Cədvəl 7.5
Şəhər əhalisinin miqdarı və xüsusi çəkisinin dinamikası
illər
Şəhər
əhalisinin
sayı, min
nəfər
Xüsusi
çəkisi. %-lə
İllər
Şəhər
əhalisinin
sayı. min
nəfər
Xüsusi
çəkisi, %-lə
1913
555,9
24
1970
2564.7
50
1920
409,5
21
1979
3196,3
53
1926
650,1
28
1980
3254,0
53
1939
1157,0
36
1985
3524,5
53
1959
1767.6
48
1989
3790,0
54
-
-
-
1994
3952,8
53
-
-
-
1999
4064,3
51
2002
4142,2
51
2005
4298,3
51
2009
4818,3
54
1959-
cu ildən 1970-ci ilə kimi olan dövrdə ittifaqda şəhər əhalisinin
orta illik artımı 3,27% idisə, respublikada bu göstərici 4,1%-ə çatdı. Həmin
müddətdə ümumi şəhər əhalisi ölkə üzrə 36% artdığı halda, respublikada 45%
çoxaldı. Lakin 70-ci illərdə şəhər yaradıcı istehsal və qeyri-istehsal sahələri,
respublikanın sosial-iqtisadi inkişafına yönəldilən kapital qoyuluşunun ölkə
ilə müqayisədə az mənimsənilməsi və bu məbləğin tədricən azaldılması ilə
əlaqədar olaraq zəif inkişaf etdi. Məsələn, təkcə 1979-cu ildə Azərbaycanın
xalq təsərrüfatına hər min nəfər hesabı ilə sərf edilən kapital qoyuluşunun
səviyyəsi, bütün müvafiq respublikaların müvafiq göstəricilərindən xeyli az
olaraq, ümumittifaq səviyyəsindən 67,7% geri qalmışdır. Hər 1000 nəfər
əhaliyə düşən fəhlə və qulluqçuların orta illik miqdarı respublikada
ittifaqdakından 31,6% və elmi kadrların sayı isə 40% az olmuşdu.
Ümumiyyətlə, respublikada 1970-79-cu illərdə əsas şəhər yaradıcı təsərrüfat
sahələri olan sənaye və tikintidə əhalinin məşğuliyyəti 25% yüksəlmişdi.
Halbuki, xalq təsərrüfatında əhalinin ümumi məşğuliyyəti bu müddətdə 2
dəfəyə qədər artmışdı. Bu da hər şeydən əvvəl öz əksini şəhər əhalisinin artım
tempində tapdı. Belə ki, 1970-1979- cu illər ittifaqda şəhər əhalisi 20,3%
çoxaldısa, Azərbaycanda müvafiq göstərici 24,8%-ə bərabər oldu. Orta illik
artım isə müvafiq surətdə 2,25 və 2,9% təşkil etmişdi. Halbuki, respublikada
əhalinin sayca artımı ittifaq əhalisinin müvafiq artımından 9,2% çox olmuşdu.
Bu isə respublika şəhər əhalisinin artım tempinin nəinki ümumittifaq
səviyyəsindən geri qalmamasını, hətta ötüb keçməsini tələb edirdi.
Rəqəmlərin təhlili göstərir ki, şəhəryaradıcı təsərrüfat sahələrinin
nisbətən sürətli inkişafı ilə əlaqədar olaraq 80-ci illərin başlanğıcında cü
133
zi də olsa respublikada şəhər əhalisinin artım tempi ümumittifaq
göstəricisindən üstün olsa da, erməni separatçılığı ilə başlanan millətlərarası
müharibə qeyri-sabit ictimai-siyasi həyat, böyük dövlət mənafelərinin
Azərbaycan üzərində cəmlənməsi ümumiyyətlə urbanizasiya prosesinə ağır
zərbə vurdu. Əgər 1979-1989-cu illərdə Sovet İttifaqında şəhər əhalisi artımı
cəmi 15%, orta illik artım isə 1,5% olmuşsa, respublikada bu rəqəmlər
müvafiq olaraq 11,8 və 1,18% təşkil edirdi. Halbuki, həmin dövrdə
respublikada ümumi əhalinin sayca artımı ittifaq üzrə əhali artımından 7,5%
çox olmuşdu.
Cədvəl 7.6
İdarəetmənin və istehsalın inkişafına görə Azərbaycanın
şəhər tipli yaşayış məntəqələrinin təsnifatı
(Əfəndiyev, 2004)
Qr
Əsas ixtisaslaşma
Adları
1. Paytaxt şəhəri
1
İqtisadi, siyasi idarəetmə, müxtəlif
təmayüllü sənaye,
nəqliyyat, mədəni
quruculuq, elmi, maarif, səhiyyə,
beynəlxalq iqtisadi əlaqələr, dövlətin
hökumət mərkəzi
Bakı, Naxçıvan
II. iri şəhərlər - respublika tabeliyində
2
Metallurgiya, kimya, tikinti sənaye
kompleksi, yüngül, yeyinti sənayesi,
elm, səhiyyə, mədəni mərkəzi
Gəncə, Sumqayıt
III. Orta şəhərlər
1
Yüngül yeyinti sənayesi, tikinti
materialları, kənd təsərrüfatı,
aqrosənaye inzibati mərkəzi
Ağdam, Ağdaş, Bərdə,
Cəlilabad, Füzuli, Göyçay,
Quba, Sabirabad, Şamaxı,
Şəmkir, Şəki
2
Yüngül sənaye, kənd təsərrüfatı, dəmir
yolu, avtomobil nəqliyyatı, inzibati
rayonu
Qazıməmməd, Xaçmaz,
Ağcabədi
3
Yeyinti, yüngül sənaye, energetika,
maşınqayırma, kimya, neft-
qazçıxarma, dəmir yolu, avtomobil
nəqliyyatı, tikinti materialları
Salyan, Şirvan, Yev-
lax,Siyəzən, İmişli, Şabran
4
Yüngül, yeyinti, cihazqayırma,
elektroenergetika,
dağ-mədən sənayesi,
kurort, inzibati mərkəzi
Mingəçevir, Xankəndi,
Naxçıvan, Lənkəran
134
IV. Kiçik şəhərlər - rayon mərkəzləri
1
Yüngül sənaye, sənaye, kənd
təsərrüfatı,
inzibati mərkəz, kurort,
rekreasiya sərhəd zonasına və sərhəd
ötürücü xidməti olan
Ağstafa, Ağsu, Astara, Bala-
kən, Beyləqan, Biləsuvar,
Cəbrayıl, Kəlbəcər, Qax,
Qazax, Qəbələ, Oğuz, Saatlı,
Şuşa, Tovuz, Qubadlı, Qusar,
Laçın, Masallı, Culfa, Sədərək,
Kürdəmir, Tərtər. Zaqatala,
Zəngilan, Zərdab, Xocalı,
Xocavənd, Beyləqan,
İsmayıllı, Goranboy
2
Yüngül, sənaye, kənd təsərrüfatı, neft-
çıxarma, dağ-mədən, dəmir yolu,
avtomobil nəqliyyatı, inzibati mərkəzi
Ucar, Neftçala, Ordubad,,
Şərur, Balakən, Gədəbəy
Bununla bərabər respublikanın çatmış olduğu urbanizasiya səviyyəsi tam
mənası ilə şəhər əhalisinin xüsusi çəkisinə müvafıqliyi cəhətdən də geri qalır.
Başqa sözlə desək, respublikada şəhər əhalisinin xüsusi çəkisi və artım tempi,
ona yaradılmalı olan müvafiq sosial-iqtisadi bazanın inkişaf tempini ötüb
keçir. Məsələn, əgər şəhər əhalisinin ümumi çəkisinə görə Azərbaycan ittifaq
səviyyəsindən 12% geri qalırsa və keçmiş SSRİ- nin müvafiq respublikaları
arasında 8-ci yeri tuturdusa, əsas şəhəryara- dıcı faktor olan sənayenin inkişaf
səviyyəsinə görə müttəfiq respublikalar arasında 11-ci yeri tuturdu. Məhz elə
ona görə də respublikada urbanizasiya səviyyəsi aşağıdır, yəni Azərbaycanda
inkişaf etməkdə olan ölkələrə xas olan «yalançı urbanizasiya» prosesi gedir.
Bununla yanaşı, bir sıra təbii-iqtisadi səbəblər üzündən Bakı, Gəncə, Sumqayıt
şəhərləri də daxil olmaqla, bütün şəhər və şəhər tipli yaşayış məntəqələri tam
mənada öz ətraf rayonlarının sosial-iqtisadi istinad mərkəzləri rolunu oynaya
bilmirlər. Bu yaşayış məntəqələrində müasir tələblərlə ayaqlaşa bilən sənaye,
sosial, mədəni-məişət müəssisələrinin olmaması ilə əlaqədar nəinki ətraf
kəndlərin, hətta onların özlərinin əhalisi belə uzun müddət (son dövrə kimi
xüsusilə əmək qabiliyyətli əhali) respublikanın və qonşu ölkələrin sənaye
cəhətdən yüksək inkişaf etmiş ölkələrinə axışıb getmişdir. Belə bir prosesin
uzunmüddətli davam etməsi istehsalın ərazi təşkilini və əhalinin
məskunlaşmasının nizamlanmasını çətinləşdirir. Yəni urbanizasiya səviyyəsi
yüksək olan ərazilərdə (Abşeron) əhalinin daha çox cəmlənməsi, urbanizasiya
səviyyəsi aşağı olan dağlıq və digər ərazilərdə isə əhalinin nisbi azalması
prosesi gedir. Ona görə də ümumiyyətlə respublikada urbanizasiya
səviyyəsinin geniş mənada yaxşılaşdırılması və urbanizasiyanın ərazi nisbətini
optimallaşdırmaq üçün Azərbaycanın və onun iqtisadi-coğrafi rayonlarının,
şəhərlərinin sosial-iqtisadi inkişaf
135