mentlərə Fe, Al, Mn, Ca, Mo, P aid olub, neft külünün əsas hissəsini təşkil edir.
V, Ni, Co, Pb, Cu, Y, As yüksək konsentrasiyalı olduqda biosenoza toksik təsir
göstərə bilər. Abşeron yarımadasında ən toksik elementlər B, Mo, Hg, Al, Pb,
Cl, Y, Se, Fe, S, Na, Mg sayılır. Onlardan yüksək konsentrasiya klarkına B və
Mo aiddir. (Budaqov, Əhmədov, 1989).
Şəkil 10.3. Torpağın çirklənməsində xam neftin miqrasiya yolları
Çirklənmə dərəcəsinə görə torpaqlar zəif, orta və güclü çirklənmiş olur
(Iləkimova, 2002), Sabunçu, Binəqədi, Suraxanı və Xəzər rayonlarının neft
mədənləri əraziləri güclü çirklənmiş torpaqlar sayılır. Bu ərazilərdə torpaqların
profili boyunca 100 sm-dək neft məhsulları hopmuşdur, neftin miqdarı
12,5-7,8 % arasında dəyişir.
N.F.Həkimovanın (2002) məlumatına görə neftlə çirklənmiş torpaqların
üst qatında humusun miqdarı 1,4-1,3, aşağı qatlarda isə 0,8 - 0,6 %, ümumi
azotun miqdarı profil boyu 0,18-0,11 % təşkil edir. Bu torpaqlarda qida
maddələri yox dərəcəsində olub əkin üçün yararsızdır.
V.A.Əhmədov və b. (2002) Abşeronda apardıqları tədqiqatlara
əsaslanaraq yazır ki, neftin yüngül fraksiyaları torpağın daxilinə hopur və ya
bir hissəsi buxarlanır, neftin ağır fraksiya hissəsi torpağın səthini örtərək
yüngül fraksiyanın buxarlanmasının qarşısını alır, torpaqda aerasiyanı
dayandırır və bu da canlıların, bakteriyaların məhvinə səbəb olur.
201
' w
Neftlə çirklənmiş topraq (Abşeron).
”:f
Tullantılarla çirklənmiş torpaq (Gəncə).
202
F.S.Dadaşova (2002) qeyd edir ki, neft məhsulları torpaqların 2m
dərinliyinə qədər şaquli miqrasiya edir, torpağın üst qatını (0-16 sm) neftin
ağır fraksiyası olan qatran asfaltenlər örtür. Onlar yüksək özüllü və zəif
buxarlanan məhsullar olduğundan torpağın su -hava mübadiləsini pozur.
Su-hava mübadiləsinin pozulması isə bitkinin inkişafına ziyan vurmaqla
atmosferdə karbon-azot balansını pozur. Bu fraksiyaların tərkibində kimyəvi
elementlərin əksəriyyətinə rast gəlinir. Spektral analizin nəticəsinə görə
ekoloji təsir baxımından toksik və toksik olmayan mik- roelementlərin
əksəriyyətinin miqdarı fon səviyyəsindən xeyli çoxdur. Torpaqda politsiklik
aromatik karbohidrogenlərdən naftalin, fruoren, piren, xirizen, benzopiren
kimi çox güclü neft məhsulları da müəyyən edilmişdir (Dadaşova, 2002).
Belə birləşmələrlə çirklənmiş torpaqları rekultivasiya etmək - təmizləmək
olduqca çətindir. Müəllif daha sonra qeyd edir ki, torpaqların 2 m (bəzən daha
çox) dərinliyinə qədər miqrasiya edən karbohidrogenlərin əksəriyyəti suda həll
olan birləşmələrdir. Mövcud məlumata əsasən Abşeron yarımadasında 1 mln.
ton neft istehsal etdikdə, 25 mln. ton buruq suları səthə yığılır. Onların da
tərkibində 15-17 min ton üzvi turşuların duzları, mineral duzlar, ağır metallar
və radioaktiv maddələr vardır. Miqrasiya edən komponentlərin yeraltı sulara
qarışması, onlarda həll olması həmin suların keyfiyyətinə mənfi təsir göstərir.
Q.Ş.Məmmədov və Q.Ş.Yaqubov (1999) apardıqları tədqiqatlar
nəticəsində Abşeronda neftə bulaşmış torpaqların təsnifatını hazırlamış və
onların rekultivasiyası üzrə tədbirlər təklif etmişlər. Q.Ş. Yaqubov (2003)
Abşeronda yayılmış neftlə çirklənmiş torpaqların rekultivasiyasını 3
mərhələdə aparılmasını təklif edir.
I-Hazırhq mərhələsində neftlə çirklənmiş torpaqlar tədqiq olunur, yerləri
müəyyənləşdirilir, çirklənmiş torpaqlardan nümunələr götürülüb fiziki
-kimyəvi, aqrokimyəvi göstəriciləri təyin olunur, rekultivasiya məqsədilə
kənardan gətiriləcək torpaq və süxurların həcmi hesablanır.
II.
Texniki rekultivasiya aparmaq məqsədilə neftlə çirklənmiş sahələr üç
qrupa ayrılır. 1 qrup - çox zəif və zəif dərəcədə çirklənmiş və sadə
rekultivasiya texnologiyasına ehtiyacı olan torpaqlar (yerlər), II qrup - ortadan
aşağı və orta dərəcədə çirklənmiş, nisbətən mürəkkəb rekultivasiya işləri
nəzərdə tutulur. III qrup yüksək və çox yüksək dərəcədə çirklənmiş, mürəkkəb
rekultivasiya texnologiyası tələb edən torpaqlar üçüncü növbədə rekultivasiya
aparılması nəzərdə tutulur.
I qrupa aid çirklənmiş torpaqlar zəif də olsa yerli bitkilərlə örtülmüşdür.
Belə sahələrdə ilk növbədə istismarı dayandırılmış, yeraltı və yerüstü
kommunikasiyalardan, beton özüllərdən və başqa tullantılardan təmizləmə və
səthi hamarlama işləri həyata keçirilir, sonra isə bitumlaşmış
203
növlərdə 15-20 sm qalınlığında doğrama şumu aparılmalı, mazutlaşmış və
dərinlik buruq süxurları ilə çirklənmiş və örtülmüş növlərdə isə laydır- sız
kotanla şumlama aparılmalı, sonra hər hektara 15-20 ton samanh peyin (ağac
kəpəyi, kompost, quş peyini) və 30 ton/ha həcmində əhəng ovuntusu verib
yumşaldıcı şumlama və dişli vərdənə ilə malalama aparılmalıdır. Bu işlərdən
sonra yüksək norma ilə suvarma aparılaraq hclio- termiki meliorasiya
məqsədilə sahə 2 il müddətinə dincə qoyulmalıdır.
II
qrupa aid olan dərinlik buruq süxurları ilə çirklənmiş və örtülmüş
sahələrdə də ilk növbədə səthi yaxşılaşdırma tədbirləri həyata keçirilir.
Dərinlik buruq süxurları mexanizmlər vasitəsilə ətrafdakı neft məhsulları ilə
çirklənmiş az münbitliyə malik sahələrə paylaşdırılır. Sahələrə verilmiş süxur
kütlələri xüsusi mexanizmlərlə hamarlanır, sonra neft məhsullarının
minerallaşmasını sürətləndirmək məqsədilə sahələrə fəal üzvi və mineral
maddələr, həmçinin, bakterioloji preparat verilir. Sonra isə fermentasiya
qatının yaradılması məqsədilə laydırsız kotanla 30 sm dərinliyində şumlanır və
malalanır. Sahə payız aylarında yüksək su norması ilə suvarılır və 2 il
müddətinə dincə qoyulur. 3 il müddətində neft məhsulları minerallaşaraq bitki
üçün lazım olan qida elementlərinə qədər sintez olunur, biokimyəvi və
mikrobioloji proseslər bərpa olunur.
III
qrup çirklənmiş sahələr neft və qaz çıxarılan idarələrin hamısının
ərazisində geniş yayılmışdır. Burada neftlə hormuş torpaq qatı 0-50 və 0-100
sm (orta hesabla 70-75 sm) qalınlığında xüsusi mexanizmlərlə çıxarılıb
rekultivasiya olunacaq sahələrin kənarına yığılır. Hamarlama işlərindən sonra
sahələrə neft məhsullarının minerallaşmasını sürətləndirən fəal üzvi -mineral
maddələrdən soba şkalı və ya seolit, peyin (sa- manlı), bakterioloji preparat
verilir. Sonra şumlama işləri aparılaraq yüksək su norması (1500-1700 mV ha)
ilə suvarılır və üç il müddətinə he- liotermiki meliorasiya məqsədilə dincə
qoyulur. Dincə qoyulmuş sahələr hər il payızda (sentyabrın sonu) laydırsız
kotanla şumlanıb suvarıldıqda neft məhsullarının minerallaşması daha da
sürətlənir. Üç ildən sonra I qrupda göstərilmiş sadə texnologiya tətbiq
olunaraq rekultivasiya davam etdirilir. (Yaqubov, 2003).
Bioloji rekultivasiya mərhələsində sahələrdə əsasən meşə və kənd
təsərrüfatı bitkiləri (əksərən çoxillik yem bitkiləri) becərilir.
10.5.
TORPAQDA KİMYƏVİ ELEMENTLƏRİN
MİQDARININ NORMAYA SALINMASI
Torpaqda kimyəvi elementlərin normalaşdırılması kifayət qədər
mürəkkəb məsələdir. Torpaqda kimyəvi elementlərin miqdarının nor-
malaşdırılması torpağın münbitliyini aşağı salan, bitkinin zədələnməsinə
204
Dostları ilə paylaş: |