Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə55/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   51   52   53   54   55   56   57   58   ...   216

qədər olmayan), 1500-1000 kkal - böhranlı. 

Sutka ərzində orta hesabla 1000 kkal-dan az enerji istifadə edən insanlar 

35..60 il, 1500...2000 kkal qəbul edənlər isə 75...80 il yaşayır. 

90%  qida  kaloriliyini  təmin  edən  əsas  məhsul  qrupuna  süd,  ət.  çörək 

məmulatları, həmçinin kartof, yağlar, şəkər daxildir. Həmişəki kimi ən kəskin 

problem zülalın defısitliyi hesab olunur. Tibbə əsaslanmış zülaldan istifadənin 

sutkalıq  norması  100  q,  optimal  illik  norma  -  35  kq,  o  cümlədən  heyvan 

mənşəli zülal 21 kq olmalıdır. 

Ərzaq  problemi  üzrə  yüksək  səviyyədə  Beynəlxalq  görüşdə  (Roma, 

1996) qeyd edilir ki, dünyada müntəzəm olaraq, əsasən inkişaf etməkdə olan 

ölkələrdə , 800 mln. adam doyunca qidalanmır. Həmin görüşdə qismən qeyd 

edilir  ki,  dünyanın  əksəriyyət  ölkələrində  hava,  iqlim,  su  resursları  və 

aqronomluq  haqqında  müasir  elmi  biliklərin  səviyyəsi  ərzaq  təhlükəsizlik 

problemini xeyli dərəcədə həll etməyə imkan yaradır. 

Yer kürəsi əhalisinin 20%-ni təşkil edən (1,2 mlrd, adam) əkin sahələri 

dünya əkin sahəsinin yalnız 7%-ni təşkil edən Çində insanların ərzaq problemi 

davamlı  surətdə  həll  edilir.  Buğdanın  ümumi  istehsalı  üzrə  Çin  dünyada 

birinci yerə çıxmışdır (ildə 100 mln. ton). Əlbəttə, aydındır ki, əhalinin ərzaqla 

təmin  edilməsi  yalnız  kənd  təsərrüfatı  problemi  olmayıb  daha  çox  ticarət 

siyasətidir. 



7.6.

 

KADASTRLAR 

Təbii-resurs  potensialının  mənimsənilməsi,  təbii  resurslardan  səmərəli 

istifadənin  elmə  əsaslanaraq  aparılması  üçün  mövcud  hərtərəfli 

informasiyadan istifadə olunur. Belə informasiyanın mənbəyi kadastrlar hesab 

edilir.  «Kadastr»  fransız  sözü  olub,  lüğəti  mənası  «qeydiyyat»  deməkdir. 

Kadastr - sistemləşdirilmiş məlumat toplusu olub, orada təbii resursların və ya 

hadisələrin  müəyyən  növünün  kəmiyyət  və  keyfiyyətcə  xarakteristikası,  bir 

sıra hallarda iqtisadi və ya sosial-iqtisadi səciyyəsi, insan fəaliyyətinin təsiri 

ilə dəyişilməsinin qiymətləndirilməsi, resurslardan səmərəli istifadə olunması 

və mühafizəsi üzrə tövsiyələr və tədbirlər verilir. 



Torpaq  kadastrı  -  torpaqların  təbii,  təsərrüfat  və  hüquqi  vəziyyəti 

haqqında məlumatlar toplusudur, vahid sistem üzrə aparılır. Bura torpaqdan 

istifadə qeydiyyatı, torpaqların miqdarı və keyfiyyəti, torpağın bonitirovkası 

və  iqtisadi  qiymətləndirilməsi  daxil  edilir.  Təqdim  olunan  məlumatlar 

torpaqların effektli istifadəsi və mühafizəsi, torpaq resurslarının kəmiyyət və 

keyfiyyətcə 

dəyişməsinin 

proqnozlaşdırılması, 

kənd 

təsərrüfatının 



planlaşdırılması, yerləşdirilməsi və ixtisaslaşdırılması, torpağın meliorasiyası 

və digər təsərrüfat məsələlərinin həlli üçün vacibdir. 



140 


Su kadastrı  - ölkənin su resursları haqqında sistemləşdirilmiş məlumat 

toplusudur.  Suyun  kəmiyyət  və  keyfiyyət  göstəriciləri,  istifadəsi  üzrə  uçot 

məlumatları  verilir.  Region  və  hövzələr  üzrə  tərtib  edilir.  Toplanmış 

materiallardan 

sü 

təsərrüfatı 



obyektlərinin 

planlaşdırılması, 

lay- 

ihələşdirilməsi  və  idarə  olunmasında  istifadə  olunur,  su  resurslarının 



dəyişməsinin proqnozlaşdırılması, mühafizəsi işində geniş tətbiq edilir. 

Meşə kadastrı - meşələrin təbii, təsərrüfat və hüquqi vəziyyəti haqqında 

sistemləşdirilmiş  doğru-düzgün  məlumatlar  toplusudur.  Burada  meşə 

fondunun  kəmiyyət  və  keyfiyyət  göstəriciləri,  istifadə  qaydaları  verilir.  Bu 

materiallardan meşədən səmərəli istifadənin planlaşdırılması, təşkili və digər 

təsərrüfat tədbirləərinin yerinə yetirilməsində istifadə olunur, meşə örtüyünün 

dəyişilməsinin  proqnozlaşdırılması  və  meşə  resurslarının  qorunması  və 

bərpası işlərində də geniş tətbiq edilir. 

Sənaye  kadastrı  - bu və ya digər sənaye obyektləri haqqında məlumat 

toplusudur, burada sənayenin kəmiyyət və keyfiyyət xarakteristikası, sənayedə 

yol verilən normalar və s. verilir. Ovçuluq, balıqçılıq və s. kadastrlar da tərtib 

edilir. 


Deteriorasiya  kadastrı  -  insanı  əhatə  edən  təbii  mühitin  tərkibinin  və 

vəziyyətinin  pisləşməsi  haqqında  (atmosferin,  suyun,  torpağın  çirklənmə 

səviyyəsi və mənbələri, pozulmuş torpaqlar və təbiətdə baş verən digər neqativ 

dəyişikliklər) məlumatlar toplusudur. Regionlar üzrə tərtib olunur, Kadastrda 

olan  materiallar,  xüsusilə  təbii  resurslardan  səmərəli  istifadə  olunması  üzrə 

tədbirlərin  hazırlanması,  təbii  mühitə  müdaxilənin  optimallaşdırılması, 

mühüm  təbiəti  mühafizə  tədbirlərinin  və  ətraf  mühitin  keyfiyyətinin 

yaxşılaşdırılması yollarının təyini üçün qiymətli sayılır. 



«Təbii  resursların  kadastrı»  -  məqsədli  elmi-texniki  kompleks  pro- 

qamına  uyğun  olaraq,  təbii  resursların  kompleks  ərazi  kadastrı  (TRKƏK) 

formalaşır.  Belə  kadastra,  ilk  növbədə,  konkret  inzibati  vahidin  təbii  resurs 

potensialı haqqında ərazi-təşkilat bankı, ekoloji vəziyyət haqqında və ikinci, 

təbiətdən istifadə sferində istifadə etmə, məhdudiyyət, resurs haqqı, vergi və s. 

idarə  həllinin  qəbulu  üçün  bu  məlumatların  avtomatlaşdırılmış  müqayisə 

sistemi daxil edilir. TRKƏK-in yerinə yetirdiyi funksiyaya əsaslanaraq, onun 

strukturunu aşağıdakı şərti bloklar şəklində göstərmək olar: 

1.

 

Kəmiyyət və keyfiyyət bloku, burada hər təbii resursun natural maddi 



tərkibi  və  onun  keyfiyyət  qrupuna  uyğun  miqdarı  (kəmiyyəti),  həmçinin 

kontur üzrə resursdan istifadə dinamikası göstərilir. 

2.

 

Hüquqi-ünvan bloku, burada resursların yerləşmə strukturu, statusu və 



sahiblik subyekti, sərəncam və təbii resürsdan (obyektdən) istifadə haqqında 

məlumatlar verilir. 



141 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə