Sıxlığı (kipliyi) 5 q/sm'^-dan artıq və ya atom kütləsi 50 vahid olan
kimyəvi elementlər ağır metallara aiddir. Təhlükəliyinə görə onlar üç sinfə
ayrılır:
I sinif - xüsusilə toksik
Kadmium (Cd)
Arsen (As)
Civə (Hg)
Qurğuşun (Pb)
Selen (Se)
Sink (Zn)
II sinif - toksik
Bor(B)
Kobald (Co) Mis
(Cu)
Nikel (Ni)
Antimon (Sb)
Xrom (Cr)
III sinif - zəif toksik
Barium (Ba) Vanadium
(V) Volfram (W)
Manqan (Mn)
Stronsium (Sr)
10.4.2.
Dioksinlərlə çirklənmə
Ekosistemi (o cümlədən torpağı) çirkləndirən antropogen mənşəli
toksikantlar arasında dioksinlər böyük təhlükəli hesab olunur. XXIV fəsildə bu
toksikantların xassələri, təsirinin nəticələri haqda geniş məlumat verilir.
Dioksinlər torpaqda qeyri-adi yüksək davamlığı ilə səciyyələnir. Torpağa
düşdükdə onlar onun üzvi fazasına keçir, üzvi maddələrlə kompleks halında su
hövzəsinə düşərək, qida zəncirinə daxil olur.
Ətraf mühitin dioksinlərlə çirklənməsi olduqca böyük ekoloji təhlükə
olduğundan, bu toksikantlarla çirklənmiş torpaqların istifadəyə yararlığına
məhdudiyyət qoyulmuşdur. Konsentrasiyası 1 nq/kq olan torpaq sahələri
yaşayış üçün yararsız hesab olunur; konsentrasiya həddi 0,25 nq/kq-dan artıq
olan sahələr sənaye tikintisi, 0,01 nq/kq-dan artıq olan sahələr isə kənd
təsərrüfatında yararlı sayılır.
Torpağın dioksinlərdən təmizlənməsi olduqca çətindir. İlk növbədə
toksikant mənbəyi olan istehsalatda texnologiyanı təkmilləşdirmək, onların
müxtəlif obyektlərdə (su, torpaq) miqdarına ciddi riayət etmək lazımdır.
Dioksinlərlə çirklənmiş torpaqlarda toksiklik dərəcəsini aşağı salmaq üçün
elektrik piroliz, ultrabənövşəyi fotoliz və digər metallarla infraqırmızı
qızdırmanın köməyi ilə, termik işləmə yolu ilə dioksinlərin kənarlaşdırılması
və parçalanması mümkündür.
10.4.3.
Mikrotoksinlərlə çirklənmə
Mikroskopik göbələklərin istehsal etdiyi mikrotoksinlər - zəhərlərlə
torpağın çirklənməsi ekosistem üçün ciddi təhlükə hesab olunur.
Mikrotoksinlər yem bitkilərini, yemi, həmçinin heyvanları və insanı zədələyə
bilər.
Məlum olan çoxsaylı göbələklər arasında (160...300) zəhər istehsal etmək
(əmələ gətirən) qabiliyyəti olan göbələklər təxminən 50% təşkil edir
(Apergillus, Penisillium, Fusarium, Mucor, Phizopus, Helmintospe-
199
rİLim, Cladosporium, Alternaria və b. göbələk cinsləri).
'l'oksin,əmələ gətirmək qabiliyyəti yalnız göbələklər üçün deyil, həm də
bakteriya və aktinomisetlərə məxsusdur. Ekoloji vəziyyət pisləşdikdə bu
qabiliyyət daha da güclənir.
Mikrob toksinləri ilə çirklənmə təhlükəsini azaltmaq və qarşısının
alınması üçün torpağın mühafizəsi təbii bioloji mexanizmlər, o cümlədən
mikrob senozu və onun biomüxtəlifliklərindən istifadə edilməlidir.
Antropogen
təsir
nəticəsində
ekosistemin
davamlığmı
və
məhsuldarlığını, həmçinin ətraf mühitin keyfiyyətini təyin edən torpaqda təbii
me- xanizmlərin aktivliyi olduqca aşağı düşür. Bu proseslərin pozulmasının
əsas səbəbləri bunlardır: dehumusizasiya (humussuzlaşma), turşuluğun
çoxalması, hidroloji rejimin pozulması, torpağın kipliyinin yüksəlməsi və s.
Torpaq örtüyünün vəziyyətinin pisləşməsi mikroorqanizmlər tərəfindən
mikotoksinlərin istehsalına (əmələ gəlməsinə) şərait yaranır, bu, qabaqcadan
bilinməyən ekoloji nəticələrə gətirib çıxara bilər. Buna görə də torpaqda
humusun saxlanması, torpaq məhlulunda turşuluğun opti- mallaşması, kipliyin
qarşısının alınması və oksidləşmə - reduksiya potensialının nizamlanmasına
yönəldilən məsələləri həll etmək lazımdır.
10.4.4.
Azərbaycanın neftlə çirklənmiş torpaqları
Torpağın neft və neft tullantıları ilə çirklənməsi əsasən Abşeron
yarımadasında baş verir. Neft məhsullarının və çoxlu miqdarda buruq
sularının səthə axıdılması nəticəsində həm də qrunt sularının səviyyəsinin
qalxması və torpağın təkrar şorlaşmasına səbəb olur. Abşeronda neft
yataqlarının düzgün istismar olunmaması 10 illər ərzində ətraf mühitin
mühafizəsi üzrə elementar tələblərə riayət etmədən neft çıxarılması, neft, qaz,
kimyəvi maddələr, güclü minerallaşmış və radioaktiv çirkli suların yerin
səthinə axıdılması Abşeron yarımadasının ayrı-ayrı landşaft sahələrinin
çirklənməsinə və pozulmasına səbəb olmuşdur (20 min ha). 100 ildən də artıq
olan bir dövrdə neft və neft tərkibli çirkab sularının adsorbsiyası, fıltrasiyası
və landşaftın ayrı-ayrı komponentlərinin çirklənməsi baş vermişdir.
Məlum məlumatlara görə (Maqribi, 1998) 1995-ci il üçün Abşeron
yarımadasında 7000 neft quyusu mövcuddur, onun demək olar ki, 5000- i
fəaliyyət göstərir, qalanı isə fəaliyyətdə deyildir. Abşeron yarımadası
daxilində neft istehsalı sənayesi 20 min ha ərazidə yerləşir, onun 10 min ha-n
çirklənmiş və ya lay suları və neft axıdılmışdır, onun 8000 ha-ı çirklənmiş
torpaqlar, qalanı isə su hövzələridir. Neftin torpağın dərin qatlarına daxil
olması qravitasiya axını ilə olur.
Neftin mikroelement tərkibi müxtəlif olur. Ekoloji baxımdan mikro-
elementlər toksik və qeyri toksik olur. Qeyri toksik və ya zəif toksik ele
200