Gobcək perspektiv planda istifadə olunan kimyəvi maddələr qadağan
olunmalı və bioloji mübarizə üsulları ilə əvəz edilməlidir. Lakin təcili olaraq
qadağan mümkün deyil. Keçid dövründə bəzi qaydalara riayət etmək lazımdır.
Pestisidlərdən lazım olmadıqda istifadə etmək olmaz, zərərvericiləri
başdan-başa qırmağa çalışmaq lazım deyil, onun sayını aşağı səviyyədə
saxlamaq kifayətdir. Pestisidlərdən istifadə üçün xüsusi mütəxəssislər
hazırlanmalıdır.
Pestisidlər, həmçinin ətraf mühitə davamhğına və ya biotoplanma
xüsusiyyətinə görə ayrılır. Belə xassə preparatların kimyəvi strukturu və
fiziki-kimyəvi xüsusiyyətindən asılıdır. Ən çox davamlı və eyni zamanda
toplanma xassələrinə xlorüzvi pestisidlər malik olub onlar qida zəncirinin
növbəti həlqələrində də toplanır.
Torpaqda parçalanma dərəcəsinə görə pestisidlər bölünür: olduqca
davamlı - toksik olmayan komponentlərə parçalanması 2 ildən artıqdır;
davamlı (yarım ildən 2 ilə qədər); orta davamlı (6 aya qədər), az davamlı (1
ay).
Pestisidlər torpaq, bitki və heyvanlarda toplanaraq maddələrin bioloji
dövranının normal dövrəsində pozuntular yaradır və torpaq ekosisteminin
məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Biotransformasiya prosesində pestisidlər detoksifikasiya ilə yanaşı,
toksifikasiya da yer alır, yəni yüksək toksikliyə malik maddələr əmələ gəlir.
Pestisidlərin toksiklik dərəcəsi, adətən təcrübəvi qrup orqanizmlərin 50%-də
ölümə səbəb olan minimum doza ilə müqayisə edilir; bu doza «LD50» işarəsi
ilə göstərilir.
İnsan və istiqanlı heyvanlar üçün toksiklik dərəcəsinə görə pestisidlər
aşağıdakı kimi bölünür:
—
güclü təsir göstərən - LD
50
50 mq/kq-a qədər canlı kütlə (metil- brom
və b.);
—
yüksək toksikli - LD
50
200 mq/kq-a qədər (bazudin və b.);
—
ortatoksik - LD
50
1000 mq/kq-a qədər (mis kuporusu və b.);
—
aztoksik - LD
50
1000 mq/kq-dan artıq (bordos mayesi, vitavaks,
dialen, neoron, kükürd və b.).
Hazırda aqroekosistemdə bu və ya digər pestisidin toplanma təhlükəsini
proqnozlaşdırmağı təmin edən riyazi metodlar hazırlanmışdır.
Orqanizmə kompleks təsir dərəcəsinə görə pestisidlər dörd sinfə bölünür:
1 - son dərəcə təhlükəli» II - yüksək təhlükəli; III - orta təhlükəli; IV - az
təhlükəli. Pestisidlərin ekotoksikoloji qiymətləndirilməsi şka- lası da
hazırlanmışdır.
Göründüyü kimi, məhsul istehsalının yüksəldilməsində pestisidlərdən
istifadə edilməsi bir tərəfdən mühüm faktor sayılır, digər tərəfdən isə onlardan
istifadə nəticəsində zərərvericilər, xəstəliklər və alaq bitkiləri
265
azalmır. Həm də insanın məhsul almaq uğrunda mübarizəsində aşağıdakı kimi
yeni rəqiblər peyda olur: kənd təsərrülutı əvvəllər əhəmiyyət kəsb etməyən
həşəratlar; əvvəllər diqqəti cəlb etməyən bitki xəstəlikləri: nadir, bəzən hətta
ekzotik alaq növləri. Ətraf mühitdə ilk baxışda qeyri- adi (qəribə) dəyişikliklər
baş verir. Quşların yumurtasının qabığı çox nazik və yumşaq olur; su
hövzələrində balıqlar qırılır; quşların (xüsusən qida zəncirinin son
həlqələrindəki yırtıcı quşların) və həşəratlarla qidalanan xırda heyvanların
sayı azalır, həşəratların sayı isə olduqca çoxalır. Məlum olduğu kimi, 1950-ci
illərə qədər pambıq bitkisinin əsas zərərvericiləri pambıq biti və qoza qurdu
sayılırdı. DDT, toksafen və digər preparatlardan geniş istifadə olunduqdan
sonra pambıq sovkası, tənbəki yarpaqbükəni, tənbəki mənənəsi, hörümçək
gənəsinin miqdarı xeyli çoxaldı.
Çiçəkli bitkilərin 80%-ə qədərini tozlandıran tozlayıcı həşəratların
pestisidlər tərəfindən məhv edilməsi arılara böyük zərər yetirdi. Məsələn,
Kaliforniyada (ABŞ) səpinlərə aviasiya vasitəsilə pestisidlərin səpilməsi arı
ailələrinin 10...20%-ni məhv etdi. Belə vəziyyət Bolqarıstan, Polşa və digər
ölkələrdə də qeydə alınmışdır.
Herbisidlərin köməyi ilə «birinci nəsil» alaqlardan təmizlənən tarlanı
herbisidlərə daha davamlı, əvvəllər tək-tək rast gəlinən bitki növləri - çöl
qatırquyruğu, dəvədabanı, yulafea (haçaquyruq), tülküquyruğu, dara- qotu
(ayrıqotu) və s. zəbt edir.
1970-ci ilin ortalarında pestisidlərdən istifadə nəticəsində zəhrələnən
ərazilərdə (keçmiş SSRİ) şam meşələrində məskunlaşan ov heyvanlarının
(sığın, qaban və dovşanların 40%-i), ördək və qazların 77%-i, şirin- sulu su
hövzələrində yaşayan balıqların 30%-i məhv olmuşdur.
Aşağıda göstərilən statistik rəqəmlər maraq doğurur, belə ki, ona əsasən
1938-ci ildə pestisidlərə qarşı cəm 7 zərərverici həşərat növü məlum idi,
1984-cü ildə bir və daha çox akarasidlərə və ya insektisidlərə qarşı rezistentlik
(lat. resistere - müqavimət göstərmək) artıq 450 növdə qeydə alındı.
Pestisidlərə qarşı davamlı 150-dən artıq fitopatogen orqanizm, 50 alaq növü və
10 xırda məməlilər və nematodlar qeydə alındı.
Pestisidlərin tətbiqi ilə əlaqədar yadda saxlamaq lazımdır ki, onlar öz
fəaliyyəti ilə torpağın münbitliyini saxlayan torpaq canlılarına mənfi təsir
göstərir. Pestisidlər (xüsusilə mistərkibli) qismən nitrifikasiya prosesini
məhv edir. Sokolova və b. (1994) görə herbisidlər (istifadə dozasından asılı
olaraq) mikrobosenoza təsir göstərərək, gemeostazı pozur, stres yaradır (bərpa
olunan depresiya və ya müvəqqəti həyat fəaliyyətinin sıxışdırılması),
resistentliyi və dominantlıq formasını dəyişdirir, həmçinin repressiyaya səbəb
olur (bərpa olunmayan reaksiya).
Ot örtüyü olmayan və ya az olan sahələrdə herbisidlərdən istifadə
266