nlıb, sonradan ağır metalları mütəhərrik formaya çevirmək yolu ilə, daha sonra
turş mühitdə FeCl.ı məhlulu ilə yuyulur. Təmizlənmə başa çatdırıldıqdan sonra
kompleks mədəniləşdirmə (becərmə) işləri yerinə yetirilir: əhəngləmə,
yuyulma zamanı itirilmiş biogen elementləri kompensasiya etmək üçün üzvi
və mineral gübrələrin verilməsi həyata keçirilir.
Almaniyada metallarla xelat birləşmələr əmələ gətirən və əlaqə
möhkəmliyinə malik olan ionmübadiləli qatrandan istifadə olunur. Ondan
turşu və duz şəklində istifadə edilir, torpağa toz və ya qranula (dənə)
formasında doza ilə verilir. Kationitin natrium forması 95%-ə qədər qurğuşun
sorbsiya edir.
Kimyəvi meliorasiyanın əsasını, həmçinin başlıca olaraq, mühit
reaksiyasını dəyişmək yolu ilə ağır metalları mənimsənilə bilməyən vəziyyətə
keçirmək tutur. İzafi rütubətli humid regionlarında bu, əhənglə- mənin köməyi
ilə həyata keçirilir. Əhəngin qoruyucu təsiri torpağın uducu kompleksində
(TUK) hidrogenin kalsiumla əvəz olunması nəticəsində baş verir. Bu zaman
mühitin neytrallaşması baş verir və torpaq məhlulunda olan ağır metalların
hidroksid kolloidləri əmələ gəlir.
Eyni zamanda bakteriya mikroflorasının həyat fəaliyyəti aktivləşir,
mikroorqanizmlərin biokütləsi xeyli artır, onların bir hissəsi metalları
akkumulyasiya edə bilər.
Əhəng mineral gübrələrlə birlikdə verildikdə yüksək effekt əldə edilir,
belə ki, mineral gübrələr ağır metalların izafiliyinin mənfi təsirini
kompensasiya edir, əhəngləmə isə metalların az mütəhərrik birləşmələrinin
(karbonatlar, fosfatlar, hidroksidlər) əmələ gəlməsinə və nəticədə bu
metalların bitkidə miqdarının xeyli azalmasına səbəb olur.
Detoksikasiya prosesində üzvi gübrələrə xüsusi yer ayrılır, zəif həl- lolma
qabiliyyətinə malik olan üzvi-mineral birləşmələrin əmələ gəlməsi ağır
metalların mütəhərliyini azaldır.
Ağır metalların fitotoksikliyini azaltmaq üçün təbii seolitlərdən istifadə
etmək olar. Bunlar yaxşı sorbentlər olmaqla yanaşı, həm də qida
elementlərinin mənbəyi, həmçinin torpağın strukturunu yaxşılaşdırıcı
maddələrdir. Geniş yayılan klinoptilloit siolit qurğuşunu torpağa nisbətən 5...
10 dəfə aktiv fiksasiya edir.
Torpağın ağır metallarla çirklənmə təhlükəsini azaltmaq üçün
aqronomiya vasitələrindən (kənd təsərrüfatı bitkilərinin seçilməsi və s.)
istifadə edilir. Belə ki, ağır metallara qarşı toksiklik təsirə davamlılıq
dərəcəsinə görə azalmaq sırası İlə bitkiləri aşağıdakı kimi yerləşdirmək
(düzmək olar): otlar - taxılkimilər - kartof -şəkər çuğunduru. Eyni miqdarda
qurğuşun olan torpaqda (1000 mq/kq) kartof və pomidorda bu element az
toplanır, yerkökü və turpda isə onun miqdarı 1...2 dəfə çox akkumulyasiya
olunur.
207
Torpağın çirklənmə dərəcəsi kimyəvi elementlərin YVK nəzərə alınaraq
qiymətləndirilir.
Mis, nikel, sinkin mütəhərrik formaları boz torpaqlarda ammoni-
um-asetat buferi məhlulu ilə pH 4,8 (mis, sink), pH 4,6 (nikel), kobaltın
mütəhərrik forması natrium-asetat buferi məhlulu pH 3,5 və pH 4,7 ilə, qalan
torpaq tipləri üçün ammonium-asetat buferi pH 4,8 ilə torpaqdan çıxarılır.
Ftorun mütəhhərrik formaları torpaqdan pH<6,5 0,006 xlorid turşusu ilə
çıxarılır. Xromun mütəhhərik forması torpaqdan ammonium-asetat bufer
məhlulu ilə pH 4,8-lə çıxarılır.
Kompleks qranulaşdırılmış (dənəvari) gübrənin tərkibi N:P:K= =64:0:15
YVK-ı torpaqda olan nitratların miqdarına nəzarət edir, bu,
76,8
mqkq - mütləq quru çəkini keçməməlidir.
Maye halında kompleks gübrənin tərkibi N:P:K= 10:34:0 əlavə ilə 0,6%
manqan torpaqda mütəhərrik fosfatm miqdarına nəzarət edir, bu,
27,2
mqkq mütləq quru çəkini keçməməlidir.
208
XI
FƏSİL
İNTENSİV AQRAR İSTEHSALI ŞƏRAİTİNDƏ
SUYUN BİOGEN ÇİRKLƏNMƏSİ
11.1.
YERİN HİDROSFERİNDƏ SUYUN PAYLANMASI
VƏ NÖVLƏRİ
Akademik V.İ.Vernadski yazmışdır: «Su planetimizin tarixində xüsusi
yer tutur, elə bir təbii cisim yoxdur ki, əsas möhtəşəm problemlərə su qədər
təsir göstərə bilsin». Su Yer üzrində canlı orqanizmlərin mövcudluğunu
(yaşayışını) təmin edən özünəməxsus mineraldır.
Akademik A.P.Karpinski yazır; «Su ən qiymətli faydalı sərvətdir. Su
nəinki mineral xammal və kənd təsərrüfatının inkişafı üçün vasitədir. O həm
də mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik gətirən «canlı
qandır»».
Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır;
«Susuz təbiət də, həyat da ola bilməz. Su da çörək kimi hamıya, hər şeyə
həmişə lazımdır».
Hidrosfer Yerin su örtüyü olub planetin bütün su obyektlərinin
(okeanlar, dənizlər, çaylar, göllər, bataqlıqlar, buzlaqlar, qar örtüyü, yeraltı
sular) məcmusudur. Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq
suyu və canlı orqanizmlərdə olan sular daxildir. Təbiətdə su 3 faza
vəziyyətində mövcuddur; maye, bərk (buz, qar) və qaz (buxar).
Dünya okeanı. Dünya okeanının ümumi sahəsi qurunun sahəsindən
2,5
dəfə artıqdır. Qurunun əsas sahəsi Şimal yarımkürəsində, suyun əsas
sahəsi isə Cənub yarımkürəsindədir. Okean və dənizlər Yerin ümumi sahəsinin
71%-ni tutur, qurudakı su obyektləri (buzlaqlar, göllər, su anbarları,
bataqlıqlar və b.) birlikdə Yerin su ilə örtülmə dərəcəsini təşkil edir. Dünya
okeanı hidrosferin həcminin 96,4%-i qədərdir.
Cədvəl 11.1
Hidrosfer
Suyun həcmi, min km^
Suyun ümumi həcmində payı,
%
Dünya okeanı
1370000
94.1
Yeraltı sular
60000
4,1
Buzlaqlar
24000
1,7
Göllər
280
0,02
Torpaqdakı su
80
0,01
Atmosfer buxarı
14
0,001
Çaylar
1,2
0,0001
209