üzvi bit^ci örtüyündən
üzvi birləşmələrin yaranmasında iştirak edir. İşıq özünün fiziki xassələrinə
görə heyvanların müxtəlif həyat proseslərində böyük və çoxşaxəli rol oynayır.
Qeyd etmək lazımdır ki, ekologiyada «işıq» termini dedikdə günəş
şüalanmasının bütün diapazonu nəzərdə tutulur, bura 0,05-dən 3000 nm-ə (1
nanometr=10-^’mm) qədər və daha yüksək dalğalı uzunluqda enerji axını
nəzərdə tutulur. Bu radiasiya axını canlı orqanizmlərin həyatında fiziki
xassələrinə və ekoloji əhəmiyyətinə görə bir neçə sahəyə ayrılır. Bu sahələrin
sərhədləri (hüdudları) aydın deyil. Ümumi şəkildə onları aşağıdakı kimi
təsəvvür etmək olar:
<150 nm - ionlaşma radiasiyası;
150-400 nm - ultrabənövşəyi radiasiya (UB);
400-800 nm - görünən işıq (müxtəlif orqanizmlər üçün sərhədləri
fərqlənir);
800-1000 nm - infraqırmızı radiasiya (İQ).
Bütün orqanizmlərin həyat fəaliyyəti proseslərini yerinə yetirmək üçün
daxil olan enerjinin əsas mənbəyi günəş radiasiyası sayılır, bu, Yerin enerji
balansının 29,9%-ni təşkil edir. Yer səthinə düşən günəş enerji
34