cisidifıkasiyası, stratosfer və troposferdə ozonun vəziyyəti, iqlimin dəyişməsi
kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara ciddi təsir göstərir.
6.3.5.
Fosforun dövranı
Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün ən
mühüm kimyəvi elementlərdən biri sayılır.
Fosforun əsas rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və
su hövzələrində gətirmələrin çöküntüləridir. Fosforun qazşəkilli formaları
praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Litosferdə
fosforun əksər hissəsi kristal süxurlar olub apatitlə- rin tərkibində olur. (95%)
İlk dəfə olaraq quruda fosforun demək olar ki, hamısı apatitlərin aşınması
nəticəsində əmələ gəlmişdir. Çökmə çöküntülər törəmə xarakter
daşıyıb-fosforitlərdən ibarətdir və bütün dünyanın fosfor ehtiyatının 80%-i
qədərdir. Torpaq və bitki örtüyündə karbon və fosforun konsentrasiyasmın
orta nisbəti: C:P-750:l-ə bərabərdir.fosforun biokimyası digər biogen
elementlərdən (karbon, oksigen, azot, kükürd) fərqlənir, bu onun qaz
formasında olmamasilə əlaqədardır. Bu, fosforun yamac boyu ağırlıq
qüvvəsinin təsirilə bir istiqamətdə axınına imkan yaradır.
101
Beləliklə, bu elementin çaylarla göl, su anbarları və dənizlərə axını baş
verərək orada toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu isə quru
ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla kasad- laşmasma
və bununla əlaqədar onların bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb
olur.
Yer qabığında fosforun miqdarı 0,093% təşkil edir. Bu, azotun
miqdarından bir neçə dəfə çoxdur, lakin azotdan fərqli olaraq fosfor Yer
qabığının əsas elementi sayılmır, lakin onun geokimyəvi tsiklinə Yer
qabığından çox müxtəlif miqrasiya yolları, hidrosferdə intensiv bioloji dövranı
və miqrasiyası daxil olur. Fosfor əsas orqanogen element sayılır.
Antropogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi, fosfor
gübrələrinin yuyulub aparılması, çirkab sularının axıdılması dünyada fosfor
axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtro- fıkasiyasmın
güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln.
tona yaxındır.
Onun üzvi birləşmələri bütün bitki və heyvanların həyat fəaliyyətində
mühüm rol oynayır, nuklein turşularının, mürəkkəb zülalların, fosfo- lipidlərin
membranmm (pərdəsinin) tərkibinə daxil olur, bioenerji proseslərinin əsasını
təşkil edir. Fosfor canlı maddələrdə toplanır, burada onun miqdarı Yer
qabığından
təxminən
10
dəfə
çoxdur.
Qurunun
səthində
«torpaq-bitki-heyvan-torpaq» sistemində fosforun intensiv dövranı gedir.
Fosforun mineral birləşmələri çətin həll olur və onun tərkibindəki fosfor
elementi bitkilər tərəfindən.demək olar ki, mənimsənilə bilmir; bitkilər
əksərən üzvi qalıqların parçalanması zamanı əmələ gələn fosforun asan həll
olunan formalarından istifadə edir. Fosforun dövranı «Quru-Dünya okeanı»
sistemində gedir.
Onun əsasını çay axınları ilə fosfatların aparılması, onların kalsium- la
qarşılıqlı təsiri, fosforitlərin əmələ gəlməsi, vaxtı gələndə yataqlarının səthə
çıxması və yenidən miqrasiya proseslərinə daxil olması təşkil edir.
6.3.6.
Kaliumun dövranı
Bu elementin geokimyəvi tsiklinə ilk növbədə Yer qabığında baş verən
müxtəlif proseslər daxildir, silikatların aşınması və kristall-kimyəvi
çevrilməsində kaliumun ionları ayrılır və dərhal bitkilər tərəfindən udularaq
bioloji dövrana başlayır. Məlum olduğu kimi, kalium fotosintez prosesində
iştirak edir, karbon, azot və fosforun mübadiləsinə təsir göstərərək,
hüceyrələrin osmotik xassələrində özünü göstərir. O, bitkinin meyvə və
toxumlarında və intensiv inkişaf edən toxumaları və orqanlarında toplanır.
Kaliumun biogen miqrasiyası olduqca böyükdür, belə ki, o, canlı
orqanizmlərdə ion formasında olur və praktiki olaraq üzvi maddələrlə
birləşmələr əmələ gətirmir. Orqanizmlər məhv olduqda kalium tez mühitə
103
keçir və yenidən qurunun canlı maddələri ilə dövrana daxil olur.
Su mühitində kaliumun dövranı hələlik az öyrənilmişdir. Hər il su
axınları ilə Dünya okeanına 90 mln. tona qədər kalium daxil olur.
Hərəkətedici qüvvəsi canlı maddələrin həyat fəaliyyəti olan yuxarıda
müzakirəsi gedən kimyəvi elementlərin dövranı Yer qabığının kilometrlərlə
qatını əhatə edir. Dövranın mühüm tərkib hissəsini ion və sülb axınları təşkil
edir. Kimyəvi elementlərin dövranı bir qayda olaraq, bir-birilə yanaşı olan Yer
örtüyündə (atmosfer və hidrosfer, hidrosfer və pedosfer), yaxud da eyni
zamanda hər üç geosferdə gedir.
Kimyəvi elementlər həll olmuş (maye) halında möhtəşəm planetar proses
hesab edilir. Dünyanın bütün çayları il ərzində dəniz və okeanlara 37 min
km"^ və ya 37-10'^ litr su axıdır. İl ərzində çaylar bütün quru ərazisindən 4,4
mlrd, ton həll olan birləşmələr aparır.
Çay suları hər il 481 mln.ton kalsium, 166 mln. ton natrium, 55 mln. ton
kalium; 236 mln. ton xlor, 444 mln. ton sulfat ionu, 37 mln. ton nitrat ionu
aparır. Miqrasiya edən silisium kütləsi olduqca böyük olub 212 mln. ton təşkil
edir. Metallar da böyük miqdarda miqrasiya edir. Xüsusilə, çox miqdarda
dəmir (ildə 20 mln. tondan artıq) aparılır. İl ərzində çaylar tərəfindən sink-740
min ton, mis - 260 min ton, nikel - 74 min ton, qurğuşun 37 min ton aparılır.
Hər kvadrat kilometrdən ildə 32 ton həll olan maddə aparılır.
Yer səthindən Dünya okeanına çoxlu miqdarda sülb (bərk) maddələr də
hərəkət edir. İl ərzində kontinentlərdən dəniz və okeanlara daxil olan qırıntı və
gil materialları 22,13 mlrd, ton olub, həll olan materialların miqdarından
təxminən 7 dəfə artıq təşkil edir (V.V.Dobrovolski, 1980).
Antropogen amillərin, qismən insanın aktiv aqrokimyəvi fəaliyyəti ilə
əlaqədar kimyəvi elementlərin miqrasiyası getdikcə artır. Belə ki, yalnız taxıl
bitkilərinin becərilməsi nəticəsində insanlar süni miqrasiyaya 48 mln. tondan
artıq azot, 36 mln. ton kalium, 36 mln.ton fosfor daxil edir.
Canlı maddələrin, hər şeydən əvvəl yaşıl bitkilərin geokimyəvi fəaliyyəti
nəticəsində fotosintez prosesi həyata keçirilərək. Yerin bütün simasını
dəyişdirir.
6.4.
BİOTEXNOLOGİYA VƏ NOOSFER
6.4.1.
İnsanın biosferə təsiri
Giləmeyvə və s. yığımından ovçuluğa, daha sonra isə əkinçiliyə və
heyvandarlığa keçilməsi aqrar inqilabın başlanğıcı olub, heyvan, su və od
enerjisindən istifadə olunması nəticəsində təbii mühitdə dərin dəyişikliklərin
baş verməsinə səbəb oldu. Meşə və bozqır təbii ekosistemləri aqroeko-
sistemlərə çevrilməyə başladı. Əkinçiliyin (suvarma və dəmyə) və maldar
104