Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə67/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   63   64   65   66   67   68   69   70   ...   216

verir, onların əksəriyyəti ətraf təbii mühiti çirkləndirir (cədvəl 9.1). 

1970-ci  ildə  tullantıların  39%-dən  çoxu  kənd  təsərrüfatının  payına 

düşmüşdür.  Son  illər  bu  həcm  durmadan  artmaqda  davam  edir.  Lakin  bir 

qayda  olaraq,  təbiəti  mühafizə  tədbirləri  hazırladıqda  texnogenez  prosesi 

energetik,  sənaye  və  nəqliyyat  təsirlərinə  əsaslanır.  Kənd  təsərrüfatı 

tullantılarının spesifik strukturu və sonrakı transformasiyası prosesində onlar 

təbii komponentlərlə (torpaq, su və s.) bilavasitə təmasda və aktiv qarşılıqlı 

əlaqədə olur. 



Cədvəl 9.1 

1970-ci ildə dünyada istehsalat tullantılarının həcmi (mln. ton) 

və strukturu (Torçeşnikov və b., 1981) 

Tullantıların qrupları

 

«Klassik» 



enerjinin 

istehsalı

 

 

naye

 

Kənd

 

təsərrü

 

fatı

 

Kom

 

munal

 

məişət

 

bölməsi

 

Cəmi

 

Atmosferi çirkləndirən əsas 



qazomələgətirən maddələr

 

17.326

 

47

 

1460

 

873

 

19706

 

Atmosferə atılan bərk 

hissəciklərin tullantıları

 

133

 

91

 

14

 

3

 

241

 

Bərk tullantılar

 

-



 

4000

 

-



 

1000

 

5000

 

Karbohidrogenlər

 

42

 

14

 

9

 

4

 

69

 

Üzvi tullantılar

 

-



 

-

 



4500

 

30

 

4530

 

Fekal tullantılar

 

-

 



-

 

9400

 

180

 

9580

 

Cəmi

 

17501

 

4152

 

15383

 

2090

 

39126

 

Quru sahəsinin təxminən üçdə bir hissəsində insan fəaliyyəti təzahür 



olunmur. Təxmini belə ərazilər aşağıdakılardır (%-lə): Şimali Amerikada 

37,5; MDB dövlətləri - 33,6; Avstraliya və Okeaniya - 27,8; Afrika 27,5; 

Cənubi Amerika - 20,8; Asiya - 18,6; Avropa - 2,8. 

9.2.


 

ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ 

9.2.1.

 

Çirklənmə. Çirklənmə dedikdə, təbii  və  ya bilavasitə antropogen 



mühitə,  adətən,  həmin  mühit  üçün  xarakterik  (xas)olmayan  yeni  fiziki, 

kimyəvi  və  bioloji  maddələrin,  faktorların  (agentlərin)  daxil  olaraq  insana, 

Hora və faunaya zərər yetirməsi başa düşülür. Çirklənmə insan cəmiyyətinin, 

həmçinin təbiət hadisələrinin (təbii proseslərin) müxtəlif təsiri nəticəsində baş 

verir. Çirklənmə insanın sağlamlığı və ətraf 

169 



mühitin vəziyyəti üçün təhlükə yaradır. Biosferi çirkləndirən 20000-dən artıq 

maddə məlumdur. 



Çirklənmə ekoloji sistemin dağılmasına səbəb ola bilər, mühitin qlobal fiziki-kimyəvi 

parametrlərinə  təsir  göstərir;  çirklənmə  nəticəsində  münbit  torpaqlar  itirilir,  ekoloji 

sistemin və bütövlükdə biosferin məhsuldarlığı aşağı düşür; çirklənmə sayəsində bilavasitə 

və ya vasitəli (dolayı yolla) insanın fiziki və mənəvi vəziyyəti pozulur. 

Transsərhəd kontekstində ətraf mühitə təsiri qiymətləndirmək haqqında 

Beynəlxalq  konvensiyaya  uyğun  olaraq  (1991)  ekoloji  təhlükəli  istehsal  və 

obyekt növlərinə aşağıdakılar daxildir: 



-  atom  sənayesi  (zənginləşdirilmiş  nüvə  yanacağının  istehsalı  üçün 

təyin edilmiş qurğular, işlənmiş nüvə yanacağının regenerasiyası, radioaktiv 

tullantıların kənarlaşdırılması və işlənməsi); 

 



energetika (atom, hidravlik və istilik elektrik stansiyaları, yanacağın 

yandırılması üçün iri qurğular); 

 

qara  və  əlvan  metallurgiya  (domna və marten  peçlərinin istehsalı 



üçün  qurğular,  qara  və  əlvan  metallurgiya  müəssisələri,  maşınqayırma  və 

metal emal edən müəssisələr); 

 

neft-kimya, neft və qaz emalı; 



 

kimya sənayesi (kimya kombinatları, asbest, şüşə, mineral gübrələr, 

pestisidlər və s. istehsalı); 

 



faydalı qazıntılar çıxarılması (neft və qaz daxil olmaqla); 

 



neft,  qaz,  onların  işlənmə  məhsullarının  nəql  edilməsi 

(daşınması); 



—.sellüloz, kağız, karton istehsalı; 

 



toksik 

və 

zəhərli 

tullantıların 

saxlanması, 

istifadəsi, 

basdırılması; 

 



silah  sursatının,  partlayıcı  maddələrin  və  raket  yanacağının 

istehsalı, saxlanması, daşınması və məhv edilməsi; 

 



neft,  neft-kimya,  kimya  məhsullarının,  pestisidlərin  saxlanması 

üçün iri anbarlar; 

 



yol,  avtostrad,  uzaq  məsafələri  dəmir  yolunun;  enmə  zolağının 

uzunluğu 2 km-dən artıq olan aeroport trasının tikintisi; 

 



kənd  təsərrüfatı  obyektləri  (heyvandarlıq  kompleksi,  quş 

fabrikləri, meliorativ sistemlər); 

 



iri yerüstü və yeraltı su buraxıcıları; 

 



- iri bəndlər və su anbarları; 

 



yüngül  sənaye  (təmizləyici,  yunun  ağardılması  fabrikləri,  dəri 

zavodları, boyayıcı fabriklər). 

Göstərilən  stasionar  mənbələrdən  başqa  avtonəqliyyat  (xüsusən  böyük 

şəhərlərdə),  qaz  tullantıları  ətraf  mühitə  neqativ  təsir  göstərərək  ekoloji 

təhlükə yaradır. Belə təsir ilbəil artaraq daxil olan çirkləndiricilə- rin böyük 

hissəsini təşkil edir. 



170 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə