və onda elementlərin müəyyən səviyyədə toplanmasına səbəb olan bu və ya
digər kimyəvi elementin konsentrasiyasınm təyin edilməsini göstərir.
Səhiyyə - gigiyenik, ekoloji və sosial-iqtisadi normalaşdırmaya ayrılır.
Səhiyyə - gigiyenik normalaşdırma. Bu normalaşdırma növünün əsasını
praktiki olaraq insanın sağlamlığına və onun nəslinin salamat qalmasına
(rifahına) zərərli maddələrin təsir göstərə bilməyəcək miqdarının yol verilən
konsentrasiyası (YVK) təşkil edir. Bu məqsədlə, həmçinin yol verilən tullantı
(YVT) göstəricisindən istifadə olunur. Səhiyyə-gigiyenik normalaşdırmada
dörd əsas göstərici nəzərdə tutulur: transloka- siya (çirkləndirici maddənin kök
sistemi vasitəsilə bitkiyə keçməsi), miqrasiya - su (çirkləndirici maddənin
suya keçməsi), ümumi - səhiyyə (çirkləndirici maddənin torpağın özünü
təmizləmə qabiliyyətinə və onun bioloji aktivliyinə təsiri).
Torpaq-bitki sistemində çirkləndirici maddələrin miqrasiyası bir neçə
faktorla təyin olunur; onlardan əsasları - toksikantm miqrasiya qabiliyyəti və
ona bitkinin münasibəti. Çirkləndirici maddələrin torpaqda miqrasiyası onun
növündən, torpaq örtüyünün xüsusiyyətlərindən (hu- musluluq qabiliyyəti,
qranulometrik tərkibi və s.), su rejiminin tipindən, temperatur faktorundan
asılıdır. Məsələn, qurğuşun torpaqda kadmiu- ma nisbətən az hərəkətlidir.
Qurğuşunun humin turşusu ilə kompleksi, kadmiumun analoji kompleksindən
150 dəfəyə qədər davamlıdır. Qurğuşun və civə az dərinliyə miqrasiya edir
(təxminən 10 sm-ə qədər); kad- mium, mis və sink isə daha çox dərinliyə
işləyir (30 sm-ə qədər).
Ağır metalların bitkinin orqanları üzrə miqrasiyası aşağıdakı kimi
göstərilə bilər (azalma sırası üzrə): kök sistemi - budaqlar - yarpaq - toxum -
meyvə - kök yumrusu. Həm də kökün toxumalarında ağır metalların miqdarı
500...600 dəfə arta bilər, bu, kök sisteminin yüksək qoruyucu (bufer) imkanı
olduğunu təsdiq edir.
Məlum olduğu kimi, müxtəlif göbələklərdə Hg, Se, Mg, Cu, Zn yüksək
miqdarda konsentrasiya olunur.
Ekosistemlər üçün toksikantların ümumi miqdarı deyil, onların
mütəhərrik formaları real təhlükə yaradır, odur ki, son illər həkimlər -
gigiyenaçılar çirkləndirici maddələrin ümumi miqdarı ilə yanaşı, həm də
onların mütəhərrik formalarının konsentrasiyasını normalaşdırırlar.
Ağır mexaniki tərkibli torpaqlarda toksikantların hərəkətliyi azalır.
Torpağın kipliyinin artması çirkləndirici maddələrin hərəkətliyini artırır.
Ekoloji normalaşdırma. Ekoloji normalaşdırmanm əsasını çirkləndirici
maddələrin ayrı-ayrı orqanizmə deyil, bütövlükdə sistemə təsiri təşkil edir. Bu
halda ətraf təbii mühitə minimum təsir göstərməklə, optimal bioloji
məhsuldarlıq əldə olunması n^^ərdə tutulur.
Çirklənmə şəraitində ekosistemin normal fəaliyyət göstərməsi ilk
205
növbədə sistemin biotransformasiyası və detoksikasiyasını nəzərdə tutur.
Qiymətvermə göstəricisi kimi bu zaman aşağıdakılar götürülür: torpağın
özünütəmizləmə qabiliyyəti, bitkidə kimyəvi elementin konscnlra- siya
dərəcəsi (bioloji udma əmsalı - BUƏ), torpaqda toksikantm miqdar göstəricisi
və
konsentrasiya
əmsalı
(çirklənmiş
torpaqda
inqrediyentin
konsentrasiyasmın İbn konsentrasiyaya nisbəti). Ekoloji normalaşdırma
meyarı kimi, həmçinin ərazinin ekoloji tutumu, ekoloji optimal bioməh-
suldarlıq, müəyyən rayon ərazisi üçün bitki örtüyü və heyvanlar aləmi nəzərə
alınmaqla biogeosenozun və aqro və urbanosenozun bioloji məhsuldarlığı
götürülür.
Ekoloji xarakteristikadan istifadə edərək normalaşdırmaq, sanitar-
gigiyena normativlərə nisbətən ekosistemin vəziyyətini daha tam uyğun əks
etdirir. Bu zaman torpaq biopotensialı nəzərdə tutulur, bu, ətraf təbii mühitin
sağlamlaşdırılmasma imkan yaratmış olar.
10.6.
TORPAĞIN MÜNBİTLİYİNİN SAXLANILMASI və
BƏRPASININ, AĞIR METALLARLA ÇİRKLƏNMƏDƏN
MÜHAFİZƏNİN EKOLOJİ ƏSASLARI
Üzvi gübrələr. Torpaq biotasının, qismən mikrobiotanın torpağın
münbitliyi və «sağlamlığı», həmçinin ətraf təbii mühitin vəziyyətinin
keyfiyyətini saxlamaq üçün üzvi gübrələrdən müntəzəm istifadə etmək
məqsədəuyğundur.
Üzvi gübrələr kimi quş peyini, torf, şəhər zibili, sapropel və s. materiallar
effektli ola bilər.
Yüksək üzvi fon yaradılması torpaqda bioloji proseslərin aktivləşməsinə
imkan yaradır, bitkinin qida maddələri və bioloji aktiv birləşmələrlə təmin
olunmasını, həmçinin torpağın fıtosanitar vəziyyətini yaxşılaşdırır.
Kimyəvi meliorasiya. Torpağın ağır metallarla çirklənməsinin
nəticələrini aradan qaldırmaq üçün istehsalat texnologiyasının, o cümlədən
aqrokimyəvi maddələrin təkmilləşdirilməsinə əsaslanan xəbərdarlıq tədbirləri
mühüm əhəmiyyət kəsb edir. Kimya və maşınqayırma sənayesinin yaxşı
təmizlənmiş tullantılarının fosforla zənginləşdirilməsi (100 kq tullantıya
qədər) kənd təsərrüfatı üçün olduqca qiymətli sayılır.
Gübrə kimi istifadə olunan çirkab sularının təmizlənməsi üçün müxtəlif
maddələrdən istifadə edilir: əhəng daşı, ion mübadiləli qatran, sintetik
sorbentlər.
Bəzi
metalların
bir
mikroorqanizmlər
tərəfindən
zənginləşdirilməsi qabiliyyəti diqqətəlayiqdir, bu, mis, uran və digər
metalların alınmasına imkan yaradır.
Güclü çirklənmiş ərazilər üçün çirklənmiş torpaq qatının kənarlaşdı-
206