torpaq qatı qida maddələrindən məhrum olub münbitliyini itirir, məhsuldarlığı
dəfələrlə aşağı düşür və ya tamamilə istifadədən çıxır. Alimlərin hesablamaları
göstərir ki, 2,5 sm qalınlığında sovrulmuş torpaq qatı ilə hər hektardan 1,5 tona
qədər çürüntü, 450-1000 kq azot, 100-200 kq fosfor, 3,5 tona yaxın kalium
aparılır. Bununla yanaşı, külək eroziyası nəticəsində bağlar, bostanlar, arxlar,
şose və dəmir yolları, tikintilər qum basqınlarından çox ziyan çəkir.
Bütövlükdə Azərbaycan ərazisini eroziya proseslərinin xarakterinə,
növünə və intensivliyinə görə 9 coğrafi ərazi tipinə bölmək mümkündür
(X.M.Mustafayev, 1974):
1.
Torpaq səthinin zəif yuyulması və yerlərdə tək-tək qobuların əmələ
gəlməsi kimi hallar respublikanın bəzi hündür hissələrində (Kiçik Qafqazda -
Slavyanka, Kəlbəcər və başqa yaylalar; Böyük Qafqazın dağətəyi zonasında -
Turut-Sarıca və Ceyrançöl bozqırları), habelə Xa- nabad, Kiçik və Böyük
Turut hövzələrində yayılmışdır.
2.
Çoxlu sayda qobuların olması, torpaq səthinin orta dərəcədə yuyulması
Böyük Qafqazın şimal-şərq yamacında və Qobustandan şimal- qərbə doğru
geniş bir qurşağı tutur. Böyük Qafqazın cənub yamacında orta dərəcədə
yuyulmuş torpaqlar şimal-qərb istiqamətində yayılaraq Şəki-Zaqatala
massivinin orta dağ qurşağında müşahidə olunur. Kiçik Qafqazda bu tipli
eroziya Gürcüstan sərhədindən başlayıb cənub-şərqə doğru uzanaraq həm
cənub, həm də şimal yamaclarda dağətəyi, orta və hündür dağ zonasını əhatə
edir. Lənkəran zonasında çoxlu qobu olması və torpaq səthinin orta dərəcədə
yuyulması dağətəyi və orta dağ qurşağında müşahidə edilir.
3.
Şiddətli yuyulmuş torpaqlar Böyük Qafqaz silsiləsinin suayıncı xətti
boyunca yayılaraq Dağıstan Respublikası ilə sərhəd boyu uzanır. Torpaq
səthinin şiddətli yuyulması Kiçik Qafqazın şimal, şimal-şərq və cənub
yamaclarında, Naxçıvan MR-in dağlıq hissəsində və Lənkəranın yuxarı dağlıq
hissəsində müşahidə olunur.
4.
Çoxlu qobu olması, torpaq səthinin zəif yuyulması və sovrulması
Böyük Qafqaz zonasını əhatə edərək, onun şərq və cənub yamaclarında.
Böyük Qafqazın cənub-şərq qurtaracağında. Qobustanın bütün ərazisində,
Niyaldağ. Xocaşen, Bozdağ silsilələrində və Ceyrançöl massivində
yayılmışdır.
5.
Torpaq səthinin şiddətli yuyulması və sellərin əmələ gəlməsi
240
Böyük Qafqazın cənub yamacında və Naxçıvanın cənub-şərq hissəsində
yayılmışdır. Böyük Qafqazın cənub yamacında bu tip eroziya Qəbələ
rayonundan başlayaraq zolaq şəklində şimal-qərbə doğru uzanıb Gürcüstan
sərhədinə qədər olan ərazini tutur. Burada eroziya prosesi torpağın üst qatını
dağıdaraq ana süxurun səthə çıxmasına səbəb olur. Bununla bərabər, kobud
materiallar, aşınma məhsulları qorxulu olan sel mənbələrində - hövzələrdə
toplanır. Uzun sürən quraqlıqdan sonra leysan yağışları nəticəsində əmələ
gəlmiş şiddətli su axını torpağı yuyaraq aşınma materiallarını sel axınları
şəklində aparır.
6.
Torpaq səthinin zəif yuyulması və suvarma (irriqasiya) eroziyası
Kür-Araz və Samur-Dəvəçi ovalığının şimal-şərqində, respublikanın
cənubunda - Lənkəranda, Araz çayı hövzəsində (Arazboyu ovalıq), Naxçıvan
düzənliyi və Qanıx-Əyriçay vadisinin Şəki-Zaqatala massivində yayılmışdır.
Göstərilən ovalıqların səthi az meyilli olduğu üçün burada eroziya prosesi zəif
gedir. Arxyanı, sahil zolaqları sahələrində səthin meyiİliyi və bəzən 5*’
olduğundan torpağın yuyulması şiddətli gedir və nəticədə yarğanların əmələ
gəlməsi müşahidə edilir. Bu növ eroziya Kür- Araz ovalığında daha geniş
yayılmışdır.
7.
Güclü külək eroziyası Abşeron yarımadası və ona bitişik ərazilərdə
müşahidə edilir. Burada küləyin təsiri nəticəsində yer səthinin quruluşu da
dəyişir. Külək erozyası Turut-Sarıca, Ceyrançöl massivlərində də yayılmışdır.
Bu ərazilərdə külək torpağın münbit qatını sovurmaqla qa- rayellərin əmələ
gəlməsinə səbəb olur. Eynilə Kiçik Qafqazın qərb hissəsinin dağətəyi
qurşağında əsən şiddətli şimal-qərb küləkləri torpağı sovuraraq külək
eroziyasının yayılmasına şərait yaradır.
8.
Sovrulan qumlar Xəzər dənizi sahilində, Ələtdən cənubda və Abşeron
yarımadasında yayılaraq hərəkət edən qum təpəcikləri əmələ gətirir.
9.
Qayalıq yerlərə dəniz səthindən 2800-3000 m hündürlükdə olan açıq
sahələr aiddir. Bu ərazilər üçün fiziki aşınma - denudasiya prosesləri daha çox
səciyyəvidir.
Ərazi tiplərinin səciyyəsindən göründüyü kimi, respublikamızın
ərazisində səth, külək və qobu eroziyası geniş yayılmış və torpaqlar müxtəlif
dərəcədə eroziya proseslərinə məruz qalmışdır.
Respublikamızın torpaq örtüyü üçün çox ciddi problemə çevrilmiş eroziya
proseslərinin və onun törətdiyi fəsadların (sel hadisələri və s.)
241
qarşısını almaq, intensivliyini azaldıb təbii həddə endirmək, eroziyaya məruz
qalmış torpaqların münbitliyini artırmaq, bioloji potensialı və ilkin ekoloji
parametrlərini bərpa etməkdən ötrü kompleks aqrotexniki, meliorativ,
meşəmeliofativ və s. tədbirlərin görülməsi tələb olunur. Bizim fıkrimizcə,
eroziya probleminin həlli aşağıdakı prisiplərə əsaslanmışdır:
1.
Eroziyaya qarşı təklif edilən tədbirlər sistemi (aqrotexniki, meliorativ
və s.) vasitəsilə aşağıdakılara nail olunmalıdır:
a.
eroziya proseslərinin öz təbii həddində sabitləşməsinə;
b.
torpaq zonası üçün səciyyəvi olan yüksək münbitlik göstəricilərinin
reallaşmasına və torpağın ilkin ekoloji parametrlərinin bərpasına;
2.
Eroziyaya qarşı görülən tədbirlər sistemi Azərbaycanın bütün
regionları üçün universal səciyyə daşımamalı, yerli iqlim, relyef, torpaq və
təsərrüfat fəaliyyətləri nəzərə alınmaqla layihələşdirilməlidir.
Aqrotexniki tədbirlər. Kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən
torpaqlar eroziya proseslərinə qarşı daha həssasdırlar. Mülkiyyət (dövlət,
bələdiyyə, xüsusi) formasından asılı olmayaraq bu təyinatdan olan torpaqlar
eroziyaya qarşı müvafiq tədbirlər kompleksinin görülməsini tələb edir. Bunlar
aşağıdakılardır:
a.
kənd təsərrüfatı yerlərinin eroziyaya qarşı təşkili düzgün həyata
keçirilməli, meylliyi lö'^-dən çox olan yamaclar əkin və örüş altında
istifadədən çıxarılmalı, xüsusi • tədbirlərdən (kontur-meliorativ, terraslaş-
dırma və s.) sonra çoxillik əkinlər, meyvə bağları, üzümlüklər və meşəliklərin
salınması üçün istifadə edilməlidir;
b.
tarla aə tarlaqoruyucu əkin dövriyyəsi sistemlərinə üstünlük verilməli,
bu zaman payızlıq dənli və çoxillik ot bitkiləri üstünlük təşkil etməli, əkinlər
yüksək normada gübrələnməli, herikdən istifadə məhdudlaşdırılmalı və ya
tamamilə dövriyyədən çıxarılmalıdır;
C.
yamaclarda səthi su axınının və torpağın yuyulmasının qarşısını almaq,
habelə torpağın münbitliyini mühafizə etmək üçün yamaclarda şum,
kultivasiya işləri yamacın eni istiqamətində və ya sahənin horizont- ları üzrə
aparılmalı, yuyulmanı azaltmaq və rütubəti saxlamaq üçün tirələr və şırımlar
çəkilməlidir;
d. dik yamaclarda eroziya prosesini zəiflətmək üçün şumlamada ba-
lansir və ya korpusu çevrilən xüsusi dağ kotanlarından istifadə edilməli, şumu
yamacın aşağı hissəsindən başlamaqla birtərəfli aparılmalı və laylar yamacın
aşağı tərəfmə doğru çevrilməli, zolaqlarla dərindən şumlanmaya üstünlük
verilməlidir.
242
Dostları ilə paylaş: |