saxlama qabiliyyətinə malikdir. Belə populyasiyada bu və ya digər yaş qrupu
üstünlük edə bilər. Bununla əlaqədar olaraq cavan, ortayaşlı və qoca (yaşlı)
normal senopopulyasiyalar ayrılır.
Senopopulyasiyanın yaş strukturu əsasən növün bioloji xüsusiyyətləri ilə
(toxumvermənin - meyvəvermənin dövriliyi, məhsuldar toxumların və
vegetativ rüşeymiərin sayı, toxumların bitiş faizinin qalma müddəti, fərdlərin
bir yaş qrupundan digərinə keçmə sürəti, klon əmələgəlmə qabiliyyəti və b.)
təyin olunur. Göstərilən bütün bioloji xüsusiyyətlərin təzahürü ətraf mühit
şəraitindən asılıdır.
Bir senopopulyasiyanın fərdlərinin inkişafı və bir yaş qrupundan digərinə
keçmə sürəti müxtəlif intensivlikdə ola bilər. Normal inkişafla, yəni yaş
vəziyyətləri biri digərini adi ardıcıllıqla əvəz etməsi ilə müqayisədə inkişaf
tezləşə və gecikə bilər, ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxa bilər, təkrar
sükutluq başlaya bilər, fərdlərin bir hissəsi cavanlaşa və ya məhv ola bilər. Bir
sıra çəmən, meşə, bozqır növləri istixanada və ya əkinlərdə yaxşı aqrotexniki
fonda becərildikdə öz ontogenezlərini qısal- dır, məsələn, çəmən topalotu və
çobantoxmağı 20-25 ildən 4 ilə qədər, yaz gülülü (xoruzgülü) 100-dən 10-15
ilə qədər və s. Digər bitkilər isə şərait yaxşılaşdıqda (məs. adi zirə) ontogenez
uzana bilər.
Quraqlıq illərində və intensiv otarma zamanı senopopulyasiyanın
ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxır, bəzi növləri vaxtsız senil vəziyyətinə
keçir, bəzi növlərin isə cavan və yetişmiş generativ fərdlərində çiçəkləmə
fasilə verərək elə bil ki, cavanlaşır və ontogenezini uzadır.
Yaş spektri yalnız xarici şəraitlə deyil, həm də növün reaktivliyindən və
davamlığmdan asılı olaraq tərəddüd edir. Otarmaya qarşı bitkilərdə müxtəlif
maneələr olur: otarmada bəzi bitkilərdə cavanlaşma baş verir, belə ki, qocalma
həddinə çatmamış məhv edilir (məs. yovşan), digərində isə bərpa aşağı
düşdüyündən senopopulyasiyanın qocalmasına səbəb olur (məs. bozqır növü
Ledebur çiləotu).
Bəzi növlərdə arealın bütün sahəsində geniş diapazon şəraitində normal
senopopulyasiyalar yaş strukturunun əsas əlamətlərini saxlayır (məs. adi
göyrüş, dovşantopalı, çəmən topalı və s.). Belə yaş spektri əsasən növün
bioloji xassələrindən asılı olub baza spektri adlanır.
Baza spektri ən çox davamlı qruplaşmalarda edifıkator növlərin se-
nopopulyasiyalarına xasdır.
Fərdlər nə qədər böyük olarsa, onun mühitə və qonşu bitkilərə təsiri geniş
sferdə olur. Əgər senopopulyasiyanın yaş spektrində yaşlı vegetativ fərdlər,
cavan və ortayaşlı generativ fərdlər üstünlük təşkil edərsə, bütün populyasiya
bütövlüklə digərləri arasında davamlı vəziyyət tu- tacaqdır.
Beləliklə, senopopulyasiyanın təkcə sayı deyil, həmçinin yaş spektri
52
onun vəziyyətini və xarici mühitin dəyişən şəraitinə uyğunlaşmasını əks etdirir
və biosenozda növün mövqeyini təyin edir.
Populyasiyanm ərazi (məkan) strukturu fərdlərin və onların
qruplaşmalarının landşaftın müəyyən elementlərinə və bir-birinə nisbətən
yerləşmə xarakterini göstərir və növə uyğun ərazidən istifadə tipini əks etdirir.
Ərazidə fərdlərin qanunauyğun yayılması (paylanması) mühüm bioloji
əhəmiyyət kəsb edir və əslində populyasiyanm normal fəaliyyətinin bütün
formalarının əsası sayılır. Məkanca strukturlaşma hər şeydən əvvəl mühit
resurslarından (qida, qoruyucu, mikroiqlim və s.) daha effektli istifadə etməyi
müəyyənləşdirir, populyasiya daxilində fərdlərin rəqabətlik münasibəti
səviyyəsini aşağı salır. Bunun əsasında növün biokütləsinin və bioloji
aktivliyinin yüksək səviyyədə qalmasına imkan yaranır. Bu, həmin
populyasiyanm biosenozun digər növləri ilə qarşılıqlı əlaqəsində mövqeyini
möhkəmlədir və onun sabit mövcudluğu ehtimalını artırır.
Ərazi strukturlaşmanm bioloji rolunun digər aspekti fərdlər arasında
populyasiyadaxili kontaktı (əlaqəni) lazımi səviyyədə sabit saxlamağın əsası
sayılır. Populyasiyanm həm növ (çoxalma, yayılma və s.), həm də biosenotik
funksiyasının (dövranda iştirakı, bioloji məhsulu yaratmaq, digər növlərin
populyasiyalarma təsir) yerinə yetirilməsi yalnız ayrı-ayrı fərdlər və onların
qruplaşmalarının arasındakı sabit qanunauyğun qarşılıqlı təsirlər əsasında
mümkündür. Strukturlaşmış sistemdə belə qarşılıqlı təsirin saxlanması ərazidə
populyasiya elementlərinin nizamsız, təsadüfi yayılmasına nisbətən daha
etibarlı təmin olunmuşdur.
3.3.
ƏRAZİ YAYILMA TİPLƏRİ
Populyasiyada fərdlərin ərazidə (məkanda) yayılmasının aşağıdakı
prinsipial tipləri ayrılır: bərabər (müntəzəm), diffuz (təsadüfi) və qrupla
(mozaik).
Bərabər paylanma (yayılma) tipində hər bir fərd bütün qonşu fərd-
lərdən bərabər məsafədə yayılır. Nəzəri baxımdan belə yayılma tipində
minimal rəqabətlik dərəcəsində resursdan tam istifadə edilməsinə uyğun gəlir.
Lakin təbiətdə fərdlərin bərabər paylanmasına çox nadir halda rast
gəlmək mümkündür.
Belə yayılma xarakteri yaxın bəzi eyninövlü bitki qruplarına (kolluğuna)
xasdır, burada bəzi oturaq onurğasızların sıx populyasiyalarma rast gəlinir.
Bərabər yayılma tipinin prakfiki olaraq mümkünsüzlüyü hər şeydən əvvəl
yaşama mühitinin müxtəlifliyi olub fərdlərin bərabər paylanmasını pozur.
53