r
is
CD
V.
Şokil 6.13. İnsanın biosferə müdaxilə növləri (məlumat lüğəti. «Ətraf
mühit». 1993)
6.4.2.
Biotexnosfcr
İnsan fəaliyyəti prosesi bir tərəfdən elə bil ki, biosferin sərhədini Yer
qabığı və okeanın dərinliyinə və yüksəkliyə - stratosferə və kosmosa doğru
genişləndirmişdir. Digər tərəfdən isə biosferin aktivliyinin və canlı maddənin
kütləsinin azalması müşahidə edilr. İnsanın təsiri altında Yer səthində ilkin
biosfer sərhədində təbiətin yeni vəziyyəti formalaşmışdır. Bu vəziyyəti
Q.F.Xilmi biotexno.sfer adlandırmışdır. Biotexnosfcr (tex- nosfer,
texnobiosfer) planetin bir sahəsi olub, burada canlı maddə və insan tərəfindən
yaradılan urbanizasiya - texniki obyektlər mövcuddur, onların qarşılıqlı təsiri
və ətraf mühitə tvəsiri təzahür olunur. Biosferdən fərqli olaraq biotexn'osfer
özünü idarə edən təşkili sistem olmayıb, insan tərəfindən idarə edilən bir çox
yarımsistemin mürəkkəb konqlomeratı,
109
yoni nizamsız yığımıdır (birləşməsidir). Bu yarımsistemlər akkumulya- siya
etmir, lakin atmosferin biokütləsini, enerjisini və oksigenini sərf edir.
Texnosferin bir sıra yarımsistemlərinin və sistemlərinin yaranması biosferi
mürəkkəbləşdirmişdir (çətinləşdirmişdir). V.A.Kovdaya görə olduqca böyük
ərazidə (qurunun 25...30%-i) təbii ekosistemlər tamamilə texnogen sistemlərlə
əvəz olunmuşdur.
Biotexnosfer və onu təşkil edən texnogen yarımsistemlər biosferdə
yerləşir. Lakin onlar təbii ekosistemlərə xas olan əksər xassə və funksiyalara
malik deyil.
Texnogen funksional törəmələr heterotrof ekosistem kimi, yalnız
biosferin avtotrof sistemləri tərəfindən toplanan enerji və biokütləsindən
istifadə edərək mövcud ola bilər. Məhz bu səbəbdən də, texnogen sistemlər
biosferin avtotrof ekosistemlərini dağıdaraq məkanda ona qarışır.
Biotexnosferin fəaliyyəti prosesində ilkin biosferdə mövcud olan tsikllərin
qırılması (əlaqələrinin kəsilməsi) müşahidə edilə bilər, bu, hər şeydən öncə
bəzi biotik mənşəli maddələrin ətraf mühitdən çıxaraq təbii biotik dövran
şəklində yararlı halda təbiətə qayıtmaması kimi təzahür edilir.
Bununla belə, canlı maddələrin təbii mühitin daima özünü bərpa etmək
üçün lazım olan maddələrlə getdikcə artan kasatlaşmasına təkan verir.
Biosferin canlı maddəsi ekoloji özünütəminetmə xassələrinə malikdir;
biosferin canlı maddəsi və onun tərəfindən dəyişilən mühit qarşılıqlı
uyğunlaşmaları ilə xarakterizə olunur, bu isə biotexnosferin komponentlərində
yoxdur.
Bəşəriyyət durduqca biotexnosfer inkişaf edəcəkdir. Lakin bir şey
dəyişməz qalmalıdır - bütün inkişaf mərhələlərində biotexnosfer təbiətin
qanunlarına uyğun olaraq və bəşəri cəmiyyətin ehtiyacını təmin edən ekoloji
özünütəminetmə vəziyyətində olmalıdır. Bu zaman cəmiyyət təbiət
qüvvələrinə qarşı məqsədyönlü və düşüncəli (səmərəli) təsir göstərməlidir.
Maddələrin təbii dövranı və enerji axını haqqında müasir fikirlər konteksində
günəş enerjisinin udulmasında və dəyişilməsində insanın həyat fəaliyyətinin
rolu haqqında S.A.Podolinski, .Engelsin ideyalarını
A.
İ.İqnatov və S.İ.İsayev («Dialektika jivoy prirodı», 1984) ictimai
istehsalın əsas funksiyaları adlandırmış və bu, texnosferdə həyata keçirilir.
1.
İnsan tərəfindən bitki becərilir, seleksiya və aqronomik vasitələrlə
onun günəş enerjisini toplamaq qabiliyyətini yüksəldir, fitosenozun
məhsuldarlığını artırır, bəhrəsiz torpaqları mənimsəyir və beləliklə, biotik
dövranın birinci həlqəsində avtotrof funksiyasını yerinə yetirir.
2.
Torpağı becərərək (üzvi maddələrin parçalanmasını aktivləşdirir),
bitkiçilik məhsullarını hazırlayaraq (işləyərək), məişət və təsərrüfat tul-
110
lantılanndan istifadə edərək (utilləşdirərək), insan üzvi maddələrin dest-
rııktııru (parçalama) rolunu oynayır.
3.
Dağ-mədən və kimya sənayesi vasitəsilə torpağı «becərən» insan
fıziki-kimyəvi və bioloji aşınma funksiyasını öz üzərinə götürür.
4.
Daş kömür, neft, şistlər, torf, ağac,həmçinin su və havanın enerjiyə
çevrilmiş «konservləşdirilmiş» təsərrüfata cəlb edilən günəş enerjisinin həcmi
artır; atom enerjisindən istifadə olunur. Bu, insanın təbii dövranın həyata
keçirilməsində yalnız kosfnik deyil, hətta substrat- energetik rolundan
danışmağa imkan yaradır.
Biosferin təbii-resurs potensialının mənimsənilməsi, tədricən güclənməsi
prosesi qanunauyğun və qaçılmazdır. Lakin elmi-texniki tərəqqinin nailiyyəti
ziddiyyətli xarakter daşıyır. İkitərəflilik ondan irəli gəlir ki, təbiət
qüvvələrindən istifadə imkanları genişlənir, lakin bununla bərabər, biosferə və
biosfer proseslərinə mənfi təsir artır. Antropogen təzyiq nəticəsində baş
verəcək mümkün biosfer dəyişikliyi şəraitində insan populyasiyasının qalması
və digər canlı orqanizmlərin növləri kimi itməməsi üçün bəşəriyyət özünə yeni
ekoloji sığınacaq («nişa») formalaşdırmalıdır. Biosfer hadisələrinin idarə
edilməsində üç mərhələ olmalıdır: idarəetmə məqsədinin formalaşması,
idarəetmə məqsədinə nail olunması proqramının formalaşması, təsadüfi və
görünməyən xarici təsirlərin baş verməsinin qarşısını alan əks əlaqə
mexanizminin yaradılması. Bəşəriyyətin bu yeni ekoloji sığınacağı (məskəni)
necə görünür?
6.5.
NOOSFER HAQQINDA TƏLİM
Bu bölmə N. M. Məmmədov və İ.T.Suraveginanın «Ekologiya» (tərcümə
edənlər: Q.Ş.Məmmədov, M.Ş.Babayev) kitabından götürülmüşdür.
Noosfer termini (yun. noos - şüur, sphaera - kürə) fransız təbiətşünası
E.Lerua tərəfindən 1920-ci illərdə təklif edilmişdir. E.Leruanın fikrincə,
noosfer biosferin insanın təsiri altında yeni təkamül halına keçmə prosesini
səciyyələndirir.
E.Leruanın yaradıcılığına V.İ.Vernadskinin 1925-ci ildə fransız dilində
nəşr edilmiş «Bəşəriyyətin avtotrofluğu» əsəri təsir göstərmişdir. Əsərdə
biosferin dəyişdirilməsində insanın xüsusi rolu, onun keyfiyyətcə yeni hala
keçməsinə diqqət yetirilir. Böyük alim yazmışdır: «Biosferdə böyük geoloji,
bəlkə də kosmik qüvvə mövcuddur. Bu qüvvənin planetar təsirinə adətən
diqqət yetirilmir. Bu qüvvə insanın şüuru, onun təşkil olunmuş ifadəsidir».
Noosfer haqqında konsepsiya başqa fransız alimi və filosofu
P.Teyyar da Şardenin «İnsan fenomeni» əsərində öz inkişafını tapmışdır. O,
bizim planetin inkişafında ardıcıl olaraq bir-birini əvəz edən
111