lığın inkişafı əvvəllər biosferə təsir göstərməyən antropogen faktor hərəkətə
gəldi.
Təbii resurslardan istifadənin miqyası genişləndikcə, biosferə və onun
komponentlərinə antropogen təsir də güclənir. Hələ 1940-cı illərdə
V.V.Vernadski qeyd etmişdir ki, insanın istehsalat fəaliyyəti geoloji dəyişiklik
ilə müqayisə edilə bilən miqyas almışdır. Belə ki, meşələrin məhv-
edilməsinə, xam torpaqların şumlanmasına, torpağın eroziyası və
şoranlaşmasına, bioloji müxtəlifliyin azalmasına təsir göstərən yeni mexaniki
və fiziki-kimyəvi faktorlar da əlavə olunub ekoloji riski dərinləşdirdi.
Müxtəlif məlumatlara əsasən insan qurunun 55%-dən çoxunu istismar
edir, çay sularının 13%-ə qədərindən istifadə edir, ildə 18 mln. ha meşə sahəsi
məhv edilir. Dağ-mədən-qazıntı və tikinti işləri, səhralaşma və torpağın
şoranlaşması nəticəsində hər il 50-dən 70 min km- torpaq itirilir, yerin
təkindən hər il 100 mlrd, ton filiz çıxarılır, 7 mlrd, ton şərti yanacaq yandırılır,
800 mln. ton müxtəlif metallar əridilir, torpağa 500 mln. ton mineral gübrələr
verilir, bitki mühafizəsi işində 4 mln. ton kimyəvi vasitələrdən istifadə olunur,
onların üçdə biri səth suları ilə su hövzələrinə axır və atmosfer tərəfindən
saxlanılır. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə müxtəlif istehsal
və məişət məqsədilə 500 minə qədər kimyəvi birləşmələrdən istifadə olunur,
onlardan 40 mini insan üçün zərərli xassələrə malikdir, 12 mini zəhərlidir.
Biosferə təsir əsas dörd formada olur:
—
yer səthinin strukturunun dəyişməsi (bozqırların şumlanması,
meşələrin məhv edilməsi (qırılması), meliorasiya, süni göl və dəniz yaratmaq
vəs.);
—
biosferin tərkibinin, onu təşkil edən maddələrin dövranının və
balansının dəyişməsi (faydalı qazıntıların çıxarılması, filizin yararsız
laylarının (tullantıların) əmələ gəlməsi, atmosferə və su obyektlərinə müxtəlif
maddələrin atılması, su dövriyyəsinin dəyişməsi);
—
Yer kürəsinin ayrı-ayrı rayonlarında bütün planet üçün təhlükəli olan
energetik, qismən istilik balansının dəyişməsi;
—
bəzi növlərin məhv edilməsi, yem heyvan cinslərinin və bitki sortla-
rının yaradılması, onların yeni məskunlaşma yerində yerdəyişməsi nəticəsində
biotada (canlı orqanizmlərin vəhdəti) baş verən dəyişiklik.
Bosferin təkamülündə insanın rolunu təhlil edərək, V.L.Lapin,
A.Q.Martinsen və V.M.Popov (1996) biosferin təbii quruluşunun əsas
prinsiplərinin insan tərəfindən pozulmasını aşağıdakı kimi izah edirlər:
1.
Enerjini mürəkkəb üzvi birləşmələr şəklində akkumulyasiya edərək
(toplayaraq) və onu istilik halında yayaraq, təbiət təkamül inkişafında
toplanmış istilik balansı yaratmışdır, bu balans insan tərəfindən pozu
105
lur. Enerji resurslarını çıxardıqda insan tərorındən torpaq dağıdılır, bitki
örtüyü deqradasiyaya uğrayır və ya məhv edilir, su obyektləri və atmosfer
çirklənir, süxur layları formalaşır, bu, qismən qrunt sularının səthə qalxmasına
və ətraf sahələrdə gölməçələrin, bataqlıqların yaranmasına və s. səbəb olur.
2.
Təbii dövranlarda iştirak edən biogen elementlərin biogeokimyəvi
tsiklləri təkamül prosesində müəyyən vaxt ərzində yaranaraq tullantılar əmələ
gətirmir. Lakin insan planetin maddələrindən olduqca effektsiz istifadə edir,
bu zaman çox böyük miqdarda tullantılar yaranır, onlar təbii mühitdə aktiv
toksiki formada olur. Təsərrüfat fəaliyyəti sferinə praktiki olaraq bütün
kimyəvi elementlər, həmçinin insan tərəfindən sintez olunan birləşmələr cəlb
olunmuşdur. Bunun nəticəsində biosfer ona xas olmayan birləşmələrlə
«zənginləşir», yəni kimyəvi elementlərin və maddələrin nisbəti pozulur. 6.1
saylı şəkildə təbiətdə və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar maddələrin
dövranının müqayisəli qiymətləndirilməsinin sadə- ləşdirilrhiş sxemi
verilmişdir. Sxemin təhlili göstərir ki, təbiətdə biosferin maddələri olduqca
qənaətlə istifadə edilir. İnsan isə təbii dövranları, əksinə, dəqiqliklə «tədqiq
edir» - «surətini «çıxarır» . Dövranlarda ilkin xammalın yalınz 1 ...2%-i
istifadə edilir, qalanı - 98-99%-i tullantıya gedir.
3.
Növlərin çox böyük müxtəlifliyində onlar arasında rəqabət və yır-
tıcılıq əlaqələri bioloji tarazlıq yaradır. İstənilən növün məhv edilməsi nəinki
genefondun birdəfəlik itməsinə səbəb olur, hətta ayrı-ayrı ekosistemin və
olduqca böyük və mürəkkəb ekosistem hesab olunan biosferin bütövlükdə
davamlığının azalmasına səbəb olur. Təəssüf ki, bəşəriyyətin yolunca bir sıra
flora və fauna nümayəndələrinin sıradan çıxması qeyd olunmuşdur. Bəzi
məlumatlara görə hər il bir bioloji növ məhv edilir.
4.
İnsan fəaliyyəti populyasiya sabitliyinin pozulmasına gətirib
çıxarmışdır. İnsanı müşayiət edən növlərin (siçovul, tarakan və s.) miqdarı
artır, əksinə bir sıra növlər fəlakətli miqdarda azalır və yox olmaq qarşısında
qalır.
5.
İnsanlar təsərrüfat fəaliyyətini genişləndirərək qısa bir zamanda
ekoloji faktorların parametrlərini dəyişir; Bir sıra növlər belə tez baş verən
dəyişikliklərə uyğunlaşmağa macal tapmır. İnsanın təsərrüfat fəaliyyəti böyük
miqyas aldığından biosferin aşağıdakı bütün əsas prinsipləri - enerji balansı,
yaranan maddələr dövranı, növ müxtəliflikləri və bioloji qruplaşmalar,
populyasiya stabilliyi və canlı orqanizmlərin məskunlaşdığı mühitə
uyğunlaşması pozulur.
106