rin formalaşması, biotanın (biosenozun) aerob və anaerob proseslərin
fəaliyyəti və üzvi maddələrin destruksiyasmdan üzvi maddələrin sərf olunması
prosesləri gedir.
Hiokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya
okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun
əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərlə örtülür
və beləliklə, ekosferdən kənara çıxır, bu zaman litosfer maddələrinin böyük
tsiklində qalır.
Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı
prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir. Digər karbon
axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi
maddələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen
axın nisbətən az olsa da onun miqdarı durmadan artır və par- nik effektinin
güclənməsinə səbəb olur. Quruda fotosintez prosesi zamanı karbon qazının
funksiyası, bununla da üzvi maddələrin əmələ gəlməsi və əlavə olaraq
oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar
mikroorqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi
maddələrin karbonu oksidləşərək karbon qazma çevrilir və yenidən atmosferə
düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. Bitkilərdə fiksasiya
olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda
istifadə olunur, o da öz növbəsində tənəffüs zamanı onu karbon qazı şəklində
ayırır. Hidrosferdə karbonun dövranı kontinentə (quruya) nisbətən xeyli
mürəkkəbdir, belə ki, karbon qaz formasında bu elementin yaşı həm
atmosferdən, həm də alt qatlardan suyun üst qatına daxil olan oksigendən
asılıdır, quru və Dünya okeanı arasında karbonun daim miqrasiyası gedir. Bu
elementin karbonat və üzvi birləşmələr formasında qurudan dənizə gətirilməsi
üstünlük təşkil edir. Dünya okeanından karbonun quruya daxil olması az
miqdarda, yalnız karbon qazı şəklində atmosferə diffuziya olunaraq hava
axınları vasitəsilə gedir.
6.3.3.
Azotun dövranı
Azot həyatın hakim (açar) inqrediyenti sayılır, çünki bu element bütün
zülal birləşmələrin vacib komponentidir. Azot birləşmələrinin böyük ehtiyatı
litosferdə yerləşir. Qalan ehtiyatı isə kimyəvi cəhətdən az aktiv qaz şəklində
atmosferin 79% -ni təşkil edir. Biosfer və hidrosferdə azotun yerüstü
biokütlədə və torpaqda kütləsinin orta nisbəti C:N=160:15 təşkil edir.Azotun
ehtiyatının biosfer və hidrosferdə nisbətən az olmasına baxmayaraq, bu aktiv
element geosferlər arasında tez mübadilə edir. Azot tsiklinin kimyəvi şəkli
olduqca mürəkkəb və müxtəlifdir, çünki azot hava, su və torpağa müxtəlif
kimyəvi formalarda daxil olur və həm də şəklini dəyişir.
97
Şəkil 6.8. Təbiətdə azotun dövranı: azot molekulunun kimyəvi çevrilmələri
Azot birləşmələrinin dövranında azot toplayan, nitrifıkatorlar, de-
nitrifıkatorlar mikroorqanizmləri olduqca böyük rol oynayır. Yerdə qalan
orqanizmlər isə azotun dövranına öz hüceyrələrinin tərkibinə azotu
assimilyasiya etdikdən sonra təsir göstərir. Fır-fır və yaşıl İbtosintez
bakteriyaları, müxtəlif torpaq bakteriyaları da azot toplayır.
Biosferdə havadan il ərzində orta hesabla 140-700 mq/m^ azot fıksa-
siya olunur (toplanır). Bunu əsasən bioloji fıksasiya təşkil edir, yalnız azotun
az miqdarı (35mq/m-^) elektrik boşalmaları və fotokimyəvi proseslər
nəticəsində toplanır.
Azotun yüksək intensiv toplanması göy-yaşıl yosunlar çox olan
çirklənmiş göllərdə baş verir.
Atmosferdə və biosferin çöküntü qabığında olan külli miqdarda azot
ehtiyatının dövranında yalnız quru və okeanın canlı orqanizmləri tərəfindən
mənimsənilərək toplanan (fıksasiya olunan) azot iştirak edir. Azotun mübadilə
fondu kateqoriyasına aşağıdakılar daxildir: biokütlənin azotu, bakteriya və
canlı orqanizmlərin bioloji azot fiksasiyası, yuvenil (vulkano- gen) azot,
atmosfer (şimşək zamanı toplanan) azotu və texnogen azot.
İnsan fəaliyyəti olmayan geniş massivlərdə bitkilər ona lazım olan azotu
kənardan torpağa gətirilən (yağışla-nitratlar, havadan-ammonyak), torpağa
qaytarılan (heyvan, bitki qalıqları, heyvan ekskrementləri) azotdan, həmçinin
müxtəlif azot toplayan orqanizmlərdən alır.
Biosferdə azot və kül elementlərinin ən çox miqdarı meşə bitkisində olur.
Bütün bitki tiplərində kül elementlərinin miqdarı azot kütləsindən 2-3 dəfə
artıq təşkil edir. Tundra bitkiliyi bu baxımdan müstəsnalıq təşkil edir, burada
azot və kül elementlərinin miqdarı təxminən eyni olur.
98
Şəkil 6.9. Təbiətdə azotun dövranı: canlı varlıqların kimyəvi çevrilmələrdə
iştirakı (Məmmədov, Suravegina, 2000)
99
il ərzində ən çox dövriyyədə olan elementlərin miqdarı (yaxud bioloji
dövranın həcmi) - rütubətli tropik meşələrdə, sonra qaratorpaq bozqırlarında
və mülayim qurşağın enliyarpaqlı meşələrində (əsasən palıd- lıqlarda) olur.
Azot dövranının mühüm antropogen axını azot gübrələrinin istifadəsi ilə
əlaqədardır. Aqrosistemlərə verilən azotun təxminən 50%-i kənd təsərrüfatı
bitkilərinin tərkibinə daxil olur, onun da yarısı tarladan məhsulla birlikdə
yığılır, digər yarısı isə torpağın üzvi maddələrində qalır. Beləliklə, müasir
əkinçilik azot axınının ümumi istiqamətini dəyişmişdir, bu axın, yəni
atmosferdən torpağa deyil, əksinə gedir. Əhalinin artması və bununla əlaqəli
zülal qidasına olan tələbatın yüksəlməsi azot gübrəsindən istifadəni və azotun
dövranını intensivləşdirmişdir.
Bu isə ətraf mühitin çirklənməsinə, o cümlədən su hövzələrində ev-
trofıkasiya prosesinin güclənməsinə səbəb olmuşdur. Azot axınının
antropogen intensivləşməsinin digər amili energetika hesab olunur, belə ki,
daş kömür, neft və onun məhsullarının, şistlərin, torpağın və s. yandırılması
atmosferə ammonyakı və azot oksidlərinin emissiyasını artırmışdır. Azot
oksidləri və amonyak öz növbəsində ətraf mühitin asidifi- kasiya prosesində
həlledici rol oynayır. Azot axınının antropogen intensivləşməsinin ətraf
mühitə neqativ nəticələri müvafiq fəsillərdə (atmosfer, su, torpaq) geniş izah
olunur.
6.3.4.
Kükürdün dövranı
Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə
mühüm rol oynayır. Kükürdün qlobal dövranı müxtəlifliyi ilə fərqlənərək
biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif
komponentlərin iştirakı ilə gedir.
Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi
dövranlarından (tsikllərindən) kükürdün tsikli insan fəaliyyətilə daha güclü
pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusilə daş kömürün yandırılması
ilə bağlı kükürd oksidinin (SO
2
) atmosferə antropogen təsirinin nəticəsidir.
Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır.
Kükürd mübadilə fondunda əsas rolu xüsusi mikroorqanizmlər oynayır,
onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun
dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır.
Kükürdün dövranının nizamlanmasında qlobal miqyasda geokimyəvi və
meteoroloji proseslər (eroziya, çöküntü əmələgəlmə, yuyulma, yağış,
adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və onun
parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir.
Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin
100
Dostları ilə paylaş: |