Haqqında danışılan ekoloji qrupun oksər növlərində qaz mübadiləsi
xüsusi lənəfius orqanlarının köməyi ilə yerinə yetirilir, lakin bununla yanaşı,
qaz mübadiləsi örtük vasitəsilə tamamlanır. Bəzi növlər yalnız dərisi ilə (məs.
torpaq soğulcam, enxitreid) tənəffüs edir. Torpaqeşən (yereşən) heyvanlar
əlverişsiz vəziyyət baş verdikdə qatlardan çıxırlar. C^uraqlıq vaxtı və qışa
yaxın onlar daha dərin qatlarda, yerin səthindən bir neçə on santimetrdə
konsentrasiya olunur.
Torpağın meqafaunası - əsasən məməlilərdən ibarət olub iri yereşən-
lərdir. Bir sıra növlər bütün həyatını torpaqda keçirir (Avrasiyada - kor- siçan,
sokor, köstəbək; Afrikada - qızıiköstəbək; Avstraliyada - kisəli köstəbək).
Onlar torpaqda yollar və yuvalar sistemi qazırlar. Bu heyvanların xarici
görkəmi və anatomik xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı
əks etdirir. Onlar inkişafdan qalma gözlərə, qısa boğazlı kompakt, dalğalı
bədənə, qısa sıx xəz dəriyə, möhkəm dırnaqlı güclü qazıcı sonluğa malikdirlər.
Torpağın meqafaunasma cənub ya- rımqütbündə tropikada məskunlaşan iri
oliqoxetlər, xüsusilə Megasco- lecidae fəsiləsindən olan nümayəndələri aiddir.
Onlardan ən böyüyü Av- staliya Megascolides australis olub uzunluğu 2,5,
bəzən 3 m-ə çatır.
Torpağın daimi sakinlərindən başqa iri heyvanlardan yuvalarda yaşayan
böyük ekoloji qrupu (marmot, sünbülqıran, dovşan, porsuq, ərəbdovşanı və b.)
ayırmaq olar. Onlar yerin üzərində qidalanır, lakin torpaqda çoxalır, qışlayır,
istirahət edir, təhlükədən qorunur. Bir sıra digər heyvanlar da bu yuvalardan
istifadə edir, burada əlverişli mikroiqlim tapır və düşmənindən gizlənirlər.
Bir sıra ekoloji xüsusiyyətlərinə görə torpaq su və yerüstü aralıq mühit
hesab olunur. Torpağı su ilə yaxınlaşdıran cəhətlər onun temperatur rejimi,
oksigenin azlığı, torpaq havasının su buxarları ilə doyması və suyun müxtəlif
formalarda mövcudluğu, torpaq məhlulunda duzların və üzvi maddələrin
olmasıdır.
Torpağı hava mühiti ilə yaxınlaşdıran torpaq havasının mövcudluğu, üst
qatların quruma təhlükəsi və temperatur rejiminin kifayət qədər kəskin
dəyişməsidir.
Heyvanların yaşama mühiti kimi torpağın aralıq ekoloji xassələrinə
əsasən ehtimal etmək olar ki, torpaq, heyvanat aləminin təkamülündə mühüm
rol oynamışdır.
47
III
FƏSİL
POPULYASİYALAR
Ekologiyada və genetikada populyasiya müəyyən ərazidə yerləşən,
bir-biri ilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində uzun müddət sayını
tənzim edə bilən hər hansı növün fərdlər qrupudur. Populyasiya növün quruluş
vahidi, təkamül vahidi və yaşama forması sayılır. Başqa sözlə populyasiya bir
növün müəyyən yaşama yeri olan və təbii qruplaşmanın (birliyin) hissəsi kimi
fəaliyyət göstərən istənilən orqanizmlər qrupudur, yaxud populyasiya vəhdət
halında fəaliyyət göstərən ekosistemin komponentidir.
«Populyasiya» termini ekologiyaya demoqrafiyadan keçmişdir, mənası
da xalq, əhali deməkdir, (lat. populus).
Populyasiya qrup halında birləşmə olduğu üçün mühitə uyğunlaşma
qabiliyyəti ayrı-ayrı fərdlərə nisbətən daha geniş olub bir sıra spesifik
xassələrə malikdir. Bunlar aşağıdakılardan ibarətdir:
1)
Populyasiyanın sayı - onun tutduğu ərazi vahidində yayılmış həmin
növdən olan fərdlərin sayı ilə ifadə olunur.
Müxtəlif növlərin populyasiyalarında fərdlərin sayı (və ya miqdarı)
müxtəlifdir, lakin müəyyən həddən aşağı ola bilməz. Fərdlərin sayı müəyyən
həddən az olarsa populyasiyanı məhv edər. Əgər populyasiya məhdud ərazi
daxilində yaşayırsa və sayı az olarsa, fərdləri bilavasitə saymaq mümkündür,
məs. Şirvan qoruğunda olan ceyranların sayı.
Populyasiyanın sayı mövsüm və illər üzrə kəsgin dəyişə bilər. Məs.
Lemminqlər (xırda gəmiricilər), adi çəyirtgə, xəstəliktörədən bakteriya- lar,
bə’zi zərərverici həşəratlar ayrı-ayrı illərdə kütləvi çoxalır. Uzunömürlü bitki
və heyvan populyasiyalarının sayı sabit olur. Açıq sahələrdə yaşayan
həşəratların və birillik bitkilərin populyasiyalarının sayı yüz min və
milyonlarla olur. Fərdlərin sayı bir neçə yüzdən az olan populya- siyalar
təsadüfi səbəblərdən (yanğın, sel, havanın dəyişməsi) azala bilər və fərdlər
məhv olub gedər. Əgər populyasiyanın sayı olduqca böyük olub saymaq qeyri
mümkün olarsa, onda populyasiyanın sıxlığını müəyyənləşdirib onun tutduğu
sahəyə vurmaqla sayını tapmaq olar.
Bir çox növlərin populyasiyaları öz sayını tənzimləmək xassəsinə
malikdir. Konkret şəraitdə populyasiyanın ən çox optimal (əlverişli) sayına
onun homeostazı deyilir. Müxtəlif növlərin populyasiyalarında ho- meostatik
imkanlar müxtəlif olur.
2)
Populyasiyanın sıxlığı çox vacib göstərici olub onun məkan vahidinə
düşən miqdarıdır; yəni sahə və ya həcm vahidinə düşən populyasiya
fərdlərinin sayı və biokütləsidir, populyasiya öz sıxlığını tənzimləməklə
48
növün nəslini qoruyub saxlayır. Populyasiyanın sıxlığını nizamlamaq üçün
mütəlif kompleks süni tədbirlər də həyata keçirilir. Məs. ilin çox çətin
dövrlərində heyvanlar əlavə yemlə təmin edilir, yaxud bir yerdən başqa yerə
köçürülür, brakonyerlərlə mübarizə tətbiq edilir. Meşədə ağaclar çox sıx
olduqda cavan və yetişgənlik yaşlarında «işıqlandırma», «seyrəltmə» və
«keçid» qırıntıları tətbiq olunur.
Populyasiyalar müəyyən quruluşa malik olub özlərini müxtəlif yaş, cins,
ölçü miqdarında və genetik cəhətdən göstərir.
Növün populyasya strukturu
Hər növ müəyyən ərazini (areal) tutaraq orada populyasiya sistemini
yaradır. Ərazi nə qədər çox parçalanmış olarsa, orada məskunlaşan növün
ayrı-ayrı populyasiyalara ayrılma imkanları çoxalır. Lakin növün populyasiya
strukturunu onun bioloji ayrılması - onu təşkil edən fərdlə- rin hərəkətliyi və
əraziyə bağlılıq dərəcəsi, həmçinin təbii maneələri dəf etmək qabiliyyəti
müəyyənləşdirir.
3.1.
POPULYASİYANIN TƏSNİFATI
Populyasiyaları növ daxilində ərazi qruplaşması kimi ayırmaq və
təsnifatını vermək üçün ekoloqlar müxtəlif prinsiplərə əsaslanır. N.P.Naumova
(1967) görə növün ən böyük ərazi qruplaşması yarımnöv və ya coğrafi irqlər
hesab olunur. Yarımnöv sistemi və onun tutduğu ərazinin böyüklüyü növün
bioloji xüsusiyyətlərindən asılıdır. Yarım- növün arealları hərəkətedən
formalarda olduqca böyük ola bilər. Onların daxilində eyni coğrafi şəraitə
malik olan ərazilərdəki iqlimə, relyef və landşafta uyğunlaşan coğrafi
populyasiyalar ayrılır. Onlar da öz növbəsində mühitin müxtəlif sahələrində
məskunlaşan daha kiçik populyasiya- lardan ibarət olur. N.P.Naumova (1963)
görə coğrafi populyasiya bir növün (və ya yanmnövün) eyni şəraitə malik olan
ərazilərdə məskunlaşan, ümumi morfoloji tip və həyat hadisələrinin vahid
ritmi və orqanizmlərin dinamikası ilə seçilən fərdlərin məcmusudur. Coğrafi
miqyasda belə qruplaşmalar fərdlərin bu və ya digər rayonda yarımnöv arealı
hüdudunda eyni şəraitdə, eyni istiqamətdə uyğunlaşması prosesində əmələ
gəlir. Bioloji coğrafi populyasiyalar məhsuldarlıq səviyyəsinə, heyvanlarda isə
həm də aparıcı qida tipi, fərdlərin hərəkətlik dərəcəsi, oturaq və ya miqrasiya
həyat tərzinə görə fərqlənə bilər. Bir coğrafi po- pulyasiyanın fərdlərini
birləşdirən xarakterik cəhət onların həyat ritmi- nin birliyidir. Aşağı dərəcə
(ranq) populyasiyalar üçün müxtəlif adlar işlənir. Bunlardan ekoloji biotopik,
yerli, lokal, elementar və b. populya- siyaları göstərmək olar. Belə
populyasiyalar müvəqqəti və qeyri-stabil ola bilər. Populyasiyanın ranqı
(dərəcəsi) nə qədər aşağı olarsa, po-
49
Dostları ilə paylaş: |