Gübrələrdən çox miqdarda və uzun müddəl istifadə etdikdə səthi və
yeraltı sulara daha çox nitratlar daxil olaraq onu içmək üçün yararsız edir.
Əgər azot gübrəsi 1 hektara ildə 150 kq-a qədər istifadə edilərsə, onun
həcminin 10%-i təbii sulara daxil olur, nitratlar yeraltı suya daxil olduqda
xüsusilə ciddi problem yaranır.
Kənd təsərrüfatının mineral gübrələrdən asılı olması azot və fosforun
qlobal tsiklinə ciddi təsir göstərir.
Azot gübrələrinin sənaye istehsalı azotun qlobal balansının pozulmasına
səbəb olmuşdur. Azotun çox olması torpağın turşuluğunu, həmçinin onun
tərkibindəki üzvi maddələrin miqdarını dəyişə- bilər. Bu isə torpaqdan qida
maddələrinin yuyulub aparılmasına və təbii suların keyfiyyətinin pisləşməsinə
gətirib çıxarır.
Q.N. Qolubevə (1999) görə torpaq eroziyası zamanı yamaclardan
yuyulub aparılan fosforun miqdarı ildə 50 mln. ton təşkil edir. Digər bir
mənbəyə əsasən, 1990-cı ildə tarlaya verilən fosforun miqdarı qədər (33 mln.
ton) çaylar okeana fosfor axıtmışdır. Fosforun qazşəkilli birləşməsi
olmadığından o, özünün ağırlıq qüvvəfsi ilə, əsasən sular vasitəsilə okeanlara
axır.Bu isə quruda fosforun xroniki defisitinə və daha bir qlobal geoekoloji
böhrana gətirib çıxarır.
Onu da qeyd edək ki, gübrələrlə torpağa verilən fosfor praktiki olaraq
torpaqdan yuyulmur. Su hövzələrinin fosforla çirklənməsinin əsas mənbəyi
kənd təsərrüfatı deyil, sənaye və məişət suları sayılır. Suların fosforla kənd
təsərrüfatı vasitəsilə çirklənməsinin payına 10-15% düşür. Son vaxtlar
fosforla çirklənmənin böyük mənbəyi tərkibində polifosfat- lar olan yuyucu
vasitələrdir. Su hövzələrində çoxlu fosfatların toplanması həmçinin onların
evtrofikasiyası ilə bağlıdır. Fosfor gübrələrinin spesifik xüsusiyyətlərindən
biri də onların böyük dozalarla istifadəsi torpaqda digər arzuolunmaz
elementlərin toplanmasıdır: stabil stronsium, itor, uranın təbii radioaktiv
birləşmələri, radium, torium.
Bitkinin üçüncü əsas qida elementi sayılan kalium ətraf mühitə
əhəmiyyətli dərəcədə təsir göstərmir. Lakin kalium gübrəsi ilə bərabər çoxlu
xlor da verilir, onun qrunt sularına daxil olması arzu olunmazdır.
Bütün bitkilərin əkininin məhsuldarlığının gübrədən istifadədən asılılığı
bir-birinə oxşardır: gübrələrin təsirindən ilk illər bitkinin məhsuldarlığı artır.
Sonrakı illər məhsul artımı azalır, sonra isə artım müşahidə olunmur, bəzən
hətta azalmağa doğru da gedir.
Kənd təsərrüfatının elmi-əsaslanmış strategiyası gübrələrin miqdarının
azaldılmasının mümkünlüyünün tədqiqi, onun istifadəsinin optimal
səviyyəsinin axtarışı və eroziyaya qarşı mübarizə aparmaq istiqamətinə
yönəldilməlidir.
260
12.2.
BİTKİ MÜHAFİZƏSİNDƏ
KİMYƏVİ VASİTƏLƏRİN TƏTBİQİ
Becərilən bitkilərin səpin əkinlərinin xəstəliklərdən, zərərvericilərdən və
alaq otlarından mühafizə probleminin qədim tarixi vardır. Xəstəliklərə qarşı
ilk tövsiyə hələ eramızdan əvvəl 460-cı illərdə Demokrit tərəfindən
hazırlanmışdır. O, bitkini sürmə göbələklərindən mühafizə məqsədilə taxılın
toxumlarını səpindən qabaq dovşan kələminin şirəsi ilə islatmağı məsləhət
görmüşdür.
1845-1869-cu illər ərzində fitoftora infestans göbələyi tərəfindən kartof
bitksinin xəstəliyə tutulması və tamamilə məhv olması ilə əlaqədar İrlandiyada
1 mln.-a yaxın adam acından ölmüş, 500 min nəfər isə digər ölkələrə
miqrasiya etmişdir. 1880-ci ildə Seylonda (hazırda Şri-Lanka adası və dövləti
adlanır) göbələk törədicisi pas xəstəliyindən bütün kofe ağacları sıradan
çıxmışdır. O vaxtdan indiki dövrə qədər orada kofe ağacı əvəzinə məşhur
seylon çayı becərilir.
Bitkinin xəstəliklərdən kimyəvi mühafizəsi üzrə faktiki məqsədyönlü
tədqiqatlar 1882-ci ildən başlanmışdır. İlk dəfə üzüm bitkisində xəstəliklərin
qarşısını almaq məqsədilə mis kuporusu və əhənglə çiləmə üsulundan istifadə
edilmişdir.
100 ildən artıqdır ki, xəstəlik törədiciləri ilə, zərərverici həşəratlarla və
alaq otları ilə mübarizədə kimyəvi vasitələrdən istifadə edilir. Bu mübarizə
tədbirləri Böyük Vətən Müharibəsindən sonra geniş tətbiq olunmağa başladı.
FAO-nun məlumatına əsasən, hər il zərərverici həşəratlar, xəstəliklər və
alaq otlarının təsirindən dünya kənd təsərrüfatı 75 mlrd, dollar itirir.
Rusiyada potensial məhsul itkisi 71,3 ton dən vahidi təşkil edir. Bunun
xəstəlik törədicilərin payına 45,1%, alaq bitkilərininkinə 31,4% və bitki
zərərvericilərinin payına 23,5% düşür (Sokolov və b., 1994).
ABŞ-da bir orta statistik fermer qida maddələri ilə 7 adamı, 1970-ci ildə
46, 1980-ci ildə isə 55 adamı təmin etmişdir. Bu göstəricilərin artımı bitkinin
kimyəvi vasitələrlə mühafizəsi (BKVM) tədbiri nəticəsində əldə olunmuşdur.
Bununla əlaqədar olaraq 1980-ci ilin əvvəlində BKVM istehsalı 2,3...2,5
mln. tona çatdı. BKVM-in qiymət ifadəsi ilə dünyada istifadəsi 1986-cı ildə
17,5 mlrd, dollar təşkil etmişdir. Bütün dünyada preparatların ümumi
miqdarından ABŞ və Kanadanın payına 33%, Qərbi Avropa dövlətlərinin - 25,
Cənubi-şərqi Asyanın- 22, Şərqi Avropa (Rusiya daxil) - 10, Latın Amerikası
-9, Avstraliya və Yeni Zenlandiya - 1% təşkil etmişdir. İtaliyada 1 ha səpinə 21
kq BKVM, Yaponiyada - 16 kq, digər inkişaf etmiş Qərbi Avropa ölkələrində
orta hesabla 2...3, keçmiş Sovet
261