planlarında müasir tələblərə cavab verən şəhəryaradıcı yüksək əmək tutumlu
sənaye sahələrinin - elektrotexnikanın, maşınqayırmanın, neft və kimya
sənayesinin, trikotaj, toxuculuq və s. inkişafına üstünlük verilməsi
məqsədəuyğun olar. (Əyyubov, 1999)
Azərbaycan respublikasında şəhər əhalisinin sayı 1989-cu ildə 3805 min
nəfər olmuşdur, onun 77,0%-i şəhərlərdə, 23,0%-i şəhər tipli qəsəbələrdə
yaşayırdı. Hazırda şəhər əhalisi 65 şəhərdə, 122 şəhər tipli qəsəbədə və fəhlə
qəsəbələrində cəmləşmişdir. Halbuki, Azərbaycanda 1913-cü ildə cəmi 13
şəhər var idi. Respublikada Sovet hakimiyyəti illərində şəhər və şəhər tipli
yaşayış məntəqələrinin sayı ildən-ilə artmağa başladı. Əgər 1926-cı ildə
burada 18 şəhər və 16 şəhər tipli qəsəbə var idisə, artıq 1939-cu ildə müvafiq
olaraq onların miqdarı 25 və 56, 1959-cu ildə 40 və 93, 1989-cu ildə isə 65 və
122 olmuşdur. Ümumiyyətlə Sovet hakimiyyəti illərində Azərbaycanda hər
ildə orta hesabla 2,8 şəhər məskəni əmələ gəlmişdir.
Respublikada əhalinin məskunlaşması sistemində şəhərlərin və şəhər tipli
yaşayış məntəqələrinin şəbəkəsi artmış, onun sıxlığında irəliləyişlər az
olmamışdır. Azərbaycan şəhərlərinin əksəriyyətinin ən kiçik (əhalisi 10-19,9
min nəfər) və kiçik (20 mindən 49,4 minə qədər) şəhərlər təşkil edir. Onların
payına bütün respublika şəhərlərinin və əhalisinin müvafiq olaraq 41,5 və
21,5%-i düşür. Bu yaşayış məntəqələrində bütün şəhər əhalisinin müvafiq
surətdə 13,3 və 13,9%-i cəmləşmişdir. Əhalisi 5 mindən 99 minə qədər olan
xırda şəhərlərin payına bütün şəhərlərin 24,6%-i düşdüyü halda, onlarda
respublika şəhər əhalisinin cəmi 4,1%-i cəmləşmişdir. Respublika şəhər
əhalisinin əksəriyyəti iri və nəhəng şəhərlərin payına düşür. Bu yaşayış
məntəqələri, yəni Bakı, Gəncə və Sumqayıt bütün respublika şəhərlərinin
sayca 4,6%-ni təşkil etdiyi halda, onlarda (qəsəbələrsiz) şəhər əhalisinin 58%-i
yaşayır.
1950-ci illərdən başlayaraq sənayenin zəif inkişaf etmiş olduğu
rayonlarda iri sənaye müəssisələrinin və onun filiallarının yerləşdirilməsi ilə
əlaqədar olaraq urbanizasiyanın ərazi strukturunda böyük dəyişikliklər əmələ
gəldi. Respublikanın bütün iqtisadi rayonlarında yeni zavod və fabriklər
yarandı, Kür-Araz iqtisadi-coğrafi rayonunda müharibə qurtardıqdan sonra
1970-ci ilə kimi 43, Gəncə-Qazaxda 37, Şəki-Zaqatala- da, Lənkəran-Astara
və Naxçıvan Muxtar Respublikasının hər birində 11, Quba-Xaçmaz və Dağlıq
Qarabağın hər birində 8, Dağlıq Şirvanda 7 və s. nəhəng sənaye müəssisəsi
yaradıldı. Bu müəssisələrdən Əli Bay- ramlı (Şirvan) DRES, Mingəçevir su
elektrik stansiyasını. Daşkəsən dağ-mədən kombinatını, Zəylik filiz idarəsini,
Gəncə alüminium, cihazqayırma, Mingəçevir Azərelektroid, kübel,
rezin-texniki məmulatlar zavodlarını, şüşə liflər zavodunu, Xankəndi
elektrotexnika zavodunu.
136
Cjoncodə, Mingəçevirdə toxuculuq kombinatlarını, Gəncə və Qazaxda xalça
kombinatlarını, Naxçıvan, Xankəndi, Şəki, Lənkəran, Göyçay, Bərdə, İmişli
və başqa şəhərlərdə dəmir-beton konstruksiyalar və detallar zavodlarını
göstərmək olar. Bu müddətdə Naxçıvan, Xankəndi, Şəki, Lənkəran, Göyçay,
Bərdə, Xaçmaz və başqa yerlərdə xeyli miqdarda konserv, şərab, süd və çörək
zavodları, ət kombinatları, respublikanın bir çox rayon mərkəzlərində çay
fabirikləri və s. yaradılmışdır. Bütün bunlar respublikada urbanizasiyanın ərazi
strukturunun optimallaşdırıl- masına müsbət şərait yaratmışdır.
Lakin 1988-ci ildən başlayan erməni separatizmi, 20%-dən çox ərazini
Ermənistanın işğal etməsi, Xankəndi, Şuşa, Ağdərə, Ağdam, Qubadlı,
Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Cəbrayıl kimi şəhərlərin və
Kərkicahan, Mincivan, İstisu, Şıxarx, Horadiz, Qırmızıbazar, Hadrut, Əsgəran
qəsəbələrinin düşmən tərəfindən viran qoyulması. Qazax, Ağstafa, Tovuz,
Gədəbəy, Naftalan, Bərdə, Sədərək və digər yaşayış məntəqələrinin isə
mütəmadi olaraq Ermənistan ordusu tərəfindən atəşə tutulması şəhərlərin
inkişafına - urbanizasiya prosesinə ağır zərbə vurdu. Azərbaycan əhalisinin
məskunlaşma forması tarixində öz dədə- baba yurdlarından qovulanların
Beyləqan, İmişli, Ağcabədi, Bərdə və s. rayonlarda yeni tip məskənləri - «çadır
şəhərcikləri» yarandı. Məcburi köçkünlər əsasən böyük və orta şəhərlərdə
yerləşdirildiyindən əhalinin ərazi yzrə proporsiyasmdakı nisbətlər daha da
dərinləşdi, xüsusən də respublikanın qərb ilə şərq, dağlıq yerlərilə düzən
arasındakı fərqlər daha da artdı. Müharibə şəraiti iqtisadi tənəzzüllə müşayiət
olunduğundan şəhər əhalisinin mütləq sayının cüzi artımına baxmayaraq,
ümumi əhali içərisində onun payı 52,7%-ə (1996) düşdü.
Azərbaycan şəhərlərinin müasir inkişaf səviyyəsinin yaxşılaşdırılması,
onların ərazi üzrə yerləşmə proporsiyasınm nizamlanması hər şeydən əvvəl
onların iqtisadi və sosial bazalarını mövcud və perspektiv demoqrafik
potensiala uyğunlaşdırmağı tələb edir. Bunun üçün işğal olunmuş torpaqlar
azad edilməli, iqtisadi dirçəlişə nail olunmalıdır. (Əyyubov, 1999).
7.5.
ƏHALİNİN QİDALANMA PROBLEMİ
7.5.1.
Ərzağın çatışmazlığı səbəbləri
İnsanların qida məhsulları ilə təmin edilməsi yalnız bu və ya digər
ərazilərdə biosferin resursları ilə deyil, həm də konkret hər bir ölkənin sosial və
siyasi şəraiti ilə sıx bağlıdır. İkinci hal daha çox istehsal qüvvələrinin və
istehsalat əlaqələrinin inkişafı, elmi-texniki tərəqqinin səviyyəsi, əldə olunan
məhsulun həcmi və keyfiyyəti, həmçinin onun cəmiyyət üzvləri arasında
bölüşdürülməsi ilə təyin edilir.
137