Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə47/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   43   44   45   46   47   48   49   50   ...   216



 

yeni  fundamental  və  tətbiqi  biliklər  əsasında  kənd  təsərrüfatında 

intensivləşdirilən proseslərin biologiyalaşdırılması və ekologiyalaşdırıl- ması; 



 

təbii,  bioloji,  texnoloji,  əmək  və  digər  resurslardan  fərqli  istifadə, 

həmçinin  yerli  şəraitə  uyğun  aqronomik  üsullar  və  təkmilləşdirilmiş 

texnologiya hazırlamaq; 





 

becərilən  sortlarm  və  bitkilərin  növ  və  gen  müxtəlifliklərinin 

artırılması  əsasında  yüksək  məhsuldar,  ekoloji  davamlı  və  estetik  dəyərli 

aqrosistemlər və aqrolandşaftlarm yaradılması; biosenotik özününizam- layan 

yeni  mexanizm  və  strukturun  saxlanması  və  yaradılması,  biogeo-  kimyəvi 

tsikllərin qapalılıq dərəcəsinin gücləndirilməsi; 





 

becərilən  bitkilərin  fotosintez  prosesində  ətraf  mühit  resurslarından 

yüksək effektlə istifadə qabiliyyətinin artırılması; 



 

canlı orqanizmlərin inkişafının və formalaşma səviyyəsinin müxtəlif 

mərhələlərində  (subhüceyrədən  başlamış  orqanizmə,  biosenoza  və  hətta 

biosfer  mərhələsinə  qədər)  adaptasiya  reaksiyalarının  idarə  olunması  üzrə 

tədqiqatların genişləndirilməsi



 

becərilən  bitki  növ  və  sortlarınm,  aqroekosisteminin  və  landşaftın 

məhsuldarlığının və mühityaradıcı rolunun artırılması. 

Yuxarıda göstərilənlərə əsaslanaraq, kənd təsərrüfatı istehsalı prosesində 

təbiətin və insan cəmiyyətinin balanslaşdırılmış inkişafını təmin etmək olar. 

119 



VII

 

FƏSİL 



KƏND TƏSƏRRÜFATI İSTEHSALININ 

TƏBİİ-RESURS POTENSİALI VƏ ƏRZAQ PROBLEMİ 

7.1.

 

TƏBİİ RESURSLAR 



Resurs  dedikdə  öz  ehtiyacını  və  arzularını  təmin  etmək  üçün  insanın 

təbii  mühitdən  əldə  etdikləri  hər  bir  şey  nəzərdə  tutulur.  İnsanın  tələbatını 



maddi və mənəvi tələbata bölmək olar. Təbii resurslardan istifadə etdikdə o, 

müəyyən  qədər  insanın  mənəvi  tələbatını  da  ödəyir.  Məsələn,  estetik 

(«təbiətin  gözəlləyi»),  rekreasiya  və  s.  Lakin  onun  əsas  təyinatı,  məqsədi  - 

insanın maddi tələbatını ödəməkdir, yəni maddi nemətlər yaratmaqdır. 

Beləliklə, təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr olub, insan 

onlardan maddi nemət kimi istifadə edir. Bu isə bəşəriyyətin mövcudluğunu 

saxlamaqla yanaşı, həm də tədricən həyatın keyfiyyətinin yüksəlməsini təmin 

edir. 


İnsan  tərəfindən  istifadə  edilən  təbii  resurslar  olduqca  müxtəlif  olub, 

onların təyinatı, mənşəyi, istifadə üsulları müxtəlifdir. Bu isə onları müəyyən 

istiqamətdə  sistemləşdirməyi  tələb  edir.  Təbii  resursları  təsni-  fatlaşdırmaq 

üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar aşağıdakılardır. Mənşəyinə görə 

təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür. 

Bioloji  resurslar  -  bura  biosferin  bütün  canlı  mühitəmələgətirən 

komponentləri  (produsentlər,  konsumentlər  və  redusentlər  və  onlarla  bağlı 

genetik resurslar) daxildir (Peymers, 1990). Onlar insanların maddi və mənəvi 

nemətlərinin mənbəyi sayılır. Bura mədəni bitkilər, ev heyvanları, mənzərəli 

landşaftlar, mikroorqanizmlər, bitki resursları, heyvanat aləmi resursları və s. 

aiddir. Genetik resurslar xüsusi əhəmiyyət kəsb edir. 



Mineral resurslar - Bura litosferi təşkil edən istifadə üçün yararlı bütün 

maddələr daxildir. Onlar təsərrüfatda mineral  xammal,  yaxud  yanacaq kimi 

istifadə olunur. Mineral xammal filiz halında olub ondan metal alınır və qeyri 

filiz halında olub, ondan qeyri metal komponentlər (fosfor və b.) əldə edilir, 

yaxud da tikinti materialı kimi istifadə olunur. 

Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şist- lər, 

torf, oduncaq, atom enerjisi) istifadə edilməklə yanaşı, buxar və elektrik əldə 

etmək  üçün  mühərriklərdə  enerji  mənbəyi  rolunu  oynayırsa,  onlar 

yanacaq-energetik resurslar adlanır. 

Energetik  resurslar.  Günəş  və  kosmos,  atom-energetikasj,  yanacaq- 

energetikası, termal və digər enerji mənbələrinin məcmusu energetik re 



120 


surslar adlanır. 

İstehsalatda  istifadə  olunmasına  görə  təbii  resursları  aşağıdakı 

təsnifata ayırırlar: 





 

Torpaq  fondu.  Hər  hansı  bir  ölkə,  rayon,  yaxud  bütün  dünya 

ərazilərindəki torpaqlar öz təyinatına görə aşağıdakı qruplara daxil olur: kənd 

təsərrüfatı,  yaşayış  məntəqələri,  qeyri  kənd  təsərrüfatı  təyinatlı  (sənaye, 

nəqliyyat,  dağ-mədən  və  b.).  Dünyanın  torpaq  fondu  -  13,4  milyard  hektar 

təşkil edir. Kənd təsərrüfatı istehsalı resurslarına aid olan təbii elementlər kənd 

təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim resursları - mədəni 

bitkilərin  böyümə  və  inkişafına  lazım  olan  istilik  və  rütubətlik;  b)  torpaq 

resursları. 





 

Bitki örtüyü fondu - Qurunun torpaq fondunun bir hissəsi olub bura 

meşə  fondu  və  otlaqlar  daxildir.  Bu  ərazilərdə  kənd  təsərrüfatı  istehsalı  və 

xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və bunlar bioloji 

resursların bir hissəsi sayılır. 





 

Su resursları - Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən 

yeraltı və yerüstü suların məcmusu (əsas mənbəyi çay sulan hesab edilən şirin 

su resursları xüsusi əhəmiyyət kəsb edir). 



 

Hidroenerji  resursları  -  Çay  suları  və  okeanın  qabarma  -  çəkilmə 

fəaliyyəti və b. 





 

Fauna  resursları  -  Ekoloji  tarazlığı  pozmadan  insan  tərəfindən 

istifadə olunan su, meşə və başqa yerlərdə məskunlaşan heyvanlar. 





 

Faydalı  qazıntılar  (filiz,  qeyri-filiz,  yanacaq-energetik)  - 

Təsərrüfatda istifadə oluna bilən Yer qabığında mineralların təbii toplanması. 

Toplanan faydalı qazıntılar, onların yataqlarını əmələ gətirir, onların ehtiyatı 

sənaye əhəmiyyəti daşımalıdır. 

İnsan  tərəfindən  istifadə  edilmə  vaxtına  görə  təbii  resurslar  real  və 

potensial  resurslara  bölünür.  Real  resurslara  hazırda  insanların  istehsalat 

prosesində istifadə etdiyi resurslar  aiddir.  Bunlara misal  olaraq ilk növbədə 

istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, 

daş kömür, qaz, elektrik enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar 

özünün  ilk  inkişaf  dövründə  torpaq,  bitki  və  heyvanat,  aləmindən  primitiv 

istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan, quş, balıq, 

ovlamış, meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz 

istehsal  etmiş,  yaxın  zamanlarda  isə  atom  enerjisindən  istifadə  etməyə 

başlamışdır. 

Potensial  təbii  resurslar  isə  müəyyən  səbəblərdən  insan  tərəfindən 

(əsasən  texniki  səbəbdən)  ya  istifadə  edilmir,  yaxud  da  kifayət  dərəcədə 

istifadə  olunmur.  Bura  Günəş  enerjisi  şüaları,  dəniz  qabarma  -  çəkilmələri, 

külək  və  b.  aiddir.  Bura  insan  tərəfindən  mənimsənilə  bilməyən  planetləri, 

məsələn, Ay planetini də aid etmək olar. 

121 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə