faktorlar adlanır.
Dövri və qeyri dövri faklorların ayrılması orqanizmlərin həyat şəraitinə
uyğunlaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Hər bir faktorun orqanizmə müsbət təsiri yalnız müəyyən həddə (dozada)
olur. Dəyişkən faktorun təsirinin nəticəsi hər şeydən əvvəl onun təzahür
gücündən asılıdır. Faktorun həm çatışmayan (az), həm də izafi miqdarda təsiri
fərdlərin həyat fəaliyyətinə mənfi təsir göstərir. Faktorun əlverişli təsir gücü
(dozası) müəyyən növün orqanizmi üçün ekoloji faktorun optimum zonası və
ya sadəcə olaraq optimumu adlanır. Optimumdan kənara çı.xma (sapma)
güclü olduqca həmin faktorun or- qainizmə məhvedici gücü də yüksək olur
(pessimum zonası). Ekoloji faktorun maksimum və minimum dözümlülük
rolu kritik nöqtə sayılır və bu nöqtədən kənarda artıq yaşayış (həyat)
mümkün olmayıb ölüm başlayır. Kritik nöqtələr arasındakı dözümlülük həddi
hər hansı bir konkret faktora görə canlı orqanizmin ekoloji valentliyi adlanır.
Müxtəlif növlərin nümayəndələri həm optimum vəziyyətinə, həm də ekoloji
valentliyinə görə bir-birindən kəskin fərqlənir.
Mühitin abiotik faktorlara münasibəti baxımından geniş ekoloji valentliyi
göstərmək üçün faktorun adına «evri» önşəkilçisi əlavə edilir. Ev- riterm
növlər temperaturun böyük tərəddüdünə davam gətirən,
evriqal orqanizmlər
mühitin duzluluğunun və kimyəvi tərkibinin çox dəyişməsinə dözən,
evrioksibiontlar suda oksigenin çox dəyişməsinə davam gətirən,
evrion
növlər - PH mühitinin çox dəyişməsinə davam gətirən növlər, əksinə,
faktorun böyük dəyişməsinə davam gətirə bilməyən və ya dar ekoloji valentlik
«steno» önşəkilçisi ilə qeyd edilir.
Məs., stenoterm, ste- noqaf stenotop,
stcnooksibiont orqanizmlər.
Ekoloji faktorlar arasında həmçinin limitləşdirici faktorlar ayrılır. Bu
faktorlar müəyyən növ üçün ekstremal hesab olunan şəraitdə yaşamaq
imkanını məhdudlaşdırır.
Limitləşdirici faktorların əhəmiyyəti haqqında fikri ilk dəfə XIX əsrin
ortalarında alman aqrokimyaçısı Y.Libix irəli sürmüşdür. O, göstərmişdir ki,
limitləşdirilmiş faktorlar (məsələn, istilik, işıq, su) yalnız faktorun azlığı
(çatışmazlığı) deyil, həm də onun bolluğu (izafıliyi) ola bilər. Y.Libix
«minimum» qanununu müəyyən etmişdir: məhsul minimum vəziyyətdə olan
faktordan asılıdır. Məsələn, əgər torpaqda faydalı komponentlər bütövlükdə
tarazlaşdırılmış sistem təşkil edirsə və yalnız fosfor minimum miqdardadırsa,
bu faktor məhsulu azalda bilər. Lakin torpaqda mineral maddələr optimal
miqdarda faydalı olduğu halda, onların hədsiz çox olması da məhsulun
azalmasına səbəb olur. Deməli, faktorlar maksimum miqdarda olduğu halda
da limitləşdirilmiş faktor ola bilər.
Beləliklə, tələbatla (optimum miqdarla) müqayisədə özünün azlığı
29
(çatışmazlığı) və hədsiz çoxluğu (izafıliyi) ilə orqanizmin inkişafını
məhdudlaşdıran faktorlar Hmitləşdirici faktorlar adlanır. Bəzən bu
faktorlara məhdudlaşdırıcı faktorlar da deyilir. Deməli, orqanizmlər ekoloji
minimum və ekoloji maksimumla xarakterizə olunur: bu iki miqdar (ölçü)
arasındakı diapazonu tolerantlıq hüdudu (tolerantlıq qanunu) adlandırmaq
qəbul edilmişdir (V.Şelford, 1913). Y.Odum (1975) tolerantlıq qanununu
tamamlayan aşağıdakı məqamları göstərir.
1.
Orqanizm bir faktora görə geniş, digərinə isə dar diapazonda
tolerantlığa malik ola bilər.
2.
Bütün faktorlara qarşı geniş diapazonluğa malik olan orqanizmlər
adətən geniş yayılmışdır.
3.
Hər hansı növ üçün ekoloji faktorun biri üzrə şərait optimal deyilsə,
digər ekoloji faktora qarşı da tolerantlıq diapazonu məhdudlaşa (darala) bilər.
Məs., azotun limitləşdirilmiş miqdarı zamanı taxıl bitkisinin quraqlığa
davamlığı aşağı düşür; azotun miqdarı az olduqda solmanın qarşısının
alınmasına çox, azotun miqdarı çox olduqda isə nisbətən az su tələb olunur.
4.
Çoxalma dövrü adətən kritik olur; bu dövrdə bir sıra mühit faktorları
çox vaxt limitləşdirilmiş olur.
Tolerant orqanizmlər ətraf mühitin əlverişsiz dəyişkənliyinə olduqca
dözümlü növlər hesab olunur.
2.2.
EKOLOJİ FAKTORLARIN ORQANİZMƏ TƏSİRİ
2.2.1.
Temperatur
Mühüm Hmitləşdirici faktorlardan hesab olunur. Temperatur daim təsir
göstərən faktor sayılır; onun kəmiyyətcə göstəricisi geniş coğrafi, mövsümi və
sutkalıq müxtəlifliyi ilə səciyyələnir. Belə ki, səhrada qum səthində
temperatur 60®C-yə qalxa bilir. Şərqi Sibirdə isə havanın minimum
temperaturu mənfi VO^C-yə enir. Ümumiyyətlə, +50-dən -SO^C temperatur
diapazonu biosferdə temperatur şəraitin fundamental xarakteristikası hesab
olunur, hərçənd bu parametrlərdən sapmalar da olur.
İqlim zonalarına görə temperatur rejimindəki fərq - Arktika və
Antarktikanın sərt və uzun sürən qışı və sərin qısa yayı olan qütb
səhralarından, yüksək və nisbətən sabit temperatur ilə seçilən ekvator
vilayətlərinə qədər yaxşı təzahür olunan konkret ərazinin temperatur şəraitinə
dənizə olan yaxınlığı, relyef və digər faktorlar təsir göstərir. Aşağı en
dairəsinin sahil vilayətində və ya rütubətli tropikada temperatur rejimi yüksək
stabilliyi ilə fərqlənir. Məsələn, Ekvatorda temperaturun illik dəyişmə
amplitudu cəmi 6*^0, Konqo çayı hövzəsində orta aylıq kontinental fərqi
-1-2®C təşkil edir. Halbuki, kontinental səhralarda tempera
30