Bir çox qarışqaların da bitkilərlə mutalistik əlaqələri formalaşır:
3000-dən artıq bitki növünün qarışqaları özünə cəlb etmək qabiliyyəti vardır.
Neytralizm - biotik əlaqələrin bir forması olub iki növ bir ərazidə
məskunlaşaraq (yaşayaraq) bir-birlərinə nə müsbət, nə də mənfi təsirləri
olmur. Neytralizmdə növlərin bir-birilə bilavasitə əlaqələri olmur, lakin hər
ikisi qruplaşmanın vəziyyətindən asılıdır. Məsələn, dələ ilə sığın, yaxud fil ilə
meymun bir meşədə yaşasalar da, praktiki olaraq bir-biri ilə əlaqəsi olmur.
Lakin uzunsürən quraqlığın təsirindən meşənin məhv olması, yaxud
zərərvericilərin
kütləvi
çoxalaraq
ağacları
«çılpaqlaşdırma-
sı»
(yarpaqsızlaşdırması) eyni dərəcədə olmasa da hər iki növə təsirini göstərir.
Neytralizm əlaqəsi tipi xüsusilə ekoloji baxımdan müxtəlif üzvlər daxil olan
zəngin növlü qruplaşmalarda inkişaf etmişdir.
Amcnsalizm. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsir göstərən
növlərdən birinə birgə (bir yerdə) yaşamaq mənfi nəticə göstərir, digəri isə
ondan nə fayda alır, nə də zərər çəkir. Belə qarşılıqlı əlaqə təsirinə əsasən
bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar
meşəsində ağac çətirlərinin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara
belə «qonşuluq» heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin ayırdığı
məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa
rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı
öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədilə
müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə
allelopatiya adlanır.
Amensalizm su mühitində də yayılmışdır. Məsələn, göy-yaşıl yosunlar
suyun «çiçəkləməsinə» səbəb olur, bununla da su faunası, bəzən su- vata (su
içməyə) gələn heyvanları (mal-qaranı) da zəhərləyir. Digər yosun növləri də
bu xassəyə malikdir, onların ayırdığı peptid, xinon, antibiotiklər və digər
maddələr hətta kiçik dozada da zəhərlidir. Bu zəhərlər ektokrin maddələr
adlanır.
Rəqabət (konkurensiya). Oxşar ekoloji tələbatı olan növlər arasında baş
verən qarşılıqlı əlaqə rəqabət adlanır. Y.Oduma (1975) görə rəqabət- eyni
məqsədə can atan iki orqanizmin mənfi qarşılıqlı təsiridir. Belə növlər bir
yerdə məskunlaşdıqda biri digərinin qida ehtiyatını, «sığınacaq» yerini azaldır
(daraldır). Rəqabət - ekoloji əlaqələrin qarşılıqlı təsir göstərdiyi hər iki
partnyora mənfi təsir göstərir. Rəqabət qarşılıqlı təsir forması olduqca
müxtəlif - birbaşa fiziki mübarizədən sülh vəziyyətində yaşamağa qədər ola
bilər. Bununla belə, eyni ekoloji tələbata malik olan iki növ bir qruplaşmada
məskunlaşırsa, əvvəl-axın rəqiblərdən biri digərini sıxışdırıb çıxarmalıdır.
Rəqib növlərin birgə olmağının qeyri mümkünlüyü (uyuşmazlığı) hələ
Ç.Darvin tərəfindən qeyd olunmuşdur.
70
o, rəqabəti növlərin təkamülündə böyük rol oynayan, yaşamaq uğrunda
mübarizənin mühüm tərkib hissəsi hesab etmişdir.
Rəqabət mübarizəsində bir qayda olaraq həmin ekoloji vəziyyətdə
digərinə nisbətən üstünlüyə malik olan, yəni ətraf mühit şəraitinə daha çox
uyğunlaşan növ qalib çıxır.
Qruplaşmanın daxilində müxtəlif növlər arasında ən çox qida (yem)
uğrunda rəqabət gedir. Güclü qida rəqabəti bütövlükdə biosenoz üçün sərfəli
deyil, ekosistemin təkamülündə növlərin bir hissəsi qruplaşanın tərkibindən ya
sıxışdırılıb çıxarılıb, yaxud da növarası rəqabət formalaşaraq rəqabətin gücünü
zəiflətmişdir.
Qida rəqabətinin zəifləməsi mümkünlüyü daha çox rəqabətin həcm və
gərginlik göstəriciləri ilə təyin olunur (Şorıqin, 1952). Rəqabətin həcmi
rəqiblər üçün ümumi qida növünün sayı ilə müəyyən olunur. Bu aspektdə
rəqabətin zəifləməsi bir və ya bir neçə rəqib növün qida spektrini
genişləndirməklə - yem obyektlərinin yığınını çoxaltmaqla rəqabəti nisbətən
azaltmaq olar. Rəqabətdən çıxmağın ən effektiv yolu onun həcmini azaltmaqla
- qidada yüksək ixtisaslaşma apararaq yem spektrinin ayrılması gedir.
Rəqabətin gərginliyi - rəqib növlər üçün müəyyən yem növünə olan
tələbatın onun təbiətdəki bolluğuna nisbəti ilə müəyyənləşdirilir. Məsələn, su
kənarında yaşayan gəmiricilər (qunduz, ondatra, su siçanı) üçün ən mühüm
qida yeri qamış və cilotu sayılır. Bu bitkilər isə təbiətdə başdan-başa cəngəllik
yaradaraq yüksək bioloji kütləyə və məhsuldarlığa malikdir. Odıır ki, belə
şəraitdə məskunlaşan növlərin qidaya ehtiyacı praktiki olaraq ödənilir, onların
rəqabəti formal xarakter alır və real neqativ qarşılıqlı əlaqə yaranmır.
Rəqabətin həcmi və gərginliyi onun ümumi gücünü təyin edir; bu
parametr rəqabət aparan növlər arasında müxtəlif qarşılıqlı əlaqə formalarının
konkret baş verməsinin əsasını təşkil edir.
Bitkilərdə rəqibin boğulması kök sisteminin mineral qida maddələrini,
torpaq nəmliyini və yarpaqlarla günəş şüasını tutub saxlaması, həmçinin toksik
birləşmələri ayırması nəticəsində baş verir. Məsələn, iki yonca növünün
qarışıq səpinində Trifolium repensin növünün yarpaq çətiri tez əmələ gəlir,
Jakin sonra onu daha iri saplağı olan T.Fragiferum kölgə altına alır.
Bitkilərin maddələr mübadiləsi məhsulu vasitəsilə qarşılıqlı kimyəvi
təsiri allelopatiya adlanır. Bir-birinə belə üsulla təsir heyvanlara da xasdır.
Q.F.Qauze və Parkın apardığı təcrübələr göstərir ki, rəqiblərin sıxış- dırılması
əsasən mühitdə mübadilənin toksik məhsullarının toplanması nəticəsində baş
verir, növlərdən biri digərinə nisbətən toksik maddələrə daha həssasdır.
71