3.
Ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi; burada region
daxilində ekoloji vəziyyətin dinamikası, onun təbii resurslardan istifadə ilə
əlaqəsi, həmçinin müxtəlif təbii resursların vəziyyətinin keyfiyyət və
kəmiyyət parametrləri göstərilir.
4.
İqtisadi qiymətləndirmə bloku, istehsalat fəaliyyəti sistemində
resursun yerini və rolunu əks etdirir və təbii resurslardan istifadənin təyini
üçün əsas (baza) hesab olunur.
5.
Ərazinin təbii-resurs potensialının sosial-iqtisadi qiymətləndirilməsi
bloku (təbii-resurs potensialından istifadə variantının seçilməsi və seçilmiş
variantdan asılı olaraq iqtisadi vəziyyətin inkişaf ssenarisinin formalaşması
meyarları ilə).
Təbii resursların kompleks ərazi kadastrlarının idarə olunması kompüter
əsasında həyata keçirilir. Kadastr işlərinin ərazi istiqaməti (oriyentasiyası)
geniş həcmdə aerokosmik və kartoqrafik məlumatlarla əlaqəlidir.Hazırlanan
kadastr
informasiyanın
geoinformatik
texnologiyanın
tələblərinə
uyğunlaşdırılması da vacib məsələ sayılır.
7.6.1.
Azərbaycanın torpaq kadastrının ekoloji xüsusiyyətləri
Azərbaycanın torpaq ehtiyatları müxtəlif gipsometrik ölçülü, çox vaxt
kəsişən, parçalanan relyefi və çox dik yamacları olan ərazilərdən təşkil
olunmuşdur; bu ərazinin 50%-dən çoxu dağların payına düşür. Bütün bunlar
onlardan səmərəli istifadəyə, eləcə də kənd təsərrüfatı istehsalının
intensivləşdirilməsinə təsir göstərir.
Azərbaycanda torpaq kadastrı aparılmasının vacibliyi relyefin, iqlimin,
torpaq örtüyünün rəngarəngliyi, torpaq fondunun yüksək kənd təsərrüfatı
mənimsənilməsi, onun əhali üçün böyük əhəmiyyəti, kənd təsərrüfatının
inkişaf etmiş ixtisaslaşması, onun səviyyəsinin yüksəldilməsi perspektivi və
zərurəti ilə müəyyən edilir.
Azərbaycanda torpaq kadastrı ilə bağlı işlər 1961-ci ildən aparılır. Bu
işlər torpaqların irimiqyaslı xəritələşdirilməsi üçün materialların axtarışı və
ümumiləşdirilməsindən başlanmışdır. Bu isə ayrılmış xüsusi kadastr
rayonlarında kadastr işlərinin aparılmasının əsasını qoymuşdur. Bu vacib
tədbirin keçirilməsi üçün torpaq fondunun keyfiyyətcə qiymətləndirilməsi
prinsiplərinin daha da təkmilləşdirilməsi və dərinləşdirilməsi tələb olunurdu.
Azərbaycan şəraitində həmin prinsiplər V.R. Volobuyev və başqa alimlər
tərəfindən əsaslandırılmışdır.
Azərbaycanda torpaqların kadastrı üzrə işlərdə çıxış vəziyyəti - bitkilərin
tələblərinin, kənd təsərrüfatının regional ixtisaslaşmasının nəzərə alınması ilə,
torpaq növlərinin qruplarda - aqroekoloji baxımdan kifayət qədər eyni
keyfiyyətli dərəcələrdə birləşdirilməsi ilə başa çatan hərtərəfli
qiymətləndirilməsi olmalıdır. Torpaqların bonitirovkası, yəni onla-
144
nn nisbi dəyərinin müəyyən edilməsi artıq formalaşmış aqroekoloji torpaq
qruplarından (torpaq dərəcələrindən) istifadə yolu ilə aparılmalıdır.
Torpaqların ümumi xassələrinin dərin və hərtərəfli aqroekoloji xarakteristikası
- onların aqronomik, istehsal baxımından düzgün qiymətləndirilməsinin zəruri
əsasıdır. V.R. Volobuyevin (1961) qeyd etdiyi kimi, yer ərazilərinin ürnumi
torpaq tədqiqatları proqramı aqroekoloji tədqiqatlarla əsaslı surətdə
tamamlanmalıdır.
Azərbaycan torpaqlarının ilk, daha iri bölünməsi kimi zonal bölgü xidmət
edir. Çünki zonal torpaq-iqlim şəraiti kənd təsərrüfatı ixtisaslaşmasının, eləcə
də meşə təsərrüfatının əsas elementlərini müəyyən edil*.
Torpaqların zonadaXili təbii-kənd təsərrüfatı (kadastr) rayonlarına
bölünməsi və onların bonitirovkası torpaq xassələrinin və bitkilərin bu və ya
başqa xassəyə reaksiyasının daha ətrallı öyrənilməsinə söykənməlidir. Torpaq
proseslərini idarə etmək və ya aqrotexniki üsulların və meliorasiyanın köməyi
ilə torpaqların bu və ya başqa xassələrinin dəyişdirilməsi imkanlarını da
bilmək zəruridir. İzahat üçün deyək ki, eyni bir torpaq müxtəlif bitkilər üçün
müxtəlif qiymətə malikdir.
Öz dövründə B.T.Nəzirova (1982) torpaq-kadastr rayonlaşdırılması
xəritəsini tərtib etmişdir. Burada respublika 13 rayona bölünmüşdür.
Respublika torpaqlarının bonitet ballarının toplam şkalalarmdan (cədvəl
7.8) çıxış edərək, ixtisaslaşmanı (aqrosenozlarm tələbatı) və aqroekoloji şəraiti
nəzərə alaraq Q.Ş. Məmmədov (1989, 1998, 2000) tərəfindən hər bir kadastr
rayonu üçün torpaqların bonitet balları şkalası və ayrı-ayrı torpaq-kadastr
rayonları üzrə torpaqların nisbi dəyərlilik əmsalları tərtib edilmişdir (cədvəl
7.9).
Cədvəl 7.8
Azərbaycan torpaqlarının bonitet ballarının ümumi şkalası
№ Torpaqların adı
Bonitet bal-
lari
Sahəsi
ha
%
1
2
3
4
5
1
İbtidai dağ-çəmən
20
150980
1,75
9
Qalıq karbonatlı dağ-çəmən
70
24300
0,28
3
Torflu dağ-çəmən
95
27370
0.32
4
Çimli dağ çəmən
89
218440
2,53ı
5
Qaratorpağabənzər dağ-
çəmən
90
63570
0,74
6
Dağ-çəmən bozqır
86
54920
0,64
7
Dağ meşə-çəmən
72
74640
0,86
8
Tipik qonur dağ-meşə
87
37720
0,44
145