Edafık və
ya torpaq faktorları - torpaqda yaşayan orqanizmlərə təsir
göstərən torpağın və dağ süxurlarının kimyəvi, fiziki və mexaniki xassələrinin
məcmusu. Torpaq kimyəvi komponentlərinin (biogen elementlərin),
temperaturunun, rütubətliliyinin, strukturunun, humusun miqdarının və s.-in,
bitkinin böyümə və inkişafına təsiri yaxşı məlumdur.
Lakin orqanizmlərə yalnız abiotik faktorlar təsir göstərmir. Orqanizmlər
qruplaşmalar əmələ gətirir. Burada onlar qida resursları, ərazi Liğrunda
mübarizə edir, yəni bir-birlərilə rəqabət mübarizəsinə girir. Bu zaman
növdaxili, həm də xüsusilə növarası səviyyələrdə yırtıcılıq, para- zitlik və
digər mürrəkəb qarşılıqlı əlaqələr yaranır. Bu isə canlı aləmin faktorları və ya
biotik faktorlar hesab olunur.
Biotik faktorlar canlı orqanizmlərin bir-birinə təsir formasıdır. Hər bir
orqanizm daim bilavasitə və dolayısı ilə (bilvasitə) digər canlının təsirinə
məruz qalır, özünün və digər növlərin nümayəndələri ilə (bitki, heyvan,
mikroorqanizm) əlaqəyə girir, onlardan asılı olur və onlara təsir göstərir.
Orqanizmlərin qarşılıqlı əlaqələri biosenozların və populyasiya- larm
mövcudluğunun əsası hesab olunur.
Y.P.Xrustalyev və Q.Q.Matişeva (1996) görə biotik faktorlar bir
orqanizmlərin həyat fəaliyyətinin digər orqanizmlərin həyat fəaliyyətinə
təsirlərinin məcmusu olmaqla bərabər, həm də cansız mühit məkanına
təsiridir. Cansız mühitə təsir dedikdə, orqanizmlərin özlərinin müəyyən
dərəcədə mövcud olduğu şəraitə təsir qabiliyyəti başa düşülür. Məsələn,
meşədə bitki örtüyünün təsiri altında xüsusi mikroiqlim və ya mikromü- hit
yaranır, bura açıq sahəyə nisbətən özünəməxsus temperatur- rütubət- lik
rejiminə malikdir: qışda burada havanın temperaturu bir neçə dərəcə isti,
yayda isə sərin və rütubətli olur. Ağacın koğuşunda, yuvalarda, mağaralarda
da xüsusi mikromühit yaranır.
Qarın altındakı mikromühiti xüsusi qeyd etmək lazımdır, buranın mühiti
sırf abiotik təbiətə malikdir. 50-70 sm qalınlığından az olmayan qarın
istiləşdirmə təsiri nəticəsində, onun əsasında (dibində), təxminən 5 sm qatda
qışda xırda heyvanlar - gəmiricilər yaşayır, belə ki, temperatur şəraiti (0...2^C)
onlar üçün əlverişli sayılır. Belə effektə görə də qarın altında payızlıq taxılların
cücərtiləri qalır. Güclü şaxtalardan qarın altında iri heyvanlar (maral, sığın) da
qorunur.
Eyni növün fərdləri arasında növdaxili qarşılıqlı əlaqələr qrup və kütləvi
effektlə və növdaxili rəqabətlə yaranır. Qrup və kütləvi effekt dedikdə eyni
növ heyvanların iki və ya daha çox fərdlərinin birləşməsi (toplanması) və
mühitdə yerləşərək effekt yaratması başa düşülür. Hazırda belə effektlər
demoqrafik faktor adlanır. Onlar populyasiya səviyyəsində orqanizm
qruplarının say dinamikasını və sıxlığını səciyyələndirir, bunun əsasında
növdaxili rəqabət durur və növarası rəqabətdən kökündən
27
Tərqlənir. Növarası əlaqələr olduqca müxtəlifdir. İki yanaşı yaşayan ayrı-ayrı
növlər bir-birinə heç bir təsir göstərməyə də bilər, yaxud bir- birinə əlverişli
(müsbət) və ya əlverişsiz (mənfi) təsir göstərir. Mümkün kombinasiya tipləri
qarşılıqlı əlaqələrin müxtəlif növlərini əks etdirir:
—
neytralizm - hər iki növ müstəqildir (sərbəstdir) və bir-birinə heç bir
təsir
göstərmir;
—
rəqabət - növlərdən hər biri digər növə əlverişsiz (mənfi, pis) təsir
göstərir;
—
mutalizm - növlər bir-birindən ayrıldıqda yaşaya (mövcud ola)
bilməz;
—
protokooperasiya (həmrəylik) - hər iki növ qruplaşma əmələ gətirir,
qruplaşma onlar üçün faydalı olsa da, onlar ayrıldıqda da yaşaya (mövcud ola)
bilər;
—
kommensalizm - növün biri kommensal olub, bir yerdə yaşadığı
başqa növdən fayda alır, digər növ isə sahib olub, heç bir fayda götürmür
(qarşılıqlı dözüm);
—
amensalizm - növün biri amensal olub digər növ onun böyümə və
çoxalmasına təzyiq göstərir;
—
parazitlik - parazit növ öz sahibinin böyümə və çoxalmasını ləngidir
və hətta onu
məhv edə bilər;
—
yırtıcılıq - yırtıcı növ öz «qurbanına» (şikarına) hücum edir və onunla
qidalanır.
Növarası əlaqələr biotik qruplaşmaların (biosenozların) mövcudluğu
əsasında yaranır.
Antropogen faktorlar. İnsan cəmiyyətinin fəaliyyət forması olub,
orqanizmlərin həyatına birbaşa təsir göstərir və ya dolayısı ilə yaşayış
mühitinə bilavasitə təsir göstərməklə. Bəşəriyyət tarixi gedişində ilk əvvəl
ovçuluğun inkişafı, sonralar isə kənd təsərrüfatı, sənaye, nəqliyyat
planetimizin təbiətini güclü dəyişmişdir.
Canlı aləmə və bütvölükdə biosferə antropogen faktorların təsiri sürətlə
artmaqda davam edir və hazırkı şəraitdə çox vaxt hakimlik edir. İndiki dövrdə
Yerin canlı aləmi və orqanizmlərin bütün növlərinin taleyi praktiki olaraq
insan cəmiyyətinin əlində olub antropogen amillərin təbiətə təsirindən asılıdır.
Ekoloji faktorların əksəriyyəti vaxta görə keyfiyyətcə və kəmiyyətcə
dəyişir. Məsələn, iqlim faktorları (temperatur, işıqlandırma dərəcəsi və s.)
sutka, mövsüm, il ərzində dəyişir.
Vaxta görə müntəzəm olaraq təkrarən dəyişən faktorlar dövri faktorlar
adlanır. Bura iqlim faktorlarından başqa bəzi hidroloji faktorlar (qabarma və
çəkilmələr, bəzi okean axınları) da aiddir. Gözlənilməz baş verən faktorlar
(vulkan püskürməsi, yırtıcıların hücumu və s.) qeyri dövri
28