mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Yarusluq mülayim
qurşağın meşələrində yaxşı görünür. Məsələn, Lənkəran ovalığında və
dağətəyi hissədə dəmirağac üçyarııslu (üçmərtəbəli) mürəkkəb qarışıq
meşəlik yaradır. Üst mərtəbədə şabahdyarpaq palıd üstünlük təşkil edir, ona
vələs, azatağac və Qafqaz xurniyi (xurması) də qarışır. Bu yarusun hündürlüyü
28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt mərtəbəni isə
samşit, bigəvər və başqa kollar tutur (3-7 metr).
Meşədə həmişə yaruslararası (yarusdan kənar)’ bitkilər də mövcuddur,
bunlara ağacların gövdə və budaqlarında mamır və şibyələr, ali sporlu və
çiçəkli epifıtlər və lianlar aiddir.
Şəkil 4.2.
1-Ağacın (cökə) kökündə mikoriza; 2-böcəyin sürfəsi; 3-qabıq-
yeyən böcək; 4-yarpaqla qidalanan ipəkqurdunun tırtılı; 5-yarpaqyeyən böcək;
6-çiçəyi tozlandıran arı; 7-ağacın budağında qaratoyuğun yuvası; 8- yarpaqla
qidalanan maral; 9-ağacın toxumu ilə qidalanan siçan (P.Dyuvinyo və M.Tanqa,
1968, Q.A.Voronovun dəyişikliyi ilə, 1987)
62
Yamsluq bitkiləro işıq axınından tam istifadə etməyə şərait yaradır
yüksək gövdəli bitkilərin çətirləri altında kölgəyədavamlı və kölgəsevər
bitkilər yayılaraq hətta ən zəif günəş işığını da tuta bilirlər.
Yamsluq ot qruplaşmalarında da (çəmən, bozqır, savanna) müşahidə
olunsa da, o qədər aydın görünmür. Burada həm də meşəyə nisbətən az yarus
ayrılır, meşədə də bəzən yalnız iki aydın görünən yarus olur. Məsələn, yüksək
doluluqlu fıstıq meşəsində bəzən bir yarus-ağac yarusu, bəzən isə çətiryarpaq
və ya cil ot örtüyü olan ikiyaruslu ağaclıq yaranır. Yaruslar bitkinin
assimlyasiya edən və mühitə böyük təsir göstərən əsas kütləsi üzrə ayrılır.
Bitki örtüyünün yarusları müxtəlif uzunluqda ola bilər, məsələn, ağac
yarusunun hündürlüyü 30-50 metrə qədər, kol yarusu 2-6 m, mamır yarusu isə
cəmi bir neçə santimetr təşkil edir.
Hər bir yarus müəyyən kompleks şəraitə uyğunlaşır və fitoiqlimin
yaranmasında özünəməxsus iştirak edir. Beləliklə, ağac-kol və ot yarus- ları
müxtəlif ekoloji vəziyyətlərdə yerləşir, bu isə bitkilərin fəaliyyətinə və
yaruslarda yaşayan (məskunlaşan) heyvanların həyatına təsir göstərir.
Fitosenozların torpaqaltı yarusu bitki köklərinin işlədiyi dərinlikdən, kök
sisteminin aktiv hissəsinin yerləşməsindən asılıdır. Meşədə çox vaxt bir neçə
(altıya qədər) torpaqaltı yarus müşahidə etmək olar.
Heyvanlar əksəriyyət etibarilə bu və ya digər bitki örtüyü yarusunda
yerləşir. Onlardan bəziləri ona uyğun yarusdan kənara çıxmır. Məsələn,
həşəratlar arasında aşağıdakı qruplar ayrılır: torpaqda məskunlaşanlar -
geobiy, yerüstü səth qatında -
herpetobiy, mamır yarusundakı -
brio- biy, ot
örtüyündəki -filİobiy, bir qədər yüksəkdə yerləşən, həşəratlar isə aerobiy
adlanır. Quşlar arasında yalnız yerdə yuva quranlar (toyuqkimi- lər, tetra quşu,
tənək quşu və b.), kol yarusunda yuva quranlar (oxuyan qaratoyuqlar, qar
quşu, silviya quşu) və ya ağac çətirində yuva quranlar (alacəhrə, payız bülbülü,
iri yırtıcılar və b.) ayrılır.
Su ekosistemlərində irimiqyaslı şaquli strukturu ilk növbədə xarici
faktorlar əmələ gətirir. Pelaqialda təyinedici faktorlara işıqlanma və
temperatur qradiyetləri və biogenlərin konsentrasiyası aiddir. Dərinliklərdə
hidrostatik təzyiq faktoru, dib biosenozlarında isə faktora qruntun müxtəliBiyi,
dib qatlarında suyun hidrodinamikası əlavə olunur. Şaquli strukturun
xüsusiyyətləri növ tərkibi, dominantlıq edən növün əvəz olunması, bitkilərin
göstəricisi ilə ifadə olunur.
Mozaiklik və yamsluq dinamikası - bir mikroqrup digəri ilə əvəz olunur,
onların ölçüləri qısalıb, yaxud böyüyə bilər.
Üfüqi istiqamətdə parçalanma - mozaiklik praktiki olaraq bütün
fitosenozlar üçün xasdır. Ona görə onların daxilində struktur vahidləri
ayırırlar. Bu vahidlərə müxtəlif adlar verilir, məs. mikroqruplar, mikro-
senozlar, mikrofitosenozlar, parsellər və s. Bu mikroqruplar növ tərki
63
binə, növlərin say nisbətinə, yaşına, sıxlığına, məhsuldarlığına və başqa
xassələrinə görə fərqlənirlər.
Mozaiklik müxtəlif səbəblərdən - biotopun xüsusiyyətlərindən, mik-
rorelyefm, torpağın müxtəlifliyindən, mikroiqlimin təsirindən, bitkilərin
mühitəmələgətirmə təsirindən və onların bioloji xüsusiyyətlərindən yaranır. O,
heyvanların fəaliyyəti (torpağın eşilib çıxarılması və sonradan bitki ilə
örtülməsi, qarışqa yuvalarının əmələ gəlməsi, dırnaqlılar tərəfindən səthin
topalanması və bitkilərin yeyilməsi (zədələnməsi) və s.) və ya insanın təsiri
(meşənin qırılması nəticəsində yeni ağaclığın əmələ gəlməsi, mal-qara
otarılması, ocaq qalama və s.), güclü küləklər nəticəsində ağacların yıxılması,
yanğınlar və s. nəticəsində yaranır.
4.2.
BİOSENOZDA ORQANİZMLƏRİN ƏLAQƏLƏRİ
Biosenozların yaranması və mövcudluğunun əsası orqanimzlərin eyni
biotopda yerləşərək bir-birilə əlaqəsindən ibarətdir. Bu əlaqələr növlərin
qruplaşmasında əsas yaşama şəraitini, qida əldə etməsini və yeni ərazilər zəbt
etməsini müəyyənləşdirir.
V.
N.Beklemişevin təsnifatına əsasən növün
biosenozda müəyyən ekoloji
sığınacaq tapması əhəmiyyətinə görə bilavasitə və dolayı vasitəli əlaqələr dörd
tipə bölünür: trofik, topik, forik və fabrikasiya əlaqələri.
Trofik əlaqələr. Bir növün digər növün fərdinin hesabına (ya diri halda, ya
ölü qalıqları, yaxud da həyat fəaliyyəti məhsulu ilə) qidalanması zamanı baş
verir. İynəcənin digər həşƏratı uçan halda tutması, peyin qurdu böcəyinin iri
dırnaqlıların peyini ilə qidalanması, arının bitkinin nektarını toplaması onlara
qida olan növlə bilavasitə trofik əlaqəyə girməsi deməkdir.
Topik əlaqələr - bir növün həyat fəaliyyəti nəticəsində digər növün
yaşayış şəraitinin istənilən fiziki və ya kimyəvi dəyişməsi ilə xarakterizə
olunur. Bu əlaqələr olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün mühit
yaratması (məsələn, daxili parazitizmi və ya yuva kommensaliz- mi),
substratın formalaşdırması ilə əlaqədar digər növün nümayəndələri ya bura
köçür, yaxud da əksinə suyun, havanın hərəkətinin təsiri, temperaturun, ətraf
sahənin işıqlanmasmın dəyişməsi, ayrılma (ifrazat) məhsulları ilə mühitin
doyması və s. səbəbdən köçməkdən çəkinir (imtina edir). Milçək sürfələrinin
inək peyinində məskunlaşması, ağacın göv- dəsindəki şibyələr, onlar üçün
substrat və ya yaşama mühiti sayılan orqanizmlərlə bilavasitə topik əlaqədə
olurlar. Digər orqanizmlər üçün mühit yaratmaq və ya mühiti dəyişməkdə
bitkilər xüsusən böyük rola malikdir. Bitki örtüyü enerji mübadiləsi
xüsusiyyətinə görə yer səthində isitiliyin paylanması, mezo və mikroiqlimin
yaranmasında güclü faktor
64