Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə73/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   69   70   71   72   73   74   75   76   ...   216

tərkibi belədir: zülal - 53%; şəkər - 16%; nuklein turşusu - 18%; yağlar - 10%; 

fermentlər, vitaminlər, boy maddələri, antibiotiklər və bitkiyə lazım olan digər 

birləşmələr - 3%. 

İl  ərzində  mikroorqanizmlər  1  ha  şum  sahəsində  400  q  tiamin,  300  q 

pirodoksin  və  1  kq  nikotin  turşusu  sintez  edə  bilər  (cədvəl  10.2),  həm  də 

vitaminlərin miqdarı 5 dəfə artır. 

İşıq CO

2

 N

2

 



Fotosintez Azotfiksasiya 



 

Rizoplan 

Torpağın humusu 

Şəkil  10.2.  Torpaq-mikroorqanizmlər  -  bitki  sistemində  azotun 

toplanması  sxemi  və  fotosintezlə  azot  fıksasiyasmm  qarşılıqlı  əlaqəsi 

(Umarov, 1986) 

Mikroorqanizmlərin  miqdarının  çoxluğu,  onların  generasiya  sürətinin 

yüksək  olması  və  ömrünün  qısa  olması  nəticəsində  bioloji  dövrana  çoxlu 

miqdarda  mikrob  biokütləsi  cəlb  olunur,  bu,  torpağın  münbitliyinə,  bitkinin 

vacib  elementlərlə və həyat  üçün digər vacib maddələrlə təchiz olunmasına 

səbəb  olur,  həm  də,  bu  maddələr  balanslaşdırılmış  şəkildə  və  bitkiyə  lazım 

olan vaxtda daxil olur. 



188 


Cədvəl 10.1 

Bioloji aktiv maddələr sintez etməyə qabil olan 

bakteriyalann miqdarı (Lokxed, 1972) 

Bioloji aktiv maddələr

 

Ayrılmış bakteriya

 

ar

 

Torpaq

 

Rizosfer

 

Rizoplan

 

Tiamin

 

28,0

 

51,6

 

68,0

 

Biotin

 

14,0

 

33,3

 

43,0

 

Nikotin turşusu

 

32,7

 

71,7

 

74,0

 

Folil turşusu

 

26,2

 

68,5

 

61,0

 

Ribollavin

 

27,0

 

72,7

 

76,0

 

Pirodoksin

 

18.7

 

56,6

 

58,0

 

Vitamin Bi

2

 



14.0

 

20,2

 

27.0

 

10.2.2.



 

Mikroorqanizmlərin ekotoksikoloji funksiyası 

Mikroorqanizmlər torpaq-bitki sistemində bitkinin fizioloji vəziyyətinin 

indikatorlarıdır.  Torpaq  mikroorqanizmlərin  ətraf  mühitin  cüzi  dəyişməsinə 

həssaslıqla  reaksiya  verməsi  və  yüksək  fermentativ  aktivliyi  onlardan 

ekosistemin  vəziyyətini  indikasiya  etmək  və  orada  toksik  birləşmələrin 

deqradasiyasını qiymətləndirməyə imkan yaradır. Torpaq mikroorqanizmlərin 

bu  qabiliyyəti  müasir  ekoloji  tədqiqatların  aparılmasında,  xüsusilə 

ekosistemdə  toksik  maddələrin  və  onların  mikrob  transformasiyasının  təsiri 

altında gedən dəyişikliklərin vaxtından əvvəl diaqnostikası üçün əvəzedilməz 

.sayılır. 

Bitkinin vəziyyəti nə qədər aktiv olarsa (bitki nə qədər cavan yaşlıdırsa), 

biokimyəvi proseslər bir o qədər intensiv gedir. 

Bitkinin  fizioloji  vəziyyətini  səciyyələndirən  mikrob  biokütləsinin 

miqdarı  torpaq-bitki  sistemində  inteqral  (kompleks)  göstərici  olub  müxtəlif 

ekoloji  tədqiqatlarda  istifadə  oluna  bilər  (məs.,  antropogen  yükü 

normalaşdırma (nizama salma), ekosistemin davamhğmı təyin etməkdə və s.). 

Mikroorqanizmlər  son  dərəcə  həssas  və  olduqca  müxtəlif  olduğundan 

ekosistemin  yaxşı  vəziyyət  indikatoru  ola  bilər.  Belə  ki,  biogeosenozların 

toksik  ağır  metallarla  yüksək  dərəcədə  çirklənməsi  nəticəsində  torpağın 

gücdən  düşməsi  və  kompleks  mikrobioloji  göstəricilər  dəyişilir.  Məsələn, 

yüksək  dərəcədə  antropogen  təzyiqə  (ağır  metallarla  çirklənməyə)  məruz 

qalan  sahələrdə  aerob  heterotrof  mikroorqanizmlərin  sayı  7...  10  dəfə  aşağı 

düşür. 

Torpaq-bitki  sistemində  torpaq  mikrobiotasının  azalması  sayəsində 



azotun dövran xarakteri də dəyişir. 

Mikroorqanizmlərin yüksək fermentativ aktivliyi onların torpaqda 



189 


toksikantlann parçalanması proseslərində başlıca rolunu təyin edir. 

Deqradasiya  prosesi  ya  toksikantlann  bağlılıq  vəziyyətinə  keçməsi 

nəticəsində,  ya  da  onların  bir  qədər  aşağı  toksik  birləşmələrə  çevrilməsi 

sayəsində yerinə yetirilir. 



10.3.

 

EKOSİSTEMDƏ TORPAĞIN FUNKSİONAL ROLU 

10.3.1.

 

Torpağın funksiyası 

Torpaq biosferin komponenti kimi, eyni vaxtda biogeosenotik və biosfer 

struktur  səviyyəsində  onun  təşkilində,  geoloji,  mikro  və  makro- 

biogeosenozun dövranının qarşılıqlı təsirində mühüm (mərkəzi) yer tutur. Bu 

zaman torpaq biogeosenozda birləşdirici (inteqrasiya) və idarəe- dici funksiya 

daşıyır. 

Yer üzərində həyatın təmin olunmasında torpaq başlıca funksiya daşıyır. 

Bu  funksiyanın  yerinə  yetirilməsi  orqanizm  üçün  vacib  olan  bio-  gen 

elementlərin 

kimyəvi 


birləşmələrinin 

mənimsənilən 

formalarının 

konsentrasiyasmdan  asılıdır.  Torpaq  mühüm  elementlərin  (karbon,  azot, 

fosfor, kükürd, kalsium, kalium və b.)Dünya okeanına yuyulub aparılmaqdan 

qoruyub  saxlayan  özünəməxsus  «anbar»  (depo)  funksiyası  rolunu  oynayır. 

Torpaq  rütubəti  toplayaraq,  vegetasiya  dövründə  biogeosenozun  avtotrof 

həlqəsini  onunla  təmin  edir.  O,  bitki,  heyvan  və  mikrorqanizmlərin 

məskunlaşma sferi (sahəsi) vəzifəsini görür. 

Torpaq atmosfer və hidrosferin tərkibini tənzimləyir. Torpaq və atmosfer 

arasında daima qaz mübadiləsi nəticəsində hava hövzəsinə müxtəlif qazlar (o 

cümlədən  parnik-istixana  qazları),  mikroqazlar  transformasiya  olunur. 

Məsələn, ölü bitki qalaqlarının parçalanması zamanı sutka ərzində 1 ha quru 

sahəsində orta hesabla 84 kq karbon qazı istehsal olunur. Bu qazın 40...70%-i 

fotosintez  prosesində  istifadə  edilərək  «torpağın  tənəffüsü»nü  təmin  edir. 

Qazın qalan miqdarı üfıqi və turbu- lent qarışığı yolu ilə hava kütləsinə daxil 

olur. Öz növbəsində torpaq eyni zamanda atmosfer oksigenini udur. Səth və 

yeraltı suları kimyəvi maddələrlə zənginləşdirərək, torpaq qurunun və dəniz 

və  okeanların  sahilyanı  akvatoriyasının  sularının  hidrokimyəvi  vəziyyətinə 

təsir göstərir. 

Aşınma qabığının səth hissəsində torpağın üzvi horizontlarında spesifik 

üzvi maddənin - humusa və onunla birləşərək kimyəvi enerjinin toplanması- 

torpağın olduqca mühüm qlobal funksiyasıdır. 

Günəşdən  Yer  səthinə  daxil  olan  energinin  biogen  toplanması, 

transformasiyası və paylanması prosesləri torpaqda fasiləsiz baş verir (torpaq 

özünəməxsus  kosmos  funksiyasını  daşıyır).  Bu  enerjinin  ehtiyatı  mühüm 

həyat proseslərinin mənbəyi sayılır. Torpaq örtüyündə potensial biogen enerji 

başlıca olaraq bitkinin kök sistemi, mikroorqanizmlərin 



190 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə