Planetin torpaq resursları insanlar arasında bərabər bölünərsə,
adambaşına 3 ha torpaq sahəsi düşərdi və dünya üzrə bütün taxıl bitkilərinin
ümumi yığımı (miqdarı) insanın qidaya olan bioloji tələbatını tam təmin
edərdi (cədvəl 7.7).
Cədvəl 7.7
Taxıl bitkilərinin istehsalı (Brown, at. al., 1994)
Region
lar
1950 1955 1960 1965 1970 1975 1980 1985 1990
Dünya
1.06
1.08
1.28
1.34
1.58
1.77
1.96
2.19
2.40
631
759
847
878
1055 1218 1408 1570 1665
keç.
0.79
0.84
1.09
0.95
1.56
1.09
1.39
L5İ
1.99
SSRİ
82
107
125
121
187
141
176
178
218
Rusiya
0.72
0.77
1.07
0.90
1.56
1.01
1.29
1.45
L85
47
59
76
70
113
77
97
99
117
Qeyd: Surətdə - məhsuldarlıq, ton/ha; məxrəcdə - ümumi yığım, mln. ton
Lakin əkin sahələri azalmağa doğru gedir. 80-ci illərdə dünyada
adambaşına düşən suvarılan torpaqların sahəsi aşağıdakı kimi azalmışdır:
1980-ci ildə 0,053 ha, 1990-cı ildə 0,049 ha. Yer üzərində insanların
qidalanmasının faktiki fərqi olduqca müxtəlifdir (cədvəl 7.8); 1 mlrd.- dan
artıq adam həmişəki kimi ümidsiz səfalət-yoxsulluq şəraitində yaşayır, yüz
milyonlarla insan isə aclıq çəkir.
Cədvəl 7.8
Dünyanın müxtəlif regionlarında qidalanma
Regionlar
Əhalinin adambaşına bir gündə istifadə
məhsullar, birlikdə, kkal
zülal,qram
Asiya
2244
161
55,3
9,6
Afrika
2238
171
56,8
12,2
Qərbi
Avropa
3327
1042
95,2 51,8 •
ABŞ
3514
1301
105
71,0
Cənubi Amerika
2541
453
65,5
27,9
Qeyd: surətdə - məhsulun (ərzağın) və zülalın ümumi miqdarı, məxrəcdə yenə
heyvan mənşəli
138
7.8
saylı cədvəldən göründüyü kimi, 1950-ci ildən 1990-cı il daxil
olmaqla taxıl dəninin istehsalının miqdarı 2,6 dəfədən də çox artmışdır, əsas
taxıl bitkilərinin (buğda, qarğıdalı, çəltik, çovdar, arpa, soya, darı və sorqo)
orta məhsuldarlığı yüksəlmiş, lakin onun artma surəti aşağı düşmüşdür.
FAO-nun məlumatına görə dünyada taxılın ümumi yığımının artımının 75%-i
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artımı hesabına və yalnız 25%-i
səpin sahələrinin genişləndirilməsi hesabına olmuşdur (FAO, 1981). Sonrakı
illər qida məhsullarının istehsalının yüksəlməsinin 90%-i kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığının artması və yalnız 10%-i səpin sahələrinin
genişlənməsi hesabına olmuşdur. Məlum olmuşdur ki, kənd təsərrüfatı
istehsalının intensiv kimyalaşdı- rılması torpağın, su hövzələrinin, atmosferin
çirklənməsi ilə əlaqədar olaraq yeni ekoloji problemlər yaradır, nəticədə,
bitkiçilik və heyvandarlığın keyfiyyəti aşağı düşür.
Son illər insanlar üçün qida məhsullarının istehsalı, həcminin azalması
aşağıdakı səbəblərlə aydınlaşdırılır: taxıl istehsalı üçün yararlı sahənin
azalması; suvarma üçün suyun qıtlığı; mineral gübrələrin effektliyinin aşağı
düşməsi; torpağın kök sistemi yayılan qatında humusun miqdarının azalması;
yeni təsərrüfat texnologiyasının ləng inkişafı və yüksək məhsuldar, torpağa az
tələbkar sortlarm yaradılması, ətraf mühitin güclü deformasiyası (çirklənmə,
torapağın eroziyası, səhralaşma, iqlimin aridləşməsi və s.). Ekspertlərin
hesablamalarına görə, yalnız kənd təsərrüfatı mühitinin deqradasiyası ilə
əlaqədar taxıl bitkilərinin toplanmasında illik kəsir 14 mln. ton təşkil edir.
Taxıl bitkilərinin ümumi yığımının aşağı düşməsi dərhal heyvandarlığın
məhsuldarlığında əks olunur, çünki 1 kq ət istehsalına orta hesabla
6..
.8 kq, bütün dünyada isə mal-qaranın yemlənməsi üçün 600 mln. ton
dən (taxıl) yemi sərf olunur.
Yəqin ki, Yer üzərində əhalinin artması, elmi-texniki tərəqqi, ölkələr
arasındakı iqtisadi fərqlənmə Yer üzərində ekoloji böhranın dərinləşməsinə
gətirib çıxarır: təbii biotalar dağılır (pozulur), bioloji müxtəliflik azalır,
ekosistem deqradasiyaya uğrayır, biosferin tükənən və tükənməyən
resurslarının istifadəsi artır. Beləliklə, XXI əsrin astanasında bəşəriyyət
ekosistemlərin deqradasiyasının güclənməsi, yoxsulluğun dərinləşməsi,
sənaye cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında
qeyri-bərabərliyin artması ilə qarşılaşmışdır (üzləşmişdir).
Bioloji növ kimi insanın həyat fəaliyyəti onun müəyyən miqdarda qəbul
etdiyi qida məhsulundan aldığı enerjidən asılı olub, iş qabiliyyəti və ömrünün
uzunluğu ilə səciyyələnir. Sutka ərzində qəbul etdiyi enerjinin miqdarına görə
mütəxəssislər insanın üç həyat fəaliyyəti səviyyəsini ayırır: 3500...2500
kkal-optimal, 2500... 1500 kkal qeyri kafi (kifayət
139