robii ekosistemlərin vəziyyətinin və məhsuldarlığının dəyişməsi, xüsusilə
meşəsizləşdirmə və səhralaşma torpaq örtüyünün vəziyyətinə təsir göstərir, bu
isə onun sonrakı məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Nəhayət, süni
yaradılan və ya insan tərəfindən güclü dəyişikliyə uğrayan ekosistemlərdə
(aqroekosistemlərdə) baş verən ətraf mühit problemləri də torpaq örtüyünün
vəziyyətilə sıxı surətdə bağlıdır.
Potensial münbitlik nöqteyi nəzərincə qurunun böyük hissəsi aşağıdakı
məhduddiyyətlərə görə əkinçilik üçün yararsız, azyararlı və ya əlverişsiz
sayılır, (buzlaqlar daxil olmaqla ümumi sahəyə görə %-lə) (cədvəl 10.2).
Cədvəl 10.2
Quraqlıq
28%
Mineral tərkibin məhdud olması
23%
Torpağın yuxa olması
22%
Həddindən çox rütubətlik (bataqlıq)
10%
Daimi donuşluq
6%
Qeyd edək ki, torpaq bir neçə əlamətə görə azyararlı ola bilər. Odur ki,
istifadə üçün yararsız torpaqların ümumi cəmi cədvəldə göstərilənə nisbətən
azdır. Belə qiymətlərdən birinə görə dünyada şumlama üçün yararlı
torpaqların sahəsi 32,8 milyon km-dir. Bu isə qurunun ümumi sahəsinin
22%-ni təşkil edir.
İ.A.Krupenikov, V.A.Kovda (1985), Q.V.Dobrovolski, Y.D.Nikitin
(1990) və özünün (Krupenikov, 1992) elmi işlərinə və fikirlərinə əsaslanaraq
torpağın aşağıdakı əsas ekoloji funksiyalarını göstərir:
Energetik funksiya. Enerjinin çox miqdarı torpağın mineral hissəsində
toplanır, lakin bu enerji olduqca stabil olub onun davamlığını təmin edir,
maddələrin dövranı proseslərində və ekosistemlərin bioloji məhsuldarlığında
isə nisbətən az iştirak edir. Digər mühüm məsələ odur ki, bitki fotosintez
prosesində günəş enerjisini toplayır. Canlı maddədə onun dövranı tez (bir neçə
il, on illər) başa çatır, lakin canlı maddə ölmüş, quru (bitki) halında torpağa
düşdükdə qismən ilkin son məhsullara (su, CO
2
, azot və başqa kimyəvi
maddələr) qədər parçalanır, qismən isə hu- musa çevrilir. Humusda böyük
(əsrliklər) enerji ehtiyatı cəmləşərək hər il bioloji dövrandan kənarlaşır və
beləliklə, torpağın güclü enerji potensialı yaranır.
Hidroloji funksiya. Əgər torpaq olmasaydı, okeanla quru arasında suyun
dövranı tez başa çatardı. Yer səthinə düşən atmosfer yağıntıları yamac boyu
böyük sürətlə axıb çaylara, sonra isə »dəniz və okeanlara axıb gedərdi.
Özünün humusluluğu, strukturluğu (aqreqatlığı), məsaməliyi, suke-
193
çiriciliyi və rütubət tutumu ilə torpaq suyun dövranını kəskin zəiflədir,
müntəzəmləşdirir, quruda suyun böyük və geniş differensial ehtiyatının
yaranmasına şərait yaradır. Bu sular tədricən yabanı və mədəni bitkilər
tərəfindən istifadə olunur. Suyun bir hissəsi faydasız fiziki buxarlanmaya sərf
olunur.
Torpağın hidroloji və energetik funksiyaları arasında birbaşa əlaqə vardır,
torpaqda nə qədər çox (müəyyən həddə qədər) enerji toplanarsa, onun hidroloji
funksiyası da artar. Burada da torpağın humusu müəyyən rola malikdir. Qumlu
və torflu torpaqlar istisnalıq təşkil edir.
Geoloji funksiya bir-birinə əks olan iki proseslə ifadə olunur. Birinci, bu
funksiya sayəsində torpaq davamlı təbii törəmə kimi alt qatda yerləşən yumşaq
dağ süxurlarını istənilən xarakterli (yuyulma, uçqun) dağılmaqdan qoruyur.
İkinci, torpaq dağıldıqda mexaniki təsirlərin gücü (qravitasiya, külək, xüsusən
axar sular) nəticəsində aparılan torpaq materialından yeni - delüvial, hətta
prolüvial dağ süxurları əmələ gəlir, onlar bir qədər dəyişilmiş şəkildə torpağın
bir çox xassələrini özündə saxlayır. Lakin dağıdıcı proseslər davam etdikdə
«qalıq» torpaq xassələri də zəifləyir. Torpaq kütləsinin bir hissəsi eroziya
(denudasiya) zamanı dəniz və okeanlara çataraq dəniz çöküntü materialı əmələ
gətirir.
Torpağın qaz-atmosfer funksiyası -mürəkkəb və bir-birinə zidd xarakter
daşıyır. Üzvi maddələrin parçalanması zamanı bioloji dövran prosesində
torpaq atmosferə karbon qazı (CO
2
) ayırır. O, bitkilər tərəfindən fotosintez
üçün sitifadə edilir.
Əgər atmosfer və torpaq arasında daim hava mübadiləsi getməsəydi,
torpaqda oksigenin ehtiyatı cəmi 12-48 saata, ən zəngin torpaqlarda isə
maksimum 100 saata çatardı. Belə yüksək sürətli qarşılıqlı mübadiləyə
baxmayaraq, torpağın havası bir sıra göstəricilərinə görə atmosfer havasından
fərqlənib, tərkibində 10-100 dəfə çox karbon qazı və xeyli az miqdarda
oksigen saxlayır.
Torpağın bioloji funksiyası - onun canlı orqanizmlərinin, mezo və
mikrofaunasınm kəmiyyətcə xarakteristikası ilə səciyyələnir. Mikroor-
qanizmlər aktinomisetlər (şüalı göbələklər), bakteriyalar, azot bakteriya- ları
və mezofauna (o cümlədən torpaq soxulcanı) miqdarına görə müxtəlif torpaq
tipləri bin-birindən kəskin ayrılır. Bütün bu canlı orqanizmlər
torpaqəmələgəlmə proseslərində, torpağın münbitliyində böyük rol oynayır.
Biogeokimyəvi funksiya -torpağın üst qatlarında biofil elementlər, o
cümlədən mikroelementlərin toplanmasına şərait yaradır, torpağın ak-
kumulyasiya rolu olmasaydı, onların çoxu yer qabığında və hidrosferdə
«səpələnər» və biologi dövrandan çıxardı. Bu fikri dəfələrlə Vernadski (1967)
irəli sürmüşdür. Torpaqda üzvi karbon humus formasında kon-
194