siyaya sədr seçilir. 1963-cü ildə isə H.Əliyevin təşəbbüsü ilə Respublika
'kəbiəti Mühafizə Cəmiyyəti yaradılır. Onun uzun illər rəhbərlik etdiyi bu
cəmiyyət bitki örtüyünün, o cümlədən meşələrin mühafizəsi və bərpası,
həmçinin respublikanın ayrı-ayrı rayonlarında yaşıllaşdırma üzrə böyük
tədbirlər həyata keçirilir. Məsələn, H.Əliyevin təşəbbüsü ilə Də- vəçi, Şamaxı,
Zəngilan və Talışın Zuvant zonasının arid meşə-bitmə şə- riatində püstə,
badam, saqqızağac, eldar şamı, iydəyarpaq armud və sərv ağacından ibarət
salman bağlar, meşə-bağlar təqdirə layiqdir. Hazırda bu bağlardan bol məhsul
yığılır.
H.Ə.Əliyev öz təşəbbüsü ilə 1975-ci ildə yaratdığı «Azərbaycan təbiəti»
elmi kütləvi jurnalın baş redaktoru idi. Son 25 il ərzində bu dövri nəşrdə
(redaktoru xalq şairi Məmməd Arazdır) respublikanın bitki örtüyünün
vəziyyəti, orada gedən pozitiv və neqativ hallar, ayrı-ayrı bitki növlərinin
yayılması, mühafizəsi və bərpası haqqında maraqlı məlumatlar, tövsiyələr
verilir.
Q.Ş.Məmmədov meşə ekosistemlərinin məhsuldarlığına təsir göstərən
ərazilərin ekoloji xüsusiyyətlərinin aşkar edilməsi, meşə torpaqlarının
münbitliyinin bal və pul vahidi ilə qiymətləndirilməsinin ekoloji əsasları, meşə
torpaqlarının
meşə-meliorativ
qruplaşdırılması
və
yeni
əsasda
xəritələşdirilməsi, münbitliyinin mühafizəsi və idarə edilməsi üzrə təkliflərin
hazırlanması istiqamətində geniş tədqiqatlar aparmışdır. Onların nəticələri
monoqrafiya, kitabça və məqalələrdə nəşr edilmişdir (Məmmədov, 1979,
1991, 1997, 1998,2000 vəs.).
Zoologiya sahəsi
Azərbaycanda zoologiya elminin tarixi və inkişafı M.Ə.Musayevin
(1987) məlumatına əsaslanaraq şərh olunur.
Azərbaycanın çoxcəhətli faunası bir çox təbiətşünasların və səyyahların
diqqətini cəlb etmişdir. Hələ eramızdan əvvəl IV-III əsrlərdə Qobustanda
yaşayan ibtidai insanlar qayalar üzərində Azərbaycanın heyvanlar aləminin
müxtəlif nümunələrini - öküz, maral, at və s. təsvir edirdilər.
Azərbaycanın heyvanlar aləmi haqqında ilk məlumatlara qədim yunan və
Roma səyyahlarının (Herodot, Klavdi Elian), coğrafiyaşünasların (Əl-İstəhri,
Rubruk, Tavernye, Oleari, X-XII əsrlər) əsərlərində, böyük Azərbaycan
şairlərinin poemalarında (Nizami, XII əsr; Füzuli, XVI əsr) və s.-də rast
gəlmək olar.
S.Q.Qmelinin 1770 və 1773-cü illərdə gəlişi Azərbaycan faunasının
tədqiqinin başlanğıcı sayılmalıdır. Görkəmli təbiətşünaslardan Menet- rie,
Qoqenaker, Radde, Ber, Qrimm, Kessler və başqaları müxtəlif vaxtlarda
Azərbaycanda olmuş və tədqiqatlar aparmışlar. Onlar bir çox yeni
24
heyvan növbri təsvir etmişlər. 1867-ci ildə Tillisdə Qafqaz muzeyi təşkil
olunmuşdur. XIX əsrin ikinci yarısından etibarən bu muzeyin işçiləri
Azərbaycanın müxtəlif quberniyalarının faunasını tədqiq etmiş və bir sıra
zərərli gəmirici növlərin, çəyirtkəkimilərin və s.-nin kənd təsərrüfatında
rolunu müəyyənləşdirmişlər. Burada həm də zərərvericilərə qarşı mübarizə
tədbirləri hazırlanır və aparılırdı. Bu muzeyin (indi Gürcüstan Dövlət Muzeyi)
mövcud olduğu dövr ərzində burada Azərbaycan faunası üzrə ayrı-ayrı
şəxslərin müxtəlif vaxtlarda yığdığı zəngin material toplanmışdır.
Beləliklə, XX əsrin əvvəllərinə qədər Azərbaycanın heyvanlar aləmini
yalnız gəlmə alimlər öyrənirdi.
1932-ci il Azərbaycanın inkişaf etməkdə olan zoologiya elmi üçün
xüsusən əlamətdar oldu. Həmin ildə hökumətin qərarı ilə SSRİ HA
Zaqafqaziya filialı Azərbaycan şöbəsinin tərkibində zoologiya bölməsi
yaradıldı. Onun tərkibində 2 seksiya fəaliyyət göstərirdi: quru və su faunası.
Hazırda Azərb.MEA Zoologiya İnstitutu əməkdaşlarının və digər
müəssisə və ali məktəblərdə çalışan zooloqların apardıqları çoxillik
tədqiqatların nəticəsində Azərbaycanın zəngin heyvanlar aləmindən (təxminən
18 min heyvan növü) aşağıdakılar müəyyən edilmişdir:
1500 növdən artıq ibtidai, 1200 növdən çox heyvanlarda parazitlik edən
qurdlar (helmintlər), 300 növdən artıq fitohelmint, təxminən 290 növ rotatori,
360 növdən çox xərçəngkimi, təqribən 14 min növ həşərat, 1100 növdən artıq
hörümçəkkimi, 181 növ ilbiz, 101 növ və forma balıq, 10 növ suda-quruda
yaşayan, 54 növ sürünən, 348 növ quş, 97 növ mə- məli (o cümlədən 13 növ
həşəratyeyən, 24 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşan kimi, 19 növ
yırtıcı, 9 növ dırnaqlı, 1 növ kürəkayaqlı). Respublika faunasından 109 növ
heyvan «Azərbaycanın Qırmızı kitabı»na daxil edilmişdir.
25
II
FƏSİL
TƏBİİ MÜHİT VƏ EKOLOJİ FAKTORLARIN
QANUNAUYĞUN TƏSİRİ
2.1.
MÜHİT VƏ EKOLOJİ FAKTORLAR
Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub
onlarla bilavasitə qarşılıqlı əlaqədədir. Mühitin tərkib hissələri və xassələri
çox müxtəlif və dəyişkəndir. Hər bir canlı, daim mürəkkəb və dəyişkən
həyatına uyğunlaşır və onun dəyişkənliyinə uyğun olaraq həyat tərzini
nizamlayır.
Planetimizdə canlı, ona xas olan şərait ilə bir-birindən fərqlənən
orqanizmlər 4 əsas yaşayış mühitini mənimsəmişlər, tik dəfə həyat su
mühitində baş vermiş və yaylmışdır. Sonralar canlı orqanizmlər yer səthi-
hava mühitinə yiyələnərək torpaq əmələ gətirmiş və orada məskən salmışlar.
Dördüncü spesifik həyat mühiti isə canlı orqanizmlərin özü olmuşdur. Onların
hər biri özündə məskunlaşan parazit və simbiontlar üçün tam həyat mühiti
hesab olunur.
Orqanizmlərin mühitə uyğunlaşması adaptasiya adlanır. Adaptasiya
qabiliyyəti həyatın əsas xassələrindən biridir, belə ki, həyatın mövcudluğunun
mümkünlüyünü, orqanizmlərin çoxalıb artmasını təmin edir. Adaptasiya
növlərin təkamülü gedişində baş verir və dəyişir.
Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri
ekoloji faktorlar adlanır. Mühit faktorları olduqca müxtəlifdir. Onlar canlı
qruplaşmalar üçün vacib və ya əksinə, zərərli ola bilər, onların yaşamasına və
çoxalmasına səbəb və ya mane ola bilər. Ekoloji faktorlar üç əsas qrupa
bölünür: abiotik, biotik və antropogen.
Abiotik faktorlar bütün qeyri-üzvi mühit faktorların məcmusunu təşkil
edib bitki və heyvanların həyatına və yayılmasına təsir göstərir. Onlar fiziki,
kimyəvi və edafık faktorlara bölünür.
Fiziki faktorların mənbəyi fiziki vəziyyət və ya hadisə (mexaniki,
dalğalı və s.) sayılır. Məsələn, temperatur, əgər o, çox yüksəkdirsə, yanma
(yanıq), çox aşağı olduqda isə donma (donuşluq) baş verir. Temperaturun
təsirinə digər faktorlar da təsir göstərə bilər, məsələn, suda-axın, quruda isə
külək, rütubətlik və s.
Kimyəvi faktorlar - mühitin kimyəvi tərkibi ilə əlaqədar təsir göstərir.
Məsələn, suyun duzluluğu çox olarsa, su hövzəsində həyat olmaya bilər (Ölü
dəniz), bununla belə saf suda dəniz orqanizmlərinin əksəriyyəti yaşaya bilmir.
Quruda və suda heyvanların həyatı kifayət qədər oksigenin miqdarından
asılıdır.
26
Dostları ilə paylaş: |