Azota az tələbkarlıq göstərən bitkilər dincə qoyulmuş torpaqları ilk
növbədə zəbt edir, kök ayırmaları vasitəsilə paxlalılarda kök yumrularının
əmələ gəlməsini və sərbəst yaşayan azot fıksasiya edən bakteriyaları sıxışdırır.
Bununla da, torpağın azotla zənginləşməsinin qarşısını alaraq azota çox
ehtiyacı olan bitkilərlə rəqabətdə üstünlük təşkil edir. Ciyən otu su hövzəsində
digər su bitkilərinə nisbətən allelopatik aktiv olduğundan rəqabətsiz təmiz su
hövzələrini basır.
Heyvanlarda rəqabət mübarizəsində bir növün digərinə bilavasitə
hücumu hallarına da rast gəlinir. Məsələn, yumurtayeyənlərin (Diacha- soma
tryoni və Opius humilis) sürfələri bir sahibin yumurtasında olduqda
qidalanmağa başlamazdan qabaq əlbəayaq olaraq rəqibini öldürür.
İri çəmən qarışqaları Formica pratensis torpaq təpəsi yuvası düzəldir
(tikir) və onun ətrafındakı ərazini mühafizə edir. Daha xırda qarışqanın
(F.Cunicularia) yuvası isə torpaq təpəciyi şəklində kiçik olur. Onlar tez-tez
çəmən qarışqalarının yuvaları ərazisinin kənarlarında yerləşərək onların yem
sahələrində ova çıxırlar.
4.3.
EKOLOJİ SIĞINACAQ (EKOLOJİ MƏSKƏN,
EKOLOJİ NİŞA)
Ekoloji sığınacaq konsepsiyası növlərin birgə yaşamaq qanunlarını dərk
etmək üçün əlverişli oldu. Ekoloji sığınacaq haqqında anlayışı ilk dəfə
Amerika zooloqu C.Qrinnel (J.Çrinnell, 1914) irəli sürmüşdür. O, bu anlayışa
əsasən növ populyasiyasının ərazidə yerləşməsi və müəyyən dərəcədə növün
bioloji tələbatı mövqeyindən yanaşmışdır.
«Ekoloji nişa» anlayışının professor Q.T.Mustafayev «ekoloji mövqe»
kimi işlətməyi təklif edir. Ekoloji sığınacaq haqda Ç.Eltonun (Ch.Elton, 1927)
konsepsiyası daha məhsuldardır. O, «ekoloji sığınacaq» anlayışı dedikdə
növün qidalanmasını, yəni onun trofık zəncirdə tutduğu yeri nəzərdə
tutmuşdur. Trofık sığınacaq haqqında müasir təsəvvür (anlayış) məhz
Ç.Eltonun şərhi ilə bağlıdır.
Ekoloji sığınacaq problemi daha tam şəkildə Ç.Hatçinson (Ç.Hatchinson,
1957) tərəfindən işlənmişdir. O, «ekoloji sığınacaq» anlayışını ilk dəfə olaraq
müəyyən növün orqanizmlərinin mühitin abiotik şəraiti və canlı orqanizmlərin
digər növləri ilə əlaqələrinin məcmusu kimi formalaşmasını gəstərmişdir.
Ekoloji sığınacaq konsepsiyası haqqında Y.Odumun (1975) mövqeyi
xüsusi yer tutur.
Y.Odumun sığınacaq anlayışında üç hissədən ibarət məna qoyulur: növ
populyasiyasının fiziki ərazisi, xarici faktorlar qradiyenti sistemində növün
yeri və onun ekosistemdə funksional rolu. Y.Oduma görə bəzi or
72
qanizmin ekoloji sığınacağı onun yalnız harada məskunlaşmasından
(yaşamasından) deyil, həmçinin onun nə etməsindən - fəaliyyətindən (o
enerjini necə dvəyişir, onun davranışı necədir, o, fiziki və bioloji mühitə necə
münasibət göstərir), asılıdır və o, digər növlərlə necə məhdudlanır. Y.Odum
ekoloji sığınacağı növün qruplaşmada «sahibi» kimi canlı surətdə təyin
etmişdir. Belə mövqe ekoloji sığınacaq anlayışı növün biosenozda yerini
inteqrasiya ifadəsi kimi daha dəqiq təyin edir.
«Ekoloji sığınacaq biliyi (məlumatı) növün nə ilə qidalanması, onun
kimin şikarı olduğu, nə tərzdə və harada istirahət etməsi və çoxalması
suallarına cavab tapmağa imkan verir» (Dajo, 1975).
Ekoloji sığınacaq növün təbəitdə, əksəriyyət halda biosenozda yerini,
eyni zamanda həm ərazidə vəziyyətini, həm də qruplaşmada fəaliyyət rolunu,
abiotik şəraitə münasibətini göstərir (Xrustalyev, Matişov, 1996). «Ekoloji
sığınacaq» anlayışını məskunlaşma (yaşama) yerindən) ayırmaq lazımdır.
Məskunlaşma yeri dedikdə növün yayıldığı və onun mövcudluğu üçün vacib
olan abiotik şəraitə malik olduğu yer nəzərdə tutulur. Növün ekoloji sığınacağı
yalnız mühitin abiotik şəriatindən deyil, həm də onun biosenotik ətraf
şəraitindən asılıdır. Ekoloji sığınacağın xarakteri həm növün ekoloji imkanları,
həm də həmin imkanların konkret biosenozlarda nə qədər həyata keçməsi ilə
müəyyən edilir.
Növün qidalanmaya, ərazidən istifadəyə, aktivlik dövrünə və digər şəraitə
görə ixtisaslaşması, həm ekoloji sığınacağın daralması, həm də əks proseslər -
onun genişlənməsi ilə xarakterizə olunur. Qruplaşmada ekoloji sığınacağın
daralması və ya genişlənməsinə rəqiblər böyük təsir göstərir. Ekoloji cəhətdən
yaxın olan növlər üçün Q.F.Qauzenin formalaşdırdığı rəqibliyin istisnası
qaydası belə ifadə oluna bilər: iki növ bir ekoloji sığınacaqda keçinmir.
Rəqabətdən çıxmaq mühitin tələblərinin ayrılması, yaşayış tərzinin dəyişməsi,
başqa sözlə növün ekoloji sığınacağının məhdudlaşdırılası ilə həyata keçirilə
bilər. Bu halda onlar (növlər) bir biosenozda yaşamaq qabiliyyəti əldə edir. Bir
yerdə yaşayan yaxın qohum növlərdə adətən ekoloji sığınacağın çox incə
məhdudlaşması müşahidə olunur. Belə ki. Afrika savannalarmda otlayan
dırnaqlı- lar otlaq yemindən müxtəlif cür istifadə edir: zebrlər əsasən otların
üst hissəsini yeyir, qnu antilopu müyyən ot növlərini seçərək zebrdən sonra
qalan yemlə qidalanır, ceyranlar ən alçaq boylu otları didişdirir, antilop topi isə
digər otyeyən heyvanlardan sonra qalan hündür boylu quru gövdələr ilə
kifayətlənir.
Növarası rəqabətin zəifləməsi növün ekoloji sığınacağının
genişlənməsinə səbəb olur. Kasıb faunaya malik olan okean adalarında bir sıra
quşlar özlərinin qohum fərdlərinə nisbətən, materikdə olduqca müxtəlif
yaşayış yeri (məskunlaşma yeri) və yem spektrini genişləndirir, onlar bu
73