Icnl coııl ödədi ilə ifadə olunur.
İlkin məhsul sanki iki səviyyəyə - ümumi və təmiz məhsula bölünür.
Ümumi ilkin (birinci) məhsul vahid zaman ərzində fotosintezin müəyyən
sürətində bitkilər tərəfindən yaranan üzvi maddələrin ümumi kütləsi hesab
olunur (tənəffüs sərfi də bura daxildir). Bitkilərin özlərinin həyat fəaliyyətini
saxlamaq üçün, yəni tənəffüsə sərf olunan məhsul kifayət qədər çox olur.
Meşə bitkisi tənəffüsə ümumi məhsulun 40...70%-ni sərf edir. Plankton
yosunları istifadə etdiyi ümumi enerjinin (yəni metabo- lizmə) yalnız 40%-ə
qədərini sərf edir. Yaranan üzvi maddə kütləsinin qalanı, yəni ümumi
məhsulun tənəffüsə sərf olunmayan hissəsi təmiz birinci (ilkin) məhsul
adlanır, bu bitkinin artım ölçüsüdür və ondan kon- sument və redusentlər
istifadə edir. Deməli, ilkin təmiz məhsul konsu- ment və redusentlər üçün
enerji ehtiyatıdır. Qida zəncirlərində dəyişilərək (həzm olunaraq) heterotrof
orqanizmlərin kütləsinin bərpasına sərf olunur.
Vahid zaman ərzində konsument kütlə.sinin artımı qruplaşmanın ikinci
məhsulu adlanır. Lakin ikinci məhsul ümumi və təmiz məhsula bölünmür,
belə ki, konsumentlər və redusentlər, yəni heterotroflar öz kütləsini birinci
məhsulun hesabına artırır, yəni əvvəlcədən yaradılan məhsuldan istifadə edir.
İkinci məhsul hər trofik səviyyə üçün ayrıca hesablanır, belə ki, o, özündən
əvvəlki səviyyədən daxil olan enerjinin hesabına formalaşır.
Ekosistemin
bütün
canlı
komponentləri
-
produsentlər,
konsumentlər və redusentlər bütövlüklə qruplaşmanın və ya onun ayrı-ayrı
hissələrinin ümumi biokütləsindən (canlı çəki) ibarətdir. Bioloji kütlə adətən
onun yaş və ya quru çəkisi ilə ifadə olunur, o, enerji vahidi ilə də (kalori, coul
və b.) ifadə oluna bilər. Bu, daxil olan enerji gücü və orta biokütlə arasında
əlaqəni aşkar etməyə imkan verir.
Bioloji kütlənin əmələ gəlməsinə enerjinin hamısı sərf olunmur, istifadə
olunan enerji birinci məhsulu yaradır və müxtəlif ekosistemlərdə müxtəlif cür
sərf oluna bilər. Əgər konsument tərəfindən enerjinin sərfi sürəti bitkinin artım
sürətindən geri qalırsa, produsentlərin biokütləsinin tədricən çoxalması baş
verir və ölü üzvi maddənin artığı (bolluğu) yaranır. Bu hal bataqlıqların
torflaşmasına, kiçik su hövzələrinin su bitkiləri ilə örtülməsinə, meşədə (məs.,
tayqada) qalın meşə döşənəyinin yaranmasına və s. səbəb olur.
Stabil (sabit) qruplaşmalarda bütün məhsul praktiki olaraq trofik
şəbəkələrdə sərf olunur və bioloji kütlə dəyişməz qalır.
78
5.2.
EKOLOJI
PİRAMİDALAR
Ekosistemdə canlı orqanizmlər arasında qarşılıqlı münasibəti öyrənmək
üçün təkcə qidalanma zənciri sxemindən deyil, ekoloji piramidalardan da
istifadə edilip. Funksional qarşılıqlı əlaqələri, yəni trofık strukturu qrafik
şəkildə, ekoloji piramida adlı qrafiklərdə göstərmək olar. Piramidanın əsasını
produsentlər səviyyəsi təşkil edir, sonrakı qidalanma səviyyələri piramidanın
mərtəbələrini və zirvəsini əmələ gətirir. Əsasən üç ekoloji piramida tipi
məlumdur: 1) say (kəmiyyət) piramidası (Elton piramidası) - hər səviyyədə
orqanizmlərin sayı ifadə olunur; 2) biokütlə piramidası - canlı maddənin
kütləsini (ümumi quru çəki, kalori- lik və s.) səciyyələndirir; 3) Məhsul (və ya
enerji) piramidası universal xarakter daşıyıb ardıcıl trofık səviyyələrdə
birinci məhsulun (və ya enerjinin) dəyişməsini göstərir.
Enerji əsasən yırtıcı - şikar əlaqəsi ilə ötürülən trofık zəncirlərdə çox
vaxt say piramidası qaydasına, yəni qida zəncirlərində iştirak edən fərdlə- rin
ümumi say zəncirinin hər sonrakı həlqəsində produsentdən konsu- mentlərə
doğru azalma qanunauyğunluğuna əməl olunur (şəkil 5.4). Bu hal bir qayda
olaraq yırtıcıların qida obyektindən (şikardan) iri olması və yırtıcının birinin
biokütləsini saxlamaq üçün bir neçə və daha artıq şikarın tələb olunmasıdır.
Digər tərəfdən aşağı trofık səviyyədən yuxarı səviyyəyə doğru enerjinin
miqdarının itməsi (hər səviyyədən sonrakı səviyyəyə 10% enerji çatır) və
metobolizmin fərdlərinin ölçüsü ilə tərsinə əlaqənin olmasıdır - orqanizm
kiçik olduqca maddələr mübadiləsi intensiv gedir, onun sayının və
biokütləsinin artım sürəti yüksəlir.
PRODUSENTLƏR
1-ci SIRA
3-cü SIRA
KONSUMENTLƏR
YOSUNLAR
XƏRÇƏNGLƏR
BALIQLAR
YIRTICI
BALIQLAR
Şəkil 5.4. Su hövzəsinin qidalanma zənciri
79
Lakin müxtəlif ekosistemlərdə say piramidası formasına görə olduqca
fərqlənir, ona görə sayın cədvəl formasında verilməsi daha yaxşı olar. Bioloji
kütlənin isə qrafik şəklində göstərilməsi məqsədəuyğundur. O, müəyyən
trofik səviyyədə canlı maddənin micıdanm aydın göstərir, məsələn, vahid
kütlənin vahid sahədə yerləşməsi - q/m - və ya həcm - q/m' və s. ilə ifadə
olunur.
Yerüstü ekosistemlərdə biokütlənin aşağıdakı piramida qaydası fəaliyyət
göstərir: bitki kütləsinin cəmi bütün otyeyənlərin kütləsindən artıqdır,
otyeyənlərin kütləsi isə bütün yırtıcıların biokütləsindən yüksəkdir.
5.5
saylı şəkildə bəzi biosenozlarda biokütlə piramidaları göstərilir.
ƏK
BK
ƏK 1
BK
z
p
F
.
Koral mərcanı
Dincə qoyulmuş
torpaq
Okeanın
pelagialı
Şəkil 5.5. Bəzi biosenozların biokütləsinin piramidası (F.Dre, 1976) P-
produsentlər; BK-bitki konsumentləri; ƏK-ətyeyən konsumentlər: F-fito-
plankton; Z-zooplankton
Şəkildən görünür ki, yuxarıda göstərilən biokütlənin piramida qaydası
okean üçün gerçək (uyğun) olmayıb çevrilmiş (döndərilmiş) şəkildədir. Okean
ekosistemi üçün yırtıcıların biokütləsinin yüksək səviyyədə toplanması
xarakterikdir. Yırtıcılar uzun illər ömür sürür, onların generasiya
dövriyyəsinin sürəti aşağıdır, lakin produsentlərin - fitoplankton yosunlarının
dövriyyə qabiliyyəti biokütlənin ehtiyatını yüz dəfələrlə ötüb keçə bilər. Bu o
deməkdir ki, təmiz məhsul burada da konsument- lərin yediyi məhsuldan da
artıqdır, yəni produsentlər səviyyəsindən keçən enerji bütün konsumentlərdən
keçən enerjidən yüksəkdir.
Buradan məlum olur ki, trofik əlaqələrin ekosistemə təsirinin daha
mükəmməl əksi məhsulun (və ya enerjinin) piramida qaydası olmalıdır: vahid
zaman ərzində hər özündən əvvəlki trofik səviyyədə biokütlənin (və ya
enerjinin) miqdarı özündən sonrakından artıqdır. Məhsul piramidası trofik
zəncirlərdə enerjinin sərfi qanununu əks etdirir. 5.6 saylı şəküdə enerji
piramidası göstərilir (Y.Odum, 1986).
Nəticədə, piramidanın hər üç qaydası ekosistemdə enerji əlaqələrini əks
etdirir, məhsul (enerji) piramidası isə universal xarakter daşıyır.
Təbiətdə stabil sistemlərdə biokütlə az dəyişir, yəni təbiət ümumi
80