Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə68/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   64   65   66   67   68   69   70   71   ...   216

9.2.2

 

Çirkləndirici faktorların təsnifatı 

Fiziki-kimyəvi  parametrlərinə  görə  çirkləndirici  faktorlar  mexaniki, 



fiziki  (cnergetik),  kimyəvi  və  bioloji  faktorlara  bölünür.  Çirklənmənin 

mexaniki mənbələri atmosferdə inert toz  hissəciklərindən, suda və torpaqda 

bərk  hissəciklərdən  və  çoxlu  mürəkkəb  cisimlərdən  (əşyalardan)  ibarətdir. 

Kimyəvi çirkləndirici mənbələrə atmosferə düşən və ətraf təbii mühitin digər 

komponentləri  ilə  qarşılıqlı  təsirdə  olan  qazşəkilli,  maye  və  ağır  kimyəvi 

elementlər və birləşmələr daxildir. Fiziki (energetik) çirklənmə mənbələrinə 

istilik, səs, vibrasiya, ultrasəs, işıq enerjisinin, spektrin görünən infraqırmızı 

və ultrabənövşəyi hissəsi, elektromaqnit sahəsi, ionlaşdırıcı şüalanma daxildir. 

Bioloji  çirklənmə  insanın  iştirakı  ilə  və  onun  özünə  və  canlı  təbiətə  zərər 

yetirən müxtəlif orqanizm növləri ilə bağlıdır. 

Müasir təsəvvür baxammdan, sistemli yanaşmaya əsaslanan (Stad- nitski, 

Rodionov,  1988,  şəkil  9.1)  ən  dolğun  təsnifat  ekoloji  sistemin  çirklənməsi 

təsnifatı  sayılır.  İnqrcdiyent  çirklənmə  dedikdə,  kəmiyyət  və  keyfiyyətcə 

təbii  biogeosenozlara  yad  olan  maddələrin  məcmusu  başa  düşülür. 



Parametrik  çirklənmə  ətraf  təbii  mühitin  keyfiyyət  parametrlərinin 

dəyişməsidir. Biosenotik çirklənmə canlı orqanizmlərin populya- siyalarınm 

tərkib  və  strukturuna  təsirlə  əlaqədardır.  Stasial-destruksion  çirklənmə 

təbiətdən istifadə prosesində landşaftın və ekoloji sistemin dəyişməsi sayılır 

və təbii sistemin transformasiyasının intensivliyi ilə təyin olunur (şəkil 9.1). 

Çirklənmənin təbii mühitdə yayılması 9.2 saylı şəkildə verilir. Şəkildən 

göründüyü  kimi,  çirklənmə,  ehtimal  ki,  yalnız  bir  istiqamətdə  deyil,  əks 

istiqamətdə də keçə bilər. 



1 7 1  


 

 



 

Şəkil 9.2. Təbii mühitdə və biotada çirklənmənin yayılması (İzrael, 1984) 

Cədvəl 9.2 

Çirklənmənin əsas növləri və mənbələri 

Çirklənmə növləri

 

Göstərilən çirklənmə növü üçün xas olan sənaye sahəsi

 

1

 

2

 

Hava

 

Halogen tərkibli birləşmələr

 

Kimya, soyuducu

 

Metal hissəcikləri

 

Metallurgiya, dağ-mədən

 

Karbohidrogenlər

 

İstilik energetikası, nəqliyyat

 

CO:., SO., NO, NO.

 

«—»

 

Torpaq

 

Aktiv lil

 

Bioloji təmizləyicinin şəhər stansiyası

 

Kül, şlak

 

Energetik, metallurgiya

 

Metal

 

Metallurgiya, kimya

 

Zibil

 

Məişət-kommunal təsərrüfat, şəhər təsərrüfatı

 

Plastmas, üzvi maddələr

 

Kimya

 

Radioniıklidlər

 

AES, hərbi

 

Sellüloz və kağız

 

Sellüloz-kağız, kommunal-məişət təsərrüfatı

 

Su

 

Asılı hissəciklər

 

Kommunal-məişət təsərrüfatı

 

Ağır metalların ionları

 

Dağ-mədən, maşınqayırma

 

Boyaq- maddəsi, fenollar

 

Toxuculuq

 

Asanmənimsənilən və bio- gen 



maddələr

 

Kənd təsərrüfatı, şəhər təsərrüfatı

 

Liqninlər

 

Sellüloz-kağız

 

Mineral du/.lar

 

Kimya

 

1 7 3 .  



1

 

2

 

Neft məhsulları

 

Neftçıxarma, neft emalı

 

Üzvi həlledicilər

 

Kimya

 

Pestisidlər

 

Kənd təsərrüfatı

 

Radioaktiv maddələr

 

AES, hərbi

 

Sintetik səthi-aktiv maddələr

 

Şəhər axınlıları

 

İstilik

 

Energetik (AES, İES)

 

9.2.3.

 

Texnogenezin nəticələri (təzadları) 

Aqroekoloji sistemlər müasir biotexnosferin ayrılmaz tərkib hissəsi olub, 

təbii senozlar kimi daima texnogen təzyiq keçirərək, lokal, regional və qlobal 

xarakterli müxtəlif çirklənməyə məruz qalır. 

Çrklənmənin  təsiri  nəticəsində  aqroekosistemin  məhsuldarlığı  aşağı 

düşür. 


Cədvəl 9.3 

Zərərli tullantıların mənbəyindən olan məsafədən asılı olaraq 

kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı düşməsi 

(Balatski, 1979) 



Bitkilər

 

Məsafə, km

 

2...3

 

5

 

Buğda

 

18,7

 

9.4

 

Çovdar

 

15,2

 

7,6

 

Arpa

 

24,4

 

12,2

 

Vələmir

 

31,1

 

15,5

 

Qarğıdalı

 

25,0

 

12,5

 

Kartof

 

35...47

 

18...24

 

Çuğundur

 

25...62

 

13...31

 

Kətan

 

62,6

 

31,3

 

Yonca

 

33,1

 

16.6

 

Lüserna

 

37,8

 

18,9

 

İki  il  (37  həftə)  müddətində  çirklənmiş  yemlə  yemləndirilən  sağılan 



inəklər, yuyulmuş (təmiz) yem qəbul edən inəklərlə müqayisədə orta hesabla 

19,8%  az  süd  vermişdir.  Çirklənmiş  yemdən  istifadə  etdikdə  iribuynuzlu 

mal-qaranın kütlə artımında 19,4-37,5% azalma müşahidə olunmuşdur. 

9.4


 

və  9.5  saylı  şəkillərdə  texnogen  təsir  -  ətraf  mühit-bitki-heyvan- 

insan  sisteminin  istiqaməti  və  qarşılıqlı  əlaqə  xüsusiyyətlərinin  sxemi 

verilmişdir. 

Aqroekosistemlərdə  əsas  yeri  produsentlər  (avtotrof  həlqə)  tutub 

becərilən bitkilərin geniş toplumundan ibarətdir. Məhz bu həlqədə bila- 



174 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə