hesab olunur. Meşə çətiri altında meşəaltı kollar, ot örtüyü, həmçinin heyvanat
aləmi, az dəyişən (sabit) temperatur və yüksək rütubətlik şəraitində olur.
Ot örtüyü ətraf ərazinin rejimini az da olsa dəyişdirir. Bozqır şəraitində
çim örtüyünün yanında ot olmayan yerə nisbətən torpağın səthində temperatur
8-12<> uşağı olur. Burada çoxlu xırda həşəratlar toplanır. Mənfi və ya müsbət
topik qarşılıqlı əlaqələr nəticəsində növün biri biosenozda digərlərinin
yaşamasını təyin edir və ya kənarlaşdırır.
Topik və tropik əlaqələr biosenozda olduqca böyük əhəmiyyət daşıyaraq
onun mövcudluğunun əsasını təşkil edir. Məhz bu əlaqə tipləri müxtəlif
növdən olan orqanizmləri bir-birinin yanında saxlayır və onları müxtəlif
miqyasda kifayət dərəcədə sabit qruplaşmada cəmləşdirir.
Forik əlaqələr. Bir növün digər növün yayılmasında iştirakı deməkdir.
Nəqletmə (daşıma) rolunda heyvanlar çıxış edir. Heyvanların bitki
toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zoo- xoriy,
digər daha xırda heyvanları daşıması foreziya adlanır. Daşıma (nəqletmə)
adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə həyata keçirilir. Heyvanlar
bitki toxumlarını - passiv və aktiv üsullarla tutub saxlaya bilər. Passiv tutmaq
(ilişib qalmaq) heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir.
Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq,
pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) ilişərək aparılır. Toxumların belə
yayılması ən çox məməli heyvanlarda (məs. qoyun) müşahidə olunaraq kifayət
qədər uzaq məsafələrə aparılır. Aktiv ilişmək üsulu - heyvanların (ən çox
məməlilər və quşlar) bitkilərin meyvə və giləmeyvəsini yeməklə baş verir.
Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə ayırır. Göbələk sporla-
nnın aparılmasında həşəratların rolu böyükdür. Görünür göbələklərin meyvə
gövdəsi yayıcı həşəratlar üçün cəzbedicidir.
Fabrikasiya əlaqələri. Biosenotik əlaqənin belə tipində növ iştirak
edərək öz tikintisində (fabrikasiya) ayrılma məhsulları, yaxud ölü qalıqlar,
ya.xud da hətta digər növün canlı fərdlərindən istifadə edir. Məs., quşlar
yuvasını qurmaq üçün ağacların budaqlarından, məməlilərin tükündən, ot,
yarpaq, başqa quş növünün tükü və lələyindən istifadə edirlər.
Fizioloji optimum - növ üçün bütün abiotik faktorlar birliyi əlverişli
olub, böyümə və çoxalmanın daha sürətlə getməsi mümkündür.
Sinckoloji optimum - elə biotik əhatədir ki, növ düşmənləri və rəqibi
tərəfindən ən az təzyiqə məruz qalır, bu isə onun müvəffəqiyyətlə artmasına
imkan yaradır. Sinekoloji və fizioloji optimumlar çox vaxt uyğun gəlmir. Əgər
uyğun biotopda ekoloji sığınacaq olduqca güclü rəqib tərəfindən zəbt olunubsa
və yırtıcı və parazitlərin təsiri güclüdürsə, növ orada yaşamır. Biosenozu
formalaşdıran növarası əlaqələr orada məskunla
65
şan növlərin qanunauyğun münasibətinə, onların ekoloji xüsusiyyətlərinə,
sayına, məkanda paylanmasına şərait yaradır, başqa sözlə biosenozun
müəyyən strukturunu yaradır.
4.2.1.
Yırtıcı - şikar, parazit-sahib əlaqələri.
Canlılar arasında olduqca müxtəlif qarşdıqb əlaqələr arasında müxtəlif'
sistematik qruplarm orqanizmləri üçün ümumi olan müəyyən əlaqə tiplərini
ayamaq olar.
Yırtıcı-şikar, parazit-sahib əlaqələri bilavasitə qida əlaqəsi olub,
partnyorlardan biri üçün müsbət, digəri üçün mənfi nəticə verir. Ekoloji qida
əlaqələrinin bütün variantlarını, o cümlədən çəməndə otlayan inəyi də bu əlaqə
tipinə aid etmək olar. İstənilən heterotrof orqanizm qruplaşmada digər
heterotrofu və ya avtotrofu yeməyin hesabına yaşayır.
Şəkil 4.3. Lotki-Volter (V.Volterra) modelinə görə «yırtıcı-şikar»
sistemin-
də miqdarın qarşılıqlı əlaqəli tərəddüdü Nı-şikar, N
2
-yırtıcı
Digər heyvanlarla (ovlayıb) qidalanan heyvan yırtıcı adlanır. Yırtıcılar
üçün xüsusi ovlama davranışı səciyyəvidir. Həşəratların çoxluğu və kiçik
ölçüdə olması və asan əldə olunması fəaliyyəti ətyeyən heyvanları (adətən
quşları) yırtıcıya çevirir. Onlar ovunu sadəcə «toplama» («yığma») ilə əldə
edərək (quşlar toxumları, dəni yığaraq) onunla qidalanırlar. Həşəratyeyən
yırtıcılar qidanı əldə etmək üsuluna görə otyeyən heyvanların otlamasına
bənzəyir. Ekoloji baxımdan belə qidalanma üsulu həm çəməndə otlayan
dırnaqlı sürülər, həm də ağacın çətirində yarpaqlarını yeyən tırtıl üçün
səciyyəvidir. Bəzi quşlar həm həşəratla, həm də toxumla qidalanır.
Parazitlik (parazitizm) - növlər arasında qida əlaqə forması olub,
partnyor orqanizm (konsument) canlı sahibinin bədənindən həm qidalanma
mənbəyi, həm də məskunlaşma (yaşama) yeri (daim və ya müvəqqəti) kimi
istifadə edir. Parazitlər öz sahibindən xeyli kiçik olur.
66
Parazitizm yırtıcılardan fərqli olaraq növlərin dar çərçivədə ixtisaslaşması ilə
səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroiqlim,
mühafizə və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə
nə qədər yaxşı uyğunlaşarsa, onun orada çoxalmaq və nəsilvermək ehtimalı da
artar.
Parazitlik əlaqələri ziyanverici həşərat və bitki, qansoran həşərat, heyvan
və s. ola bilər. Parazit həşəratlar çox vaxt epidemiyanın yayıcısı ola bilər
(bitlər-tif, gənələr-ensefalit xəstəliyi və s.).
Parazitin sahiblə sıx təmasda olması iki cür seçmə nəticəsidir. Parazit-
lərin çoxları tam və uzun müddət sahibindən istifadə edərək onun tez ölümünə
səbəb olmur və özünün daha yaxşı yaşamasını təmin edir. Öz növbəsində
sahibinin orqanizminin müqavimət gücünə görə seçmə onun üzərində
parazitlik edənin vurduğu ziyan getdikcə az hiss olunur. Təkamül gedişində
sahib və parazit arasındakı kəskin əlaqələr neytral hala, daha sonra isə iki növ
arasındakı əlaqə hər ikisinə faydalı əlaqəyə çevrilir.
Parazillər tərəfindən vurulan fəlakətli ziyan əksəriyyət halda əlaqələrin
uzunmüddətli təbii seçmə yolu ilə hələ sabitləşməsi zamanı müşahidə olunur.
Odur ki, təsadüfi başqa yerdən gətirilən ziyanvericilər kənd təsərrüfatı
bitkilərinə və heyvanlara yerli parazitlərdən daha çox zərər yetirir. Y.Odum
(1975) qeyd edir ki, «yeni mənfi qarşılıqlı təzyiqin yaranmasından qaçmmaq
və əgər o, baş verərsə, mümkün qədər onun qarşısını almaq lazımdır».
Yırtıcılıq, parazitizm və digər qida əlaqələri variantlarının əsas ekoloji
rolu canlı orqanizmlərin ardıcıl olaraq bir-biriləri ilə qidalanaraq maddələrin
dövranına şərait yaratmaqdır, məlumdur ki, onsuz həyatın mövcudluğu
qeyri-mümkündür. Bu əlaqələrin digər mühüm rolu növlərin sayının qarşılıqlı
tənzimlənməsidir.
Bir yırtıcının məhv etdiyi şikarın ümumi sayı əvvəlcə onun istifadə etdiyi
növün sayma mütənasib sürətdə artır. Buna yırtıcının şikara qarşı funksional
reaksiyası deyilir. Lakin istifadəçinin (yırtıcının) fiziki imkanından irəli
hüdudu vardır. Yırtıcılar tam doyduqdan sonra adətən qurbana (şikara) qarşı
reaksiyası zəifləyir. Şikarın sonrakı artımı yaxşı yem bazası əsasında yırtıcının
sayının çoxalması ilə baş verir.
Yırtıcı və şikarın sayının tərəddüdü nisbətən daimidir, onların am-
plitudası isə mühitin digər faktorlarının təsiri ilə əlaqədar olaraq geniş hüdudda
dəyişə bilər. Say tərəddüdü müxtəlif səbəblərdən (çox vaxt təsadüfi)
partnyorlardan birinin sayı sıfıra enənə qədər davam edir. Belə tərəddüdlər
xüsusilə, növarası əlaqələr müxtəlif olmayan kasıb qruplaşmalarda (tundra və
qütb səhralarında, bir ağac cinsi hakimlik edən meşədə, mədəni bağda və s.)
aydın görünür.
67
Dostları ilə paylaş: |