rəcədə mühit yaradır vo onlarsız digər növlərin mövcudluğu mümkün deyildir.
Bu növlər qruplaşmanın bütövlüklə mikromühitini (mikroiqlimini)
müəyyənləşdirir, ona görə onların aradan götürülməsi biosenozun tam
parçalanması (məhv olması) təhlükəsini yaradır. Bu növlər edifika- torlar
(latınca-qurucu) adlanır. Bizim meşələrimizin edifıkatorlarmdan şərq fıstığı,
şərq palıdı, iberiya palıdı, şabalıdyarpaq palıd, ağyarpaq qovaq növlərini,
subalp və alp çəmənlərində qırtıc, topalotu, şehduranı, yarımsəhralarda
yovşanı, dəvətikanmı göstərmək olar.
Biosenozun tərkibinə az miqdarda dominantlarla yanaşı, adətən çoxlu
miqdarda azsaylı və nadir növlər, formalar daxil olur. Azsaylı növlər ikinci
dərəcəli növlər də adlanır. Biosenozun həyatında nadir və azsaylı növlər
olduqca vacib sayılır. Onlar növ zənginliyi yaradır, biose- notik əlaqələrdə
müxtəlifliyi yüksəldir və dominantların yerini doldurmaq, yaxud əvəz etmək
üçün ehtiyat vəzifəsini görür, yəni bisenozun da- vamlığını və müxtəlif
şəraitdə onun fəaliyyətinin etibarlığını artırır. Biosenozda belə «ikinci
dərəcəli» növlərin ehtiyatı çox olduqca mühitin istənilən dəyişkənliyində
onların dominantlıq etmək ehtimalı da artar.
Dominantlıq edən növlərin sayı ilə biosenozun ümumi növ zənginliyi
arasında müəyyən əlaqə mövcuddur. Növlərin sayı azadlıqda ayrı-ayrı
formaların bolluğu artır. Belə kasıb qruplaşmalarda biosenotik əlaqələr
zəilləyir və rəqabətetmə qabiliyyəti güclü olan növlər maneəsiz çoxalma
imkanı qazanır. Mühit şəraiti spesifik olduqca qruplaşmanın növ tərkibi
kasatlaşır və ayrı-ayrı növlərin sayı çoxalır. Tundrada lemminqlər və ya
aqrosenozda ziyanverici həşəratların kütləvi çoxalma «partlayışını» buna
misal gətirmək olar.
Daha zəngin biosenozlarda praktiki olaraq bütün növlərin sayı (miqdarı)
az olur. Növ tərkibinin zənginliyi ilə fərqlənən tropik meşələrdə eyni cinsdən
olan ağacların bir neçəsinin yan-yana bitdiyinə nadir halda rast gəlmək, olar.
Belə qruplaşmalarda ayrı-ayrı növlərin kütləvi çoxalması partlayışı baş vermir
və biosenozlar yüksək sabitliyi (davamlılığı) ilə seçilir. Biosenozun
müxtəlifliyi onun sabitliyi ilə sıx bağlıdır: növmüxtəlifliyi yüksəldikcə
biosenoz bir o qədər sabit olur. İnsan fəaliyyəti təbii qruplaşmalarda
növmüxtəlifliyini xeyli azaldır. Təbii sistemlərin sabitliyini saxlamaq üçün
insan fəaliyyətinin neqativ nəticələrini qabaqcadan bilməli və ona qarşı
mübarizə aparmalıdır.
Biosenozun növ strukturunda ayrı-ayrı növlərin rolunu qiymətləndirmək
üçün kəmiyyət uçotuna əsaslanan müxtəlif göstəricilərdən istifadə edilir.
Növün bolluğu - vahid sahədə müəyyən növün fərdlərinin sayı və ya tutduğu
sahədə həcmidir. Məs., su hövzəsində 1 dm’ suda xırda xərçəngkimi- lərin
sayı və ya 1 km- bozqır sahəsində yuvaquran quşların sayı, yaxud 1 ha sahədə
müxtəlif yaş siniflərində növlərin sayı və s. Rast gəlinmənin (qarşı
60
laşma) təkrarlanması biosenozda növün biosenozda bərabər və qeyri- bərabər
yayılmasını səciyyələndirir. O, həmin növün rast gəlindiyi nümunə və ya
təcrübə sahələrinin ümumi nümunə və ya təcrübə sahələrinə nisbəti ilə
hesablanır. Növün sayı və rast gəlinməsi bilavasitə əlaqəli deyildir. Belə ki,
növün sayı çox, rastlaşma az və ya əksinə, növün sayı az, rastlaşma isə kifayət
qədər ola bilər.
Təbiidir ki, bütün biosenozlarda ən kiçik formalar - bakteriyalar və digər
mikroorqanizmlər üstünlük təşkil edir. Odur ki, müxtəlif ölçülü növləri
müqayisə etdikdə saya görə dominantlıq etmək qruplaşmanın xüsusiyyətlərini
əks etdirə bilməz. Müxtəlif ölçülü formalar və növlər müxtəlif əlamətlərinə
görə də ayrılır: sistematik (quşlar, həşəratlar, taxıl- kimilər,
mürəkkəbçiçəklilər) ekoloji-morfoloji (ağaclar, kollar, otlar), yaxud da
bilavasitə ölçüyə görə (torpağın mikrofauna, mezofauna və makrofaunası
bütünlükdə və s.).
Daha kütləvi yayılan növlərin müxtəlif ölçülü qrupları daxilində
müxtəlifliyi, say nisbəti, nadir formaların bolluğu və digər göstəricilərin
ümumi xarakteristikasım müqayisə edərək biosenozların növ strukturunun
spesifikası haqda qənaətləndirici təsəvvür almaq olar.
Topik əlaqələr əsasında biosenoz daxilində xüsusi struktur birliyi -
konsorsiumlar mövcuddur. Konsorsium müxtəlifcinsli orqanizmlər qrupu
olub hər hansı bir növün fərdinin (konsorsiumun) mərkəzi üzvünün xaricində
və daxilində yerləşir. Əksəriyyət hallarda bir konsorsiumun üzvü də müxtləif
tropik əlaqələrlə bağlıdır. Konsorsiumlar faktiki olaraq digərinə
mühitəmələgəlmə təsirinə malik olan istənilən növün nümayəndəsinin
ətrafında formalaşır.
Ayrı-ayrı konsorsiumlar müxtəlif mürəkkəblik dərəcəsində ola bilər.
Biosenozun daxili mühitinin yaranmasında əsas rol oynayan bitkilər çoxçaylı
konsorovtiv əlaqələri ilə seçilirlər (şəkil 4.2). Konsorsiumun digər üzvləri də
öz növbəsində daha kiçik konsorsiumlar, yəni birinci, ikinci, üçüncü və s.
konsorsium sıraları yarada bilər. Ümumiyyətlə, konsorsiumların mərkəzi
üzvləri çox vaxt bitkilər olur.
Beləliklə, biosenoz növlər arasındakı sıx topik və tropik əlaqələr əsasında
yaranan bir-birilə bağlı konsorsiumlar sistemindən ibarətdir.
4.1.2.
Biosenozun ərazi (məkan) strukturu
Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki
hissəsində - fitosenozda bitkinin yerüstü və yeraltı hissələrinin yayılması ilə
müəyyən olunur.
Müxtəlif boya malik olan bitkilər bir yerdə olduqda fitosenoz çox vaxt
aydın yarusluq (mərtəbəlik) quruluşunu alır: assimlyasiya edən bitkinin
yerüstü orqanları və yeraltı hissələri bir neçə qatda yerləşərək
61