nizmlərin ən yüksək konsentrasiyalı yerini
«həyat təbəqəsi» (pərdəsi)
adlandırmışdır.
Müasir baxışlara görə biosfer planetin möhtəşəm ekosistemi olub
maddələrin qlobal dövranını saxlayır. Biosfer anlayışının coğrafi təbəqə və ya
coğrafi örtük anlayışı ilə xeyli oxşarlığı var. Bəzi tədqiqatçılar onları sinonim
hesab etsələr də aralarında prinsipial fərq də var. Tərifə görə coğrafi örtük
litosfer, hidrosfer və biosferin bir-biri ilə qarşılıqlı təmasda olan Yer
təbəqəsidir. Coğrafi örtükdə fasiləsiz olaraq quru, atmosfer. Dünya okeanı və
orqanizmlər arasında maddələr və enerji axınları mübadiləsi baş verir.
Beləliklə, coğrafi təbəqənin xarakterinə onun bütün komponentlərinin
eynidərəcəli təsvirləri daxildir. Biosfer anlayışının isə mərkəzi həyatdır,
həyatın yayıldığı mühitdir, canlı maddədir. Bu canlı maddəyə atmosferin
qaz tərkibi, suların, torpağın tərkibi və s. daxildir.
6.2.
TƏBİƏTDƏ MADDƏLƏRİN DÖVRANI
Təbiətdə əsas iki maddələr dövranı mövcuddur - böyük (geoloji) və kiçik
(biogeokimyəvi) dövran.
6.2.1
Təbiətdə maddələrin böyük (geoloji) dövranı
Bu dövran Günəş enerjisi ilə Yerin dərinlik enerjisinin qarşılıqlı təsirilə
baş verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə
yerinə yetirilir.
Günəş
Radioaktiv
parçalanma
enerjisi
Şokil 6.3. Maddələrin böyük dövranı
90
Quru ilə okean arasında atmosfer vasitəsilə suyun dövranı da böyük
dövran adlanır. Dünya Okeanı səthindən buxarlanan su (buna Yer səthinə
düşən Günəş enerjisinin demək olar ki, yarısı sərf olunur) quruya aparılır,
orada yağıntı şəklində düşərək səth və yeraltı axınlar şəklində yenidən okeana
qayıdır. Suyun dövranı aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən suyun
buxarlanması - su buxarının kondensasyası - həmin okeanın səthinə yağıntının
düşməsi.
Maqmatik süxurların aşınması hesabına əmələ gələn çökmə süxurlar yer
qabığının hərəkətdə olan zonasında (hərəkət zonasında) yenidən yüksək
temperatur və təzyiq zonasına yüklənir (daxil olur). Onlar orada əriyərək
maqmanı - maqmatik süxurların yeni mənbəyini əmələ gətirir. Bu süxurlar
yerin səthinə çıxdıqda aşınma proseslərinin təsirilə onlar təzədən çöküntü
süxurlara transformasiya olunur (şəkil 6.3.). Maddələr mübadiləsinin simvolu
dairə deyil, spiraldır. Bu yeni mübadilə tsiklinin köhnə tsikli olduğu kimi
təkrarlanmadığı, onun yenilik gətirdiyini göstərir və vaxtı gəldikdə böyük
dəyişikliyə səbəb olur.
Şəkil 6.4. Yerin biosferi, daxil olması və paylanması
91
il ərzində Yerdə suyun dövranında 500 min km-^-dən artıq su iştirak edir.
Suyun dövranı planetimizdə təbii şəraitin formalaşmasında bütövlükdə
əsas rol oynayır. Suyun bitkilər tərəfindən transpirasiyası və onun
biogeokimyəvi tsikldə udulması nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı
2 milyon ilə bölünür və parçalanır.
6.2.2.
Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı
Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu
dövranın mahiyyəti fotosintez prosesində qeyri-üzvi maddədən canlı
maddənin yaranması və parçalanma zamanı üzvi maddələrin yenidən qeyri
üzvi birləşmələrə çevrilməsindən ibarətdir.
Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın
yaradıcısıdır. Canlı maddə dəyişərək, yaranaraq (doğularaq) və ölərək (məhv
olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını təmin
edir.
Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası
sayılır, o, fotosintezi yaradır. Yer kürəsində bu enerji bərabər paylanmayıb.
Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen
arxipelaqında (80*^ ş.e.d.) üç dəfə çoxalır. Bununla yanaşı, istilik enerjisi əks
olunma yolu ilə itiı% torpaq tərəfindən udulur, suyun transpirasiyasma sərf
olunur və s. (şəkil 6.5.), qeyd edək ki, fotosintezə bütün enenjinin 5%-dən
artığı sərf olunmur (çox vaxt 2-3%).
Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik
zəncir vasitəsilə yerinə yetirilir. Belə dövran adətən bioloji dövran adlanır
(şəkil 6.5.). O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı
tsikli sayılır. Kiçik dövran, şübhəsiz, su sistemlərində, xüsusilə intensiv
metabolizmi olan planktonda yer ala bilər, «yağışlı» tropik meşələr istisna
olmaqla yer ekosistemlərində kiçik dövran olmur. Belə ki, kök sistemi səthə
yaxın yerləşən tropik meşələrdə qida maddələrinin ötürülməsi «bitkidən
bitkiyə» təmin oluna bilər.
Lakin bütün biosfer miqyasında belə dövran mümkün deyildir. Burada
biogeokimyəvi dövran fəaliyyət göstərib makro, mikroelementlərin və sadə
qeyri-üzvi maddələrin (CO
2
, H
2
O) atmosfer, hidrosfer və litosferin maddələri
ilə mübadiləsindən ibarətdir. Ayrı-ayrı maddələrin dövranını V.İ.Vernadski
biogeokimyəvi tsikllər adlandırmışdır.
Tsiklin mahiyyəti aşağıdakı kimidir: orqanizmlər tərəfindən udulan
kimyəvi elementlər axırda onu tərk edərək abiotik mühitə gedir, sonra bir
müddətdən sonra yenidən canlı orqanizmə düşür və s.
Belə elementlər biofil element adlanır. Bu tsikl və dövranlarla
bütövlükdə biosferdə canlı orqanizmlərin mühüm funksiyaları təmin olunur.
V.İ.Vernadski 5 belə funksiya ayırır:
92