onda bir hissəsindən 20-25%-ə çatır. Qaratorpaq humusla ən zəngin və ən
münbit torpaq hesab olunur.
Torpağın maye komponenti müxtəlif vəziyyətlərdə ola bilər: 1)
azad(qravitasiya) su - torpağın daha iri məsamələrini tutaraq öz ağırlıq qüvvəsi
ilə tədricən aşağı sızır; 2) əlaqəli (hiqroskopik və pərdə suyu) su - torpaq
hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların üzərində pərdə
əmələ gətirir; 3) kapilyar su-kiçik məsamələri tutaraq orada müxtəlif
istiqamətlərdə hərəkət edə bilər; 4) buxar suyu - torpaq havasının tərkibində
olur. Bitkinin kök sistemi üçün ən asan istifadə oluna bilən (əlverişli) azad və
kapilyar, çətin istifadə oluna bilən əlaqəli (pərdə) su forması hesab olunur,
buxar halında olan su isə böyük rol oynamır. Torpaqda olan bütün su
kütləsinin, torpağın bərk komponentlərinin kütləsinə olan nisbəti (faizlə)
torpağın nəmliyi (rütubətliyi) adlanır.
Müxtəlif torpaq tiplərində və müxtəlif vaxtlarda suyun miqdarı eyni
olmur. Qravitasiya suyu çox olduqda torpağın rejimi su hövzəsinin rejiminə
yaxın olur. Quru torpaqda yalnız bağlı su qalır. Lakin hətta ən quru torpaqda
havanın nəmliyi torpaq səthindəki havanın nəmliyindən çox olur. Odur ki,
torpaq orqanizmləri torpaq səthindəki orqanizmlərə nisbətən qurumağa az
məruz qalır.
Torpağın bütün maye komponentləri torpağın məhlulu adlanır. Onun
tərkibində nitratlar, bikarbonatlar, fosfatlar, sulfatlar və digər duzlar, həmçinin
suda həll olan üzvi turşular, onların duzları, əsasən azad və kapilyar suda olan
şəkər olur. Əlaqəli suda maddələr çətin həll olur. Məhlulun konsentrasiyası
torpağın rütubətliyindən asılıdr.
Torpaq məhlulunun tərkibi və konsentrasiyası torpağın reaksiyasını
müəyyən edir (pH). Bitki və torpaq heyvanları üçün neytral reaksiya (pH=7)
daha əlverişli sayılır.
Torpağın strukturu və məsaməliyi qida maddələrinin bitki və heyvanlar
üçün istifadə edə bilmə dərəcəsini müəyyən edir. Molekulyar qüvvə ilə torpaq
hissəciklərinin bir-birilə birləşməsi torpağın strukturunu yaradır. Onların
arasındakı boşluqlar məsamə adlanır. Torpağın ümumi həcminə görə onda
olan bütün məsamələrin həcmlərinin cəminin faizlə ifadəsi torpağın
məsaməliyi adlanır.
Torpağın quruluşu. Torpaqəmələgəlmə prosesi yuxarıdan aşağıya doğru
gedərək, intensivliyi getdikcə azalır. Mülayim zonada bu proses 1,5-2,0 m
dərinlikdə sönür. Torpağın şaquli kəsiyində torpaqəmələgəlmə prosesinin
xarakteri də dəyişir.
Torpaqəmələgəlmə prosesində ayrılan və torpaq səthinə müəyyən
dərəcədə paralel yerləşən, nisbətən oxşar qatlara torpağın genetik hori-
zontları deyilir. Onlar bir-birindən və ana süxurdan rənginə, strukturuna,
quruluşuna, tərkibinə və digər əlamətlərinə görə seçilir. Torpağın
43
genetik horizontlannm birliyi
torpaq profllini əmələ gətirir. Profildə əsas üç
horizont ayrılır: 1) üst çürüntü-akkumiyativ və ya humuş horizontu (A), bu
horizontda üzvi maddələr toplanır və dəyişir, birləşmələrin bir hissəsi su ilə
yuyularaq aşağı qatlara aparılır; 2) yuyulma - illüvial qat, burada yuxarıdan
yuyulan maddə çökərək mineral formalara çevrilir, karbonatlar, gips, gilli
minerallar toplanır və s. Bu horizont tədricən ana süxura - horizonta (C) keçir.
Torpağın mühüm ekoloji faktorları. Qeyd edildiyi kimi bu faktorlar
fiziki və kimyəvi faktorlara bölünür. Fiziki faktorlara torpağın nəmliyi,
temperaturu, strukturu və məsaməliyi daxildir.
Torpağın nəmliyi, daha doğrusu bitkilər üçün istifadə olunan nəmlik
bitkinin kök sisteminin sorucu gücündən və suyun fiziki vəziyyətindən
asılıdır. Asan istifadə olunan «azad» su əvvəlcə iri məsamələrdən tez sızaraq,
sonra isə xırda məsamələrdən tədricən sızaraq torpağın dərin qatlarına gedir;
bağlı və kapilyar rütubətlik torpaqda uzun müddət qalır.
Rütubətliyin bitkilər tərəfindən istifadəsi torpağın susaxlama
qabiliyyətindən asılıdır. Torpaq nə qədər gilli və quru olarsa, susaxlama
qabiliyyətinin gücü yüksək olur. Torpağın nəmliyi çox aşağı olub, yalnız
istifadə oluna bilməyən möhkəm bağlı su qaldıqda bitki quruyur, hiqro- fil
heyvanlar (yağış soğulcanı və b.) aşağı rütubətli qatlara keçərək yağış düşənə
qədər orada «yuxuya» gedir. Lakin bir sıra çoxayaqlılar hətta torpağın quru
həddində belə, aktiv həyatsürmə qabiliyyətinə malikdir.
Torpağın temperaturu xarici mühitin temperaturundan asılıdır, lakin
aşağı temperatur keçirməsi sayəsində temperatur rejimi xeyli stabildir, 0,3 m
dərinliyində temperaturun dəyişmə amplitudu 2‘^-dən aşağıdır, bu hal torpaq
heyvanları üçün vacib olub komfort temperatur şəraiti axtarmaq üçün torpağın
aşağı qatlarına keçməyə ehtiyac olmur.
Temperaturun sutkalıq dəyişməsi yalnız 1 m dərinliyə qədər hiss olunur.
Yayda torpağın temperaturu havanın temperaturundan aşağı, qışda isə yuxarı
olur.
Torpağın strukturu və məsaməliyi onun aerasiyasının yaxşılaşmasını
təmin edir. Torpaq soğulcanları gilli, gillicəli və qumluca torpaqlarda aktiv
hərəkət edərək onun məsaməliyini artırır. Sıx (kip) torpaqlarda aerasiya
çətinləşir və oksigen limitləşdirici faktor ola bilər, lakin torpaq
orqanizmlərinin çoxu sıx gilli torpaqlarda da yaşaya bilir.
Torpaq horizontları məməlilər (məs. gəmiricilər) üçün də yaşayış mühiti
sayılır.
Mühüm kimyəvi faktorlara torpaq mühitinin reaksiyası və duzluluğu
sayılır. Mühitin reaksiyası bir çox heyvan və bitkilər üçün olduqca mühüm
faktor hesab olunur. Quru iqlim şəraitində neytral və qələvi, rütubətli
rayonlarda isə turş torpaqlar üstünlük təşkil edir. Taxılların
44