Xəzər dənizinə tökülən çaylarda da (Böyük Qafqazın şimal-şərq hissəsi və
Lənkəran təbii vilayəti çayları) çirklənmə müşahidə olunur.
Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay, Qudyalçay, Vəlvələ- çay,
Qaraçay, Ataçay, Gilgilçay, Lənkəran bölgəsində yerləşən Lənkə- rançay,
Viləşçay və b. çaylar yaşayış məntəqələri və aqrar-sənaye təsərrüfatları
tərəfindən aramsız çirklənməyə məruz qalır.
11.6.
SU ANBARLARININ EKOLOJİ
VƏZİYYƏTİ
Su anbarlarında suyun keyfiyyəti ora tökülən çayların çirklənmə
dərəcəsindən, onların yatağının səhiyyə - gigiyena vəziyyətindən asılıdır.
Alimlərin tədqiqatları göstərir ki, çayların intensiv çirklənməsi fonunda
yaradılan su anbarları antropogen evtrofikasiya nəticəsində suyun keyfiyyəti
kəsgin pisləşir. Əvvəllər kiçik su hövzələri antropogen evtrofıka- siyaya
məruz qalırdısa, indiki dövrdə iri su anbarlarında , xüsusilə kas- kadla
tənzimlənən çaylar üzərində tikilən su anbarlarında «suyun çirklənməsi» baş
verir.
Son on illərdə evtrofikasiya prosesi Dneprovodsk və Volqa kasakadlı su
anbarlarında, iri göllərdə (Ladoqa, Oneqa, Pskov - Çud), daxili dənizlərdə
(Baltik, Xəzər, Qara) və kiçik çaylarda baş vermişdir. Müxtəlif su anbarlarında
antropogen evtrofikasiya prosesi müxtəlif səbəblərdən baş verir. Ladoqa
gölünün çirklənməsi alüminium sənayesi, Pskov - Cud gölünki isə sahələrin
çirkab sularilə əlaqədardır. Belorusiya və Baltikyani ölkələrdə su hövzələrinin
evtrofıkasiyası kənd təsərrüfatı çirklənməsi ilə bağlıdn*.
Azərbaycanda səth sularının çirklənməsində bir çox sənaye və kənd
təsərrüfatı iştirak edir. Əsas su anbarları qonşu dövlətlərdə güclü çirklənməyə
məruz qalan iri çayların Kür və Araz çaylarının üzərində yaradılmışdır. Kür ,
Araz çaylarının və onların qollarının çirklənməsi haqda məlumat yuxarıda
müvafiq fəsildə verilmişdir. Qonşu dövlətlərdə güclü çirklənən Kür çayı
respublikamızın ərazisinə daxil olarkən sürəti azaldığından daha iri və ağır
asılı hissəciklər zibil halında çayın dibinə çökmüş , qalanları isə Şəmkir su
anbarına keçir.Bunun nəticəsində çöküntülərin və su anbarının dibi çirklənir,
suda həll olan zərərli maddələr , xüsusilə biogen elementlər bütün su hövzələri
kaskadında su anbarının antropogen evtrofıkasiyasına səbəb olur. Bununla
yanaşı Mingəçevir və Şəmkir su anbarının dibi bitki örtüyündən ( meşə, kol
,lianlar və s,) təmizlənməmiş və onların tədricən çürüməsi suyun keyfiyyətinə
, oksigen rejiminə və su hövzəsinin heyvanat aləminə (balıqlara) mənfi təsir
göstərir (Ş. Xəlilov , 2003).
Ş.B.Xəlilovun (2003) apardığı çoxsaylı müşahidələr göstərir ki,
224
Mingəçevir su anbarı sahillərində məişət zibilləri və sənayenin müxtəlif
sahələrinin tullantıları başdan - başa zolaq əmələ gətirir. Güclü fırtınadan
sonra, daşqın sularının axdığı dövrdə külək axını vasitəsilə çoxlu zibillər su
anbarının şərq sahilinə gətirilir və Mingəçevir şəhər çimərliyi dəfələrlə zibilin
təmizlənməsi üçün bağlanır. 1982 - ci ildə Şəmkir su anbarı istifadəyə
verildikdən sonra belə mənzərəni onun sahillərində də müşahidə etmək olar.
Su anbarının ölçüləri, o cümlədən sahil xətti Mingəçevir su anbarından kiçik
olduğu üçün burada zibil zolağının eni və qalınlığı daha çox olur.
Sutka ərzində Gəncə şəhərindən Gəncəçaya 300 min m"^ çirkab suları
axıdılır, 25 km - dən sonra isə Kürə qarışır.
Mingəçevir şəhərindən Varvara su anbarına sutkada 150 min m-^ çirkab
suyu axıdılır.
Araz çayı və qolları Ermənistan ərazisində güclü çirkləndiyindən (çirkab
sularının miqdarı sutkada 2,1 mln m^ təşkil edir).
«Araz» su qovşağı respublikimızın su anbarlarının hamısından daha
çirklidir . Bunun nəticəsində «Araz» su anbarında suyun « çiçəklənməsi» və
balıqların kütləvi qırılması baş verir.
«Araz» su qovşağı sutka ərzində Naxçıvan şəhərinin 70 min m-^ - çirkab
suyu ilə çirkləndirilir, onun 47 min m-^ - i Naxçıvan çayından daxil olur, 23
m'^ - i bilavasitə su anbarına axıdılır.
İnkişaf etmiş ölkələrdə (ABŞ, İngiltərə, Fransa, Almaniya) su
anbarlarında suyun keyfiyyətini yaxşılaşdırmaq üçün su süni yolla aerasiya
edilir. Bu məqsədlə suyu qarışdırmaq və atmosfer oksigeni ilə
zənginləşdirmək üçün xüsusi hidropnevmatik qurğulardan və ya sualtı oksigen
re- zervuarlanndan istifadə olunur .Belə tədbirdən son vaxtlar Dnepro- vodski
və Kaxovski su anbarlarında da istifadə olunması planlaşdırılır. Bu su
anbarlarında suyun «çiçəklənməsi» böhranlı ekoloji vəziyyət yaratmışdır,
yayda göy yaşıl yosunlar parçalanandan sonra suda ammoni- um azot və
mineral fosforun miqdarı 1 0 - 1 5 dəfə , üzvi azot 50 - 200 dəfə və ona uyğun
toksik maddələr ( fenollar , sionidlər və s. ) də artır. Ona görə yay dövründə
balıqlar və digər canlılar məhv olur. ’
Antropogen evtrofıkasiya Volqa kaskadmda və Rusiyanın, Orta
Asiyanın, Qazaxıstanın və Qaraqum kanalının su anbarlarında da təhlükəli
ekoloji vəziyyət yaratmışdır.
Azərbaycanda su anbarında suyun aerasiyası üçün heç bir qurğu və
texniki vasitələrdən istifadə olunmur.
Mingəçevir su anbarı əsas təyinatından başqa Mingəçevir şəhərini içməli
su ilə təmin edir.Gələcəkdə perspektivdə onun suyunun Abşeron yarımadasına
gətirilməsi nəzərdə tutulur, suyun təmiz saxlanması üçün Ş.V.Xəlilov (2003)
su anbarının sahillərində Ceyranbatan su anbarında
226