Yazın ilk dövründə, torpağın rütubətlə doyması tam çöl su tutumunu
keçəndə infiltrasiya suyunun miqdarı ən çox olur. Payız-qış dövründə torpaq
bitkidən azad olduğu vaxt analoji vəziyyət alınır. Yazın sonu və yay dövründə
düşən yağıntıların əsas kütləsi transpirasiyaya və fltoküt- lənin əmələ
gəlməsinə sərf olunur. Atmosfer-torpaq-su proseslərinin qanunauyğunluğu və
bitkinin eroziyaya qarşı rolundan istifadə edilməsi aqrokimyəvi üsulların
əsaslandırılmasının əsasını təşkil edir.
Bitkiçilikdə intensiv texnologiyadan istifadə edilməsi şəraitində bio- gen
maddələrin yuyulmasının azaldılması kompleks tədbirlərin - bitkilərin
biogenlərdən aktiv istifadə etdiyi dövrdə gübrələrin verilməsini opti-
mallaşdırmaq, mineral gübrələrin zəif həll olan, yavaş (tədricən) təsir göstərən
növlərindən istifadə etmək, nitrifikasiyanm inqibitorlarmdan istifadə etmək,
gübrələrin doza ilə verilməsi normasına (xüsusilə maye üzvi gübrələrin) riayət
edilməsi yerinə yetirilməlidir.
Suyun biogen çirklənməsində bitkiçiliklə yanaşı, heyvandarlıq da mühüm
mənbə sayılır. Su obyektlərinə onun təsir dərəcəsi hər bir konkret regionda
mal-qaranın ümumi sayından, sutoplayıcıda heyvandarlıq ferma və
komplekslərinin yerləşmə xüsusiyyətindən, həmçinin təsərrüfatda heyvanların
saxlanma texnologiyasından asılıdır.
Mal-qara burdaq vəziyyətində saxlanıldıqda çoxlu peyin kütləsi toplanır.
Ondan qeyri-mükəmməl istifadə edilməsi ilə əlaqədar su sistemlərinə çoxlu
miqdarda kobud dispers az parçalanan üzvi və biogen maddələr daxil olur.
Otlaqlar çay hövzələrində yerləşdiyindən sistemsiz mal- qara otarılması
zamanı da oradan suaxarlara çoxlu biogen maddələr aparılır.
Ferma və komplekslər əksər hallarda bilavasitə çay və göllərə yaxın
yerləşdiyindən heyvandarlıq suyun çirklənməsinə şərait yaradır.
Biogenlərin itirilməsini artıran faktorlardan aşağıdakıları göstərmək olar:
-
ferma və komplekslərdə xüsusi peyin anbarlarının və peyin şirəsi
quyularının olmaması və ya çatışmaması, bu, peyinin birbaşa tarlalara
daşınması məcburiyyətini yaradır;
-
ferma və komplekslər bilavasitə suya yaxın yerləşir və biogen maddələr
birbaşa suaxarlara axıdılır;
-
daşman peyinin tarlada vaxtında şumlanmaması ilə əlaqədar biogen
maddələr sutoplayıcı üzrə miqrasiya edir və səth axını ilə yaxınlıqdakı
sutoplayıcıya düşür;
-
kompostlaşdırmada və peyinin saxlanmasında qeyri-mükəmməl
texnologiyadan istifadə edilir, bu isə, biogen maddələrin yerin relyefi üzrə
miqrasiyasına səbəb olur;
-
gübrənin tarlaya daşınması yaxşı təchiz edilmiş texnika ilə daşm-
230
maması ib əlaqədar anbardan sahəyə qədər olan məsafədə yolda itkiyə səbəb
olur.
Suyun biogen çirklənməsi prosesinə seliteb ərazilər də böyük təsir
göstərir. Kənd yaşayış məntəqələrinin təsərrüfat-məişət axmtıları ilə 0,355
kq-a qədər azot və 0,277 kq-a qədər fosfor çıxarıla bilər (adambaşına). Bundan
başqa, tikinti aparılan ərazilərdən əlavə olaraq il ərzində 6,0 kq/ha-a yaxın azot
və 3 kq/ha fosfor yuyula bilər.
Kənd yaşayış məntəqələri, əsasən, təmizləyici qurğularla təchiz
olunmayıb. Bununla yanaşı, son illər aqrolandşaftm təbii az məhsuldar və
yararsız sahələri şəhər sakinləri tərəfindən mənimsənilir. Şəhərlər ətrafında,
xüsusilə Bakı şəhərinin ətrafında sıx xüsusi evlər, villalar tikilir, şəhərciklər
salınır. Onların çoxu, əksər hallarda ilin isti aylarında fəaliyyət göstərsə də, hər
tərəf məişət və tikinti tullantıları ilə zibillənir.
Evtroflaşma prosesinin azaldılması üzrə aparılan xüsusi sahə tədbirləri
(əkinçilik, heyvandarlıq) ilə yanaşı, konkret su obyektləri üçün effektli
tədbirlərdən qoruyucu zolaqların, çayların, su anbarlarının, göllərin
suqoruyucu zonası, sutoplayıcılarm sanitar zonası yaradılmasını göstərmək
olar.
Kompleks aparılan tədbirdər göstərir ki, biogen yükün antropogen
mənbələrindən başqa atmosfer yağıntıları və təbii bitki örtüyü kimi faktorlar da
mühüm rol oynayır.
Suyun biogen çirklənməsinə təbii bitki örüyünün təsiri müxtəlif meşə
tiplərində töküntüdə olan azot və forsforun miqdarından asılıdır. Biogen
maddələrin əsas hissəsi töküntü parçalandıqdan (çürüdükdən) sonra torpağa
daxil olur və bitki tərəfindən mənimsənilir, qalan hissəsi isə səth axınları ilə su
hövlərinə daxil olur.
Su obyektlərinə atmosfer yağıntılarından daxil olan azot və forsfor ilk
növbədə onların bu maddələrlə doyma dərəcəsi ilə təyin olunur; bu isə
atmosferin ionlaşması, suyun buxarlanması, torpaq örtüyünün de- flyasiyası,
vulkan fəaliyyəti, meşə yanğını, həmçinin antropogen çirklənmədən asılıdır.
Torpağın vəziyyəti daha güclü təsir göstərir. Məlum olduğu kimi, təbii bitki
örtüyü altında biogen maddələr həm səthi, həm də torpaq axınları vasitəsilə
həyata keçirilir. Lakin mədəniləşdirildikdən sonra səth axımı üstünlük təşkil
edir.
Torpağın şum və şumaltı horizontları praktiki olaraq hədsiz miqdarda
fosfor udmağa və sonradan onun yuyulmasının qarşısını almağa qadirdir.
Müxtəlif genetik torpaq tiplərindən biogenlərin yuyulma miqyasını təyin
edən əsas faktorlara onun mədəniləşmə və əsaslarla doyma dərəcəsi; mineral
və üzvi azotla dinamiki tarazlığın mövcudluğu; N:P:K nisbətinin sabit
vəziyyətdə saxlanması sayəsində torpağın qida rejiminin ta-
231