4.2.2.
Kommensalizm, mutalizm, ncytralizm, amonsaüzııı, rəqabət
Y.Odum (1975) kommcnsalizm, kooperasiya və mutualizmi
(simbiozu) qarşılıqlı təsirin müsbət növünə aid edir. Ekoloqların çoxunun
fikrincə sabit (stabil) ekosistemlərdə mənfi və müsbət qarşılıqlı təsirlər
tarazlıqda olmalıdır.
Kommensalizm, kooperasiya və mutualizmə təkamül gedişində müsbət
qarşılıqlı təsirin ardıcıl mükəmməlləşmə mərhələsi kimi baxmaq olar.
Kommensalizm - müsbət qarşılıqlı təsirin daha sadə tipi sayılır. İki növ
arasında gedən qarşılıqlı təsirin bu formasında növün biri öz fəaliyyəti ilə
(kommensala) qida və ya sığınacaq verir. Başqasının yaşayış yerinə köçən
orqanizmlər (kommensallar) «ev yiyəsinə» heç bir ziyan yetirmir. Sığınacaq
kimi ya tikintidən (yuva), yaxud digər növün bədənindən istifadə olunur.
Ağacların gövdə qabıqlarında epifit bitkilərin məskunlaşması da
kommensalizm sayılır. Quş və gəmiricilərin yuvalarında buğumayaqlıların
olduqca çoxlu növləri məskunlaşır və orada parçalanmış (çürümüş) üzvi
qalıqların və ya digər birgə sakinlərinin qalıqları hesabına qidalanırlar. Bir çox
növlər yalnız yuvalarda yaşayır və oradan kənara çıxmırlar, belə növlər
nidikol adlanır.
Kommensalizm əlaqə tipi təbiətdə olduqca mühüm hesab edilir. Belə
əlaqə növlərin daha sıx birgə yaşamasına, mühitdən, qida resurslarından daha
tam istifadə etməyə şərait yaradır.
Lakin bəzən kommensalizm başqa əlaqə tipinə keçir. Məsələn, qarışqa
yuvasında çoxlu qarışqalarla birlikdə stafilinid böcəyinin növlərinə rast
gəlinir. Onların yumurtaları, sürfə və pupları qarışqa balaları ilə birlikdə olur.
Bu balalar böcəyin yumurta, sürfə və baramasına qulluq edir, onları yalayır və
xüsusi kameralara daşıyırlar. Bəzən qarışqalar iri böcəyi də qidalandırır.
Mutalizm (simbioz) - Təbiətdə növlərin geniş yayılan qarşılıqlı faydalı
əlaqəsi müfualizm adlanır. Mutalistik əlaqələr əvvəlki parazitizm və ya
kommensalizmin əsasında baş verə bilər. Qarşıqlıqlı faydalı birgə yaşayışın
inkişaf dərəcəsi olduqca müxtəlif ola bilər - müvəqqəti qeyri- məcburi əlaqələr
və partnyorlann iştirakı hər ikisinin həyatı üçün mühüm mütləq şəraitə
çevrilən əlaqələr. İki növün belə ayrılmaz faydalı əlaqəsi simbioz adını
almışdır.
Simbiotik əlaqənin klassik misalı kimi şibyəni göstərmək olar. Şibyə
göbələk və yosunun sıx birgə yaşayış tərzidir. Şibyələrin tərkibinə
göbələklərin üç sinif nümayəndəsi (aksomiset, bazidiomiset və fikomiset)
daxildir. Təbiətdə sərbəst vəziyyətdə ehtimal ki, şibyəli göbələyə rast
gəlinmir. Göy-yaşıl, sarı-yaşıl, yaşıl və qonur yosunlar şöbəsində 28 cinsin
nümayəndələri aşkar olunmuşdur. Onların çoxuna sərbəst yaşama və-
68
/iyyətindo rast gəlinir. Simbioz (şibyə) çox güman ki, yosunun üzərində
göbələyin parazitizmi ilə əmələ gəlmişdir. Təbiətdə 20000 növdən artıq belə
simbiotik orqanizmlər mövcuddur, bu belə yaşamağın (mövcudluğun)
müvəffəqiyyətli olmasını göstərir. Y.Odum (1975) obrazlı surətdə qeyd edirdi
ki, yosunun parazitliyi ilə iki müxtəlif növün harmonik qarşılıqlı təsirə doğru
keçdiyi yol «şibyə modeli» insan üçün simvolik yol olmalı, təbiətlə mutalistik
əlaqə yaratmalıdır, çünki insanın özü hetero- trofdur və mövcud resurslardan
asılıdır.
Çoxhüceyrəli heyvan və bitkilərdə mikroorqanizmlərlə birgə simbioz çox
geniş yayılmışdır. Bir çox ağac növlərinin mikoriza göbələkləri ilə birgə
yaşayışı, havadakı molekulyar azotu fıksasiya edən kökyumru bakteriyalar
Rhizobium məlumdur. Azot fıksasiya edən simbiontlar 200 növ digər
örtülütoxumlu və çılpaqtoxumlu bitkilərin köklərində aşkar edilmişdir.
Mikroorqanizmlərlə simbiozun tarixi bəzən çox uzaq keçmişə gedir, ona görə
simbiotik bakteriya koloniyalarına çoxhüceyrəlilərin xüsusi orqanları kimi
baxmaq olar.
Sibir sidr şamı ilə, sidr ağaclarında yuva quran quşlar (sidrquşu, sit- ta
quşu və kukşa) arasındakı mutualistik əlaqələr mütləq olmasa da, olduqca
zəruridir. Bu quşlar Sibir sidrinin toxumları ilə qidalanaraq, yem toplamaq
instinktinə də malikdir. Onlar xırda toxumları (qozaları) hissə-hissə mamır
qatının və meşə töküntüsünün altında gizlədirlər. Bu «ehtiyatın» çox hissəsini
quşlar tapa bilmir və toxumlar cücərir. Beləliklə, bu quşların fəaliyyəti sidr
şamının təbii bərpasına kömək edir, belə ki, toxumlar torpaqla əlaqəni kəsən
qalın meşə döşənəyinin səthində cücərə bilmir. Qarğaların qoz ağacının
toxumlarını gizlətməsi də buna uyğun misaldır. Şirəli meyvəsi olan bitkilərlə
quşlar arasında da qarşılıqlı faydalı əlaqələr vardır, onlar bu bitkilərin
meyvələri ilə qidalanır və adətən həzm oluna bilməyən toxumları əraziyə
yayırlar.
Məsələn, Türyançay qoruğunda ardıc ağacları bol toxumverən illəri
meşəlikdə çoxlu miqdarda qaratoyuq və digər quşlar qışlayır. Onlar ardıcın
toxumları ilə qidalanır və peyinləri ilə Bozdağ ərazisində bu toxumların
yayılmasında böyük rol oynayır. Ədəbiyyat məlumatına əsasən 1 m- sahəyə
quşlar orta hesabla 12-15 ədəd ardıc toxumu yayır. Cücərtilərin əmələ
gəlməsində də quşların digər müsbət rolu vardır. Onlar onurğasız heyvanları
axtarıb taparkən mamır örtüyünü eşir və bununla da ardıcın toxumlarını
torpağın üzərinə çatdırır.
Qaraçöhrə ağacının bütün orqanları (iynələri, gövdəsinin qabığı və s.)
zəhərli olsa da, toxumları həm dadlı, şirirt, həm də parlaq qırmızı rəngə malik
olub quşların diqqətini özünə cəlb edir, onun yayılmasında böyük rol oynayır.
Belə ki, quşlar bu toxumlarla qidalanır, onları mədələrində «stratifıkasiya»
edir, «səpinə» hazırlayır və ərazilərdə yayırlar.
69